Icma.az
close
up
RU
Burak Yılmaz Fransaya yollanır?

Burak Yılmaz Fransaya yollanır?

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Məşqçilik sahəsində hələ ki sözünü deməyən Burak Yılmazla bağlı yeni iddia ortaya atılıb.

"Football-plus.az" xəbər verir ki, daha öncə qısa müddət “Beşiktaş”da, eləcə də “Kayserispor” və “Kasımpaşa”da çalışan Yılmaz geridə qoyduğumuz mövsümdə “Qaziantep”in başında qəribə bir macəra yaşadı.
40 yaşlı mütəxəssis əvvəlcə dekabrın ortalarında fanatların etirazından təngə gələrək istefa verdi. Amma 4-5 gün sonra rəhbərlik onu geri dönməyə razı sala bildi. İkinci dəfə isə Yılmaz apreldə istefa verdi. O həmin vaxt bildirdi ki, artıq Türkiyədə yox, Avropada çalışmaq niyyətindədi. Ötənlərin məşhur futbolçusu bu arzusunu artıq bu yay reallaşdıra bilər.
“Fanatik” nəşrinin yazdığına inansaq, Burak Yılmaza Fransa çempionatından bəzi klublar maraq göstərir. Onların arasında “Lill”in də adı çəkilirdi. Amma bu iddia doğrulmadı. Çünki Bruno Jenezio ilə vidalaşan “şimallı itlər” dünən Karlo Ançelottinin oğlu Davide Ançelotti ilə anlaşdılar. Bununla belə, Yılmazın başqa bir Liqa-1 təmsilçisinin başına keçmək ehtimalı hələ də qalır. Hərçənd klub adı açıqlanmır. Burak Yılmaza Fransadan marağın olması təsadüfi deyil. Onun bu ölkədə böyük nüfuzu var. Çünki futbolçu kimi 2020/21-də “Lill”in qazandığı çempionluqda çox mühüm rol oynayıb. Yəni Fransadakı əlaqələri sayəsində onun bu ölkədə məqçi kimi çalışması sürpriz olmayacaq. Bu mövzuda qarşıdakı günlərdə yeni xəbərlərin olacağı gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 İyun 2026 21:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1035

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see434

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see341

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see338

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see240

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see233

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see232

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see224

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see221

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see216

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see209

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see208

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see201

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see196

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see187

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see180

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see178

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see177

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri