Icma.az
close
up
RU
“Bunun üçün evini satanlar var”: Xalq artistindən səs küylü açıqlama

“Bunun üçün evini satanlar var”: Xalq artistindən səs küylü açıqlama

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müğənnilərin toy asılılığı Azərbaycan şou-biznesində illərdir müzakirə mövzusudur.

Əksər ifaçılar səhnədən çox toy məclislərinə üstünlük verir. Bu isə həm sənətin inkişafına, həm də tamaşaçıların musiqi zövqünə mənfi təsir göstərir. Ekspertlər bildirirlər ki, əsas səbəb konsert və albomların gəlir gətirməməsidir.

"Cebheinfo.az" xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Xalq artisti Bilal Əliyev qeyd edib ki, Azərbaycanda hələ də bəzi məsələlər öz yerini tapmayıb:

“Qonşu ölkələrlə müqayisədə bizdə verilişə və ya buraxılan albomlara görə sənətçiyə qonorar verilmir. Çox istəyərdim ki, bizdə də belə olsun. Belə olsa, ifaçı da səhnəyə çıxmağı toylara getməkdən üstün tutar. Yeni ifalar və albomlar üzərində işləyərlər. Hazırkı vəziyyət insanların bütün maraqlarını öldürür”.

Xalq artisti bildirib ki, hazırda bütün müğənnilərin əsas qazanc yeri toy məclisləridir:

“Ondan əlavə, sənətçilərin demək olar ki, gəlir yerləri yoxdur. Konsertlərin bilet qiymətləri münasib deyil. Orada əldə edilən gəlir demək olar ki, ifaçının xərclərinin yarısını belə qarşılamır. Konsert verən sənətçi yer haqqından tutmuş musiqiçilərin gəlirlərinə qədər hesablamaları aparmalıdır. Ümumi baxanda, biletin pulu bunların heç birinə çatmır. Ona görə də bütün bu halları nəzərə alan sənətçi toyları konsertlərdən üstün tutur. Buna görə də səhnədə olan insanı heç bir halda qınamaq olmaz. Hər kəs çörəyinin dalınca qaçır”.

Bilal Əliyevin sözlərinə görə, konsert verən müğənnilər çox vaxt ciddi maliyyə çətinlikləri ilə üzləşirlər:

“Konsert verən müğənni də ümumi olaraq baxanda görür ki, ölkədə orta maaş səviyyəsi 700-800 manatdır. Bütün bu hallar nəzərə alındıqda bileti baha qiymətə satmaq olmur. Elə bir məbləğ təyin olunur ki, sənətçi də bu konsertdən ziyanla çıxır. Elə ifaçı da var ki, özünü sənətinə qurban verir. Konsert üçün evini, maşınını satır, amma bunu qətiyyən qəbul etmirəm. Səhnə üçün varını əldən vermək düzgün addım deyil. Mən özüm heç vaxt evimi satıb, konsert vermərəm. İnsan birinci evinin içini düşünməlidir. Qalan hər şey ikinci planda qalmalıdır”.

Xalq artisti əlavə edib ki, toy ifaçılarının da əsas məqsədi pul qazanmaqdır:

“Toya gedən ifaçının da başlıca məqsədi pul qazanmaqdır. Təbii ki, Azərbaycanda toya getmədən də səhnədə öz sözünü deyən ifaçılar var. Bunlara misal olaraq, Zeynəb Xanlarova və Rəşid Behbudovun adını çəkə bilərəm. Yenə də maddiyatın konsert və albom üçün əsas faktor olduğunu bildirmək istəyirəm”.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Sentyabr 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri