“Bununla Azərbaycan xalqının milli ideyası gerçəkləşdirildi...”
Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.
“2020-ci il sentyabrın 27-də başlayan, ədalətli, azadlıq xarakteri daşıyan 44 günlük Vətən müharibəsinin davamı 2023-cü il sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsi oldu. 24 saatdan da az bir vaxtda separatçı rejim diz çökdü və ölkəmizdə separatçılığın kökü tamamilə kəsildi”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib.
O, bildirib ki, Cənab Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndidə dövlət bayrağımızı ucaltdı:
“Həmin gün təsadüfi seçilməmişdi, rəmzi xarakter daşıyırdı. Çünki 2003-cü il oktyabrın 15-də ilk dəfə cənab İlham Əliyev Prezident olaraq xalqımıza torpaqların işğaldan azad ediləcəyi sözünü vermişdi. Verilən söz yerinə yetirildi. Bununla Azərbaycan xalqının milli ideyası gerçəkləşdirildi, qarşısında yeni üfüqlər açıldı. Azərbaycana qarşı bir neçə əsr əvvəl quraşdırılmış planlar darmadağın edildi, bədəndəki çiban kəsilib atıldı. Lakin qazanılan qələbənin miqyası çox böyükdür, Azərbaycan coğrafiyasını aşır. Cənab Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli sərəncamı ilə hər il 20 sentyabr Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. Şəhid ailələri, qazilər və Hərbi İnstitutun müdavimlərinin iştirakı ilə Milli Azərbaycan Tarixi Muzeyində bu şərəfli günə həsr olunmuş toplantıda çıxış etdim. Dövlətimiz və millətimiz əbədiyyən var olacaq, qəhrəman şəhidlərimiz də daim hörmətlə anılacaqlar”.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 18 Sentyabr 2026 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















