Icma.az
close
up
RU
Azərbaycan bununla kifayətlənməyəcək Açıqlama

Azərbaycan bununla kifayətlənməyəcək Açıqlama

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

O bildirib ki, Azərbaycanın coğrafiyası tarixdə ilk dəfə bu qədər böyük iqtisadi aktivə çevrilir: "Mərkəzi Asiya ölkələrinin dünya okeanına birbaşa çıxışı yoxdur. Avropaya və Türkiyəyə alternativ çıxışlarının ən real istiqamətlərindən biri Xəzər–Azərbaycan–Gürcüstan-Türkiyə xəttidir. Azərbaycan da Çinlə quru əlaqəsini faktiki olaraq Qazaxıstan və digər Mərkəzi Asiya ölkələri vasitəsilə qurur. Mərkəzi Asiya iqtisadiyyatları sürətlə böyüyür: 2025-ci ildə 6,9% böyüyüb, 2026-cı ildə təxminən 5,6%, 2027-ci ildə isə 5,3% artım gözlənilir. Yəni Qazaxıstan və Özbəkistanın ixracı artdıqca Azərbaycanın limanına, dəmir yoluna, gəmiçiliyinə və logistika xidmətlərinə tələb də artır". 

Deputat qeyd edib ki,  bu səbəbdən də Orta Dəhliz sadəcə tranzit layihəsi olmaqdan çıxaraq iqtisadi dəhlizə çevrilməkdədir:  "Dünya Bankının hesablamasına görə düzgün investisiyalar, logistika və gömrük islahatları həyata keçirilsə, 2030-cu ilədək Orta Dəhliz üzrə yük axınlarını üç dəfə artırmaq və daşınma müddətini təxminən yarıya endirmək mümkündür. Bank həmçinin Azərbaycan–Gürcüstan–Qazaxıstan arasındakı regional ticarətin 37%, onların Avropa İttifaqı ilə ticarətinin isə 28% artması potensialını göstərir.  Azərbaycan üçün əsas gəlir də yalnız vaqonun ölkədən keçməsinə görə tarif deyil. Liman, anbar, logistika mərkəzləri, sığorta, bank xidmətləri, gəmiçilik, gəmi təmiri, yük konsolidasiyası və Ələt Azad İqtisadi Zonasında istehsal daha böyük əlavə dəyər yarada bilər.

Qısa desək, XX əsrdə Mərkəzi Asiyanın Azərbaycan üçün əhəmiyyəti əsasən tarixi-mədəni idi. XXI əsrin yeni mərhələsində isə Mərkəzi Asiya Azərbaycanın iqtisadi coğrafiyasını dəyişdirən, genişləndirən əsas amillərdən birinə çevrilir".

T. Mirkişili hesab edir ki,  bütün bu amillərə görə Azərbaycan tranzit ölkəsi olmaqla kifayətlənməyəcəkdir. "Əgər Orta Dəhliz ətrafında istehsal, emal, logistika, maliyyə, rəqəmsal xidmətlər və enerji ticarəti klasterləri yaradılsa, Mərkəzi Asiya istiqaməti Azərbaycanın post-neft iqtisadi modelinin əsas sütunlarından birinə çevriləcəkdir",- o vurğulayıb.

Mürtəza 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 Avqust 2026 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see398

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see337

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see334

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see305

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see304

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see292

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see289

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see286

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see278

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see272

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see267

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see266

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see254

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see251

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see246

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see241

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see240

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see235

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see226

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri