Icma.az
close
up
RU
“Bura mənim evimdir” Azərbaycanlı jurnalistlər Qəzza sərhədində

“Bura mənim evimdir” Azərbaycanlı jurnalistlər Qəzza sərhədində

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

İsraildə media turunda iştirak edən azərbaycanlı jurnalistlər Qəzza zolağının yaxınlığında yerləşən Nahal Oz kibbutzuna və 7 oktyabr 2023-cü il hadisələri zamanı hücuma məruz qalan Nova musiqi festivalının memorialına baş çəkiblər.
Modern.az xəbər verir ki, 1951-ci ildə yaradılan Nahal Oz kibbutzu 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumu zamanı ciddi zərər görüb. Hadisə zamanı kibbutz sakinlərinin bir qismi həlak olub, digərləri isə təhlükəsizlik səbəbilə ərazini tərk etmək məcburiyyətində qalıb.
Səfər zamanı kibbutz sakinlərindən Oşrit Sabaq jurnalistlərə 7 oktyabrda Nahal Oza hücum zamanı baş verənlər və hazırda ərazidə aparılan bərpa işləri barədə məlumat verib.


Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Oşrit Sabaq bildirib ki, baş verən hücum onları ərazini tərk etməyə vadar etməyib:
"Bu hücum bizi qorxutmadı. Biz bir daha heç yerə köçməyəcəyik. Bura mənim evimdir".
O, Qəzza ilə gələcək münasibətlərin və orada yaşayan insanların 7 oktyabr hadisələrində iştirakı məsələsinin mürəkkəb olduğunu qeyd edib.
"7 oktyabrdan sonra Qəzzada yaşayan bəzi tanışlarımla əlaqə saxlamamışam və onların vəziyyəti barədə məlumatım yoxdur. Qəzza sakinlərinin hamısının bu hücumları dəstəklədiyinə inanmıram. Lakin münasibətlərin əvvəlki kimi olacağına da inanmıram", – deyə Sabaq bildirib.
Media turunun növbəti dayanacağı 7 oktyabr 2023-cü ildə hücuma məruz qalan Nova musiqi festivalının memorial ərazisi olub.
Jurnalistlərə festival zamanı baş verən hadisələr, insanların hücumdan sonra ərazidən çıxmağa çalışması, müxtəlif istiqamətlərə qaçması, həmçinin ölən və yaralananlarla bağlı məlumat verilib.
Səfər zamanı Nova festivalının iştirakçısı və hadisədən sağ çıxan Mazal Tazazo da jurnalistlərlə görüşərək həmin gün yaşadıqlarını bölüşüb.


Məsələ ilə bağlı Modern.az-a danışan Mazal Tazazo bildirib ki, hücum başlayandan sonra dostları ilə birlikdə ərazidən uzaqlaşmağa çalışıb:
"Hücum başlayandan sonra dostlarımla birlikdə ərazidən uzaqlaşmağa çalışdım. Daha sonra gizləndim. Hadisə zamanı işgəncəyə məruz qaldım. Bir müddət sonra ərazidən çıxaraq xilas ola bildim".
Qeyd edək ki, festival zamanı ərazidə təxminən 3 500–4 400 nəfərin olduğu bildirilir. İsrail Xarici İşlər Nazirliyinin məlumatına görə, 7 oktyabr 2023-cü ildə baş verən hücum zamanı Nova festivalının keçirildiyi ərazidə 364 nəfər öldürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Sentyabr 2026 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri