Icma.az
close
up
RU
Buraxılış imtahanında 300 bal toplayanların sayı az ola bilər EKSPERT

Buraxılış imtahanında 300 bal toplayanların sayı az ola bilər EKSPERT

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Martın 15-i 11 illik buraxılış imtahanı keçirilib. Bu imtahan abituriyentlər üçün vacib mərhələlərdən biridir və minlərlə şagird iştirak edib. Xatırladaq ki, martın 9-u keçirilən əvvəlki imtahandan sonra bəzi iştirakçılar sualların çətin olduğunu bildirərək müxtəlif müzakirələr və şikayətlər səsləndiriblər. Bu səbəbdən 15 mart imtahanının necə keçdiyi ictimaiyyətdə maraq doğurub.

Məsələ ilə bağlı təhsil eksperti Ramin Nurəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, martın 15-də keçirilən 11 illik buraxılış imtahanı çətinlik səviyyəsinə görə martın 9-da təşkil olunan buraxılış imtahanı ilə təxminən eyni idi:

“Lakin müəyyən fərqlər də müşahidə olunurdu. Belə ki, 15 mart imtahanında riyaziyyat sualları nisbətən daha çətin hesab edilirdi. Martın 9-da keçirilən imtahanda isə Azərbaycan dili fənninin sualları daha çətin olmuşdu. Ümumilikdə isə, imtahanların çətinlik səviyyəsi son iki ilin buraxılış imtahanları ilə müqayisədə müəyyən qədər fərqlənirdi. Bu məsələ ilə bağlı dəqiq nəticə isə yalnız imtahanların ümumi nəticələri açıqlanandan sonra aparılacaq statistik analiz zamanı məlum olacaq. Məsələn, 2024-cü ildə buraxılış imtahanında 55 nəfər maksimum nəticə 300 bal toplamışdı. 2025-ci ildə bu göstərici 45 nəfər olmuşdu. Bu il isə ehtimal olunur ki, həmin göstərici daha da aşağı olacaq və bəlkə də bunun yarısı qədər belə olmayacaq. Hətta sosial platformalarda 300 bal toplayanlarla bağlı hələlik ciddi məlumat və ya müzakirələr də görünmür. Ola bilsin ki, belə nəticə göstərənlər ümumiyyətlə çox az olsun. Bununla bağlı dəqiq fikir isə yalnız yekun nəticələr açıqlanandan sonra söyləmək mümkün olacaq”.

Ekspert keçid ballarının aşağı düşüb-düşməməsinə də aydınlıq gətirib:“Əgər suallar həqiqətən də bu qədər çətin olubsa, bu, ümumi balların aşağı düşməsi ilə nəticələnə bilər. Balların aşağı düşməsi isə müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayının azalmasına səbəb ola bilər. Eyni zamanda, blok imtahanında sualların çətinliyi də eyni səviyyədə qalarsa, bu vəziyyət bəzi ixtisaslar üzrə dövlət tərəfindən ayrılan plan yerlərinin tam dolmaması riskini yarada bilər. Bu səbəbdən, əgər buraxılış imtahanlarının nəticələri göstərsə ki, suallar həqiqətən də çətin olub və müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayı azalıb, o halda blok imtahanında sualların müəyyən qədər asanlaşdırılması zəruri ola bilər”.
Nurcan Babək

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:547
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 16 Mart 2026 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri