Icma.az
close
up
RU
Cəbrayılda Bura mənim evimdir filminin təqdimatı keçirilib

Cəbrayılda Bura mənim evimdir filminin təqdimatı keçirilib

Icma.az, Azvision portalına istinadən məlumat verir.

Tədbirdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun ikinci Qarabağ müharibəsində qazandığı qələbənin əhəmiyyətindən, əsgər və zabitlərimizin Cəbrayılın işğaldan azad edilməsi üçün göstərdikləri şücaət və qəhrəmanlıqdan, Bəyük Zəfərin davamı olaraq işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən və hazırda uğurla həyata keçirilən Böyük Qayıdışdan ətraflı söhbət açılıb. Yenidən tikilən Cəbrayıl şəhərində sakinlərin doğm yurda geri dönüşün sevincini yaşadıqları, onlara burada rahat və təhlükəsiz həyat şəraiti, iqtisadi fəaliyyətə reinteqrasiya imkanlarının yaradıldığı qeyd edilib.
Tədbir iştirakçıları əvvəlcə Cəbrayıl və digər işğaldan azad edilmiş ərazilərin yenidən qurulması prosesini və Böyük Qayıdışın simvolik əhəmiyyətini əks etdirən fotoşəkillərin nümayiş olunduğu sərgiyə baxıblar. Fotosərgi Böyük Qayıdışın mübariz insan hekayələrini və bu ərazilərə yenidən həyatın qayıtmasını sənət dili ilə çatdırıb. Daha sonra "Bura mənim evimdir" filmi nümayiş olunub.
Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov çıxışında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən Böyük Qayıdışın önəmindən bəhs edib. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Aqil Qurbanov çıxış edərək Böyük Qayıdışın əhəmiyyətini və bu prosesin gələcək inkişafı barədə söz açıblar. Azərbaycan Fotoqrafları Birliyinin təsisçisi Mirnaib Həsənov və birliyin sədri Amira Süleyman sərgidə əsərləri təqdim edilən peşəkar və həvəskar fotoqrafların Böyük Qayıdışın uğurlu addımlarını işıqlandırdıqlarını, onun fotosalnaməsinin yaradılmasında töhfə verdiklərini vurğulayıblar.
Dövlət Komitəsinin hazırladığı “Bura mənim evimdir” sənədli filminə də tədbir iştirakçıları maraqla baxıblar. Filmdə ABŞ-nin Nyu-Cersi ştatında anadan olsa da, ürəyi həmişə babasının doğulduğu Cəbrayıl rayonunun Süleymanlı kəndinə bağlı olan Ceyhun Qarabağlının həyat hekayəsini və doğma yurdun ziyarətinə gəlşini əks etdirir.
Tədbirdə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri və Cəbrayıl şəhər sakinləri iştirak ediblər. Qeyd edək ki, Dövlət Komitəsinin dəstəyi hazırlanan “Bura mənim evimdir” sənədli filmi Türkiyənin İzmir şəhərində keçirilən 10-cu Beynəlxalq Ege Art qısa film festivalının mükafatına layiq görülüb.
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://azvision.az
archiveBu xəbər 31 Oktyabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see408

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see402

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see278

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see259

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see248

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see241

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see239

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see235

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see234

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see218

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see207

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see207

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see203

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see202

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see201

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see198

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see194

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see193

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri