Burak Yılmaz Fənər ə qarşı oyunda tribunada oturmalı olacaq
Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
Türkiyə çempionatının 23-cü turunda ''Kasımpaşa'' ''Çaykur Rizəspor''u qəbul edib.
''Football-plus.az'' xəbər verir ki, qarşılaşmanın 38-ci dəqiqəsində futbol meydanlarında nadir hallarda görünən bir epizod yaşanıb. 1:1 hesabı davam edərkən bir epizodda ''Kasımpaşa''nın baş məşqçisi Burak Yılmaz oyunda olan topa müdaxilə etdiyi üçün qarşısında birbaşa qırmızı vərəqə görüb.
Qaydalara görə ehtiyat zonada dayanan məşqçinin meydandan çıxmayan topa müdaxilə etmək haqqı yoxdu. 39 yaşlı mütəxəssis qırmızı vərəqəni görən kimi əsəblərinə hakim ola bilməyərək hakimlə ciddi mübahisə edib. O, digər isimlərin müdaxiləsindən sonra sakitləşərək tribunaya yollanmalı və matçın qalan hissəsini ordan izləməli olub. Beləliklə, Burak Yılmaz ''Kasımpaşa''nın başında çıxdığı ilk ev oyununda qırmızı vərəqə aldı.
Komanda onun başçılığı altında ilk matçını ötən həftəsonu səfərdə ''Adana Dəmirspor''a qarşı keçirmiş və 5:3-lük qələbə qazanmışdı. Bu dəfəki oyunda İstanbul klubu 3:2 hesabı ilə üstün olub.
Bu qırmızı vərəqə həm də o deməkdi ki, Burak növbəti tur ''Fənərbaxça''ya qarşı oyunu tribunadan izləməli olacaq. 24-cü turda ''Kasımpaşa''nı məhz Kadıköy səfəri gözləyir.
Yılmaz bir müddət öncə qatıldığı bir verilişdə ''Fənərbaxça'' - ''Lion'' oyununu tribunadan təqib etmək istədiyini, amma ''Fənər'' azarkeşlərinin etirazından çəkindiyini bildirmişdi.
ƏLİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 09 Fevral 2025 23:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















