Icma.az
close
up
RU
Azərbaycanın bunun üçün bütün imkanları var Kamera

Azərbaycanın bunun üçün bütün imkanları var Kamera

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qlobal enerji keçidinin sürətləndiyi bir vaxtda bərpa olunan enerji mənbələrinin inkişafı və regional enerji əlaqələrinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə Azərbaycanda görülən işləri, investisiya imkanlarını və Azərbaycanın regional rolunu Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera Teleqraf-ın suallarını cavablandırarkən dəyərləndirib.

Axar.az onunla müsahibəni təqdim edir:

- Azərbaycanın Xəzər dənizində böyük külək enerjisi potensialı var. Hökümətin açıqlamalarından belə bəlli olur, Azərbaycan yalnız öz bərpa olunan enerji gücünü artırmaqla kifayətlənməyəcək. Gələcəkdə regional bərpa olunan enerji bazarının inkişafında da yer almaq hədəflənib. Bu istiqamətdə atılan addımları necə qiymətləndirirsiniz?

- Biz bu məsələni Energetika naziri Pərviz Şahbazovla görüşümüzdə də müzakirə etdik və Azərbaycanın "Qlobal Dəniz Külək Alyansı"na qoşulması təklifi irəli sürdük. Sizin də qeyd etdiyiniz kimi, Azərbaycanın Xəzər dənizində böyük külək potensialı var bu təşəbbüs ölkənizin yaşıl enerji gündəliyi baxımından çox əhəmiyyətlidir.

Azərbaycan Agentliyin ən fəal və etibarlı tərəfdaşlarından biridir. COP29 çərçivəsində enerji saxlanc sistemləri, elektrik şəbəkələri və hidrogen üzrə irəli sürülmüş təşəbbüslər qlobal enerji gündəliyinə mühüm töhfə verib.

Azərbaycanın qarşısında duran çağırış regional səviyyədə, eləcə də regiondan kənarda – Avropa və digər istiqamətlərlə – əlaqələndirilmiş sistem qurmaqdır. Hesab edirəm ki, Azərbaycanın gələcəkdə qarşısında duran əsas vəzifə bir enerji habı kimi rol oynamağa, Mərkəzi Asiyanı birləşdirməyə və daha sonra Mərkəzi Asiyanı dünya ilə əlaqələndirməyə çalışmaqdır.

- IRENA və Azərbaycan “Mərkəzi Asiyada Sürətləndirilmiş Bərpa Olunan Enerji Tərəfdaşlığı" (APRECA) və Mərkəzi Asiya Enerji Keçidi üzrə İnvestisiya Forumu da daxil olmaqla bir sıra qurumlarla birgə təşəbbüslər həyata keçirib. Qarşıdakı illərdə bu əməkdaşlığın hansı konkret layihə və ya investisiyalarla nəticələnəcəyini gözləyirsiniz?

- 2027-ci ilin martında Agentliyin üzv dövlətləri üçün investorları və tərəfdaşları cəlb etmək məqsədi daşıyan “Mərkəzi Asiyada Sürətləndirilmiş Bərpa Olunan Enerji Tərəfdaşlığı” (APRECA) tədbiri keçiriləcək. Yəni, layihələrin maliyyələşdirilməsi üçün investorlarla uyğun tərəfdaşlıqların qurulması üçün toplanacağıq. Bu, bərpa olunan enerji layihələrini investorlarla əlaqələndirmək və regional qarşılıqlı əlaqəni dərinləşdirmək üçün əlavə imkan yaradacaq. Ümid edirik ki, həmin vaxt illik əməkdaşlığımızın nəticələrini görəcəyik.

- Azərbaycan bərpa olunan eneji layihələrinə xüsusi diqqət ayırır. Naxçıvanda, Cəbrayılda bu istiqamətdə işlər görülür. Belə layihələrin reallaşdırılması böyük investisiyalar tələb edir. Beynəlxalq investorların Azərbaycanın bərpa olunan enerji sektoruna marağı nə dərəcədə böyükdür? Eləcə də, Rəsmi Bakı xarici investorları cəlb etmək üçün hansı addımları atmalıdır?

- Azərbaycanın hökuməti bərpa olunan enerji sektoruna real, dəqiq müəyyən edilmiş prioritet kimi yanaşır. Buna görə də düşünürəm ki, Azərbaycan artıq bu istiqamətdə investorların marağını çəkib və sərmayələri cəlb edir. 2032-ci ildə yeni interkonnektor istismara veriləcək. Yəni, Azərbaycan xaricdən investisiya cəlb etmək imkanına malikdir.

- Bərpa olunan enerji infrastrukturunun inkişafı ölkələrə iqlim dəyişikliyinin təsirlərini azaltmağa və onun nəticələrinə qarşı yüksək dayanıqlılığı təmin etməyə nə dərəcədə kömək edə bilər?

- Düşünürəm ki, enerji keçidini sürətləndirmək istəyirsinizsə, elektrik şəbəkələrinin qarşılıqlı əlaqələndirilməsi olduqca vacibdir. Bu, ilk prioritetdir. Qarşıdakı onillikdə daha təmiz, təhlükəsiz və dayanıqlı enerji sisteminə keçid sürətləndiriməlidir.

2025-ci ildə dünyada 692 qiqavat həcmində rekord bərpa olunan enerji gücü istifadəyə verilib. İlin sonuna bərpa olunan enerjinin qlobal quraşdırılmış elektrik enerjisi gücündə payı 49%-ə, il ərzində yeni əlavə edilən güclərdə isə 85%-ə çatıb.

Bu göstəricilər bərpa olunan enerjinin təkcə yeni elektrik enerjisi istehsalı üçün ən səmərəli mənbələrdən biri olmadığını, eyni zamanda enerji təhlükəsizliyinin, iqtisadi sabitliyin və dayanıqlılığın təmin olunmasında mühüm rol oynadığını göstərir.

Fikrimcə, digər bir prioritet isə beynəlxalq ictimaiyyətin cari onilliyin sonuna, yəni 2030-cu ilə qədər bərpa olunan enerji mənbələri güclərinin üç dəfə artırılmasına çalışmasıdır.Mövcud bərpa olunan enerji gücləri hər il qalıq yanacaqlarına çəkilən 480 milyard ABŞ dolları məbləğində xərclərin qarşısını almağa və təkcə ötən il 8,4 giqaton karbon qazı emissiyasından yayınmağa kömək edib.

Bu göstəricilər bərpa olunan enerji mənbələrinin təkcə yeni enerji istehsalı güclərinin yaradılmasının ən səmərəli vasitələrindən biri olmadığını, həm də enerji təhlükəsizliyinin, iqtisadi sabitliyin və dayanıqlı inkişafın fundamental elementi olduğunu təsdiqləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://axar.az
archiveBu xəbər 08 Sentyabr 2026 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri