Icma.az
close
up
RU
Buraxdığımız iki qol bizə çox baha başa gəldi Benfika nın baş məşqçisi

Buraxdığımız iki qol bizə çox baha başa gəldi Benfika nın baş məşqçisi

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

“Benfika”nın (Portuqaliya) baş məşqçisi Bruno Lage Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “Qarabağ”a məğlubiyyəti (2:3) şərh edib.

"Football-plus.az" Portuqaliya mediasına istinadən yazır ki, oyundan sonra yerli “Sport TV”yə danışan Lage bunları deyib:

“İstədiyimiz nəticə bu deyildi. Oyuna çox yaxşı başladıq, ilk 30 dəqiqədə mükəmməl futbol oynadıq. Amma rəqibin ilk qolu bizi bir qədər oyundan saldı. Bundan sonra komandaya özünü tapmaq və oyunda qalmaq çətin oldu. Buraxdığımız iki qol bizə çox baha başa gəldi. Bizim kimliyimizə – necə müdafiə olunduğumuza, sıx oynamağımıza baxanda, bu səhvlər ağır nəticə verdi. Nəticə arzuladığımız kimi olmadı, bu da uğursuz bir axşam deməkdi”.


Baş məşqçi qolları da ayrıca təhlil edib:

“İki dərin ötürmə ilə vəziyyət yarandı. Birincidə Dediç və Antonio (Silva) arasında böyük boşluq qaldı və top ordan keçdi. İkincidə isə müdafiə xətti irəli çıxdı, amma arxaya sızan rəqibi ofsayda sala bilmədi və qapımıza qol gəldi.”


Onun sözlərinə görə, bu səhvlər daha çox komandanın emosional şəkildə oyunu qazanmaq istəyi və yorğunluqla bağlı olub:

“Əslində belə səhvlər olmamalı idi, amma oldu”.


Sonda Lage məğlubiyyətdən sonra komandaya mesajını çatdırıb:

"Komanda ayağa qalxmağı bacarmalıdı. Baş verənləri təhlil etməli, meydanda və meydandan kənarda yaşadığımız dönəmi yaxşı başa düşməli və ən qısa zamanda toparlanmalıyıq.”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 Sentyabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri