Icma.az
close
up
RU
Buraxılış imtahanında rəqabət artacaq Ekspert səbəbi AÇIQLADI

Buraxılış imtahanında rəqabət artacaq Ekspert səbəbi AÇIQLADI

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Bildiyimiz kimi, buraxılış imtahanına az zaman qalır. Tələbələri və valideynləri maraqlandıran bir neçə mühüm məqam var ki, onlardan biri də imtahanın çətin və ya asan keçməsi ilə bağlıdır.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirdi ki, qarşıdakı iki həftə ərzində buraxılış imtahanları yekunlaşacaq:

"Söhbət cari ilin məzunlarından gedir. Əvvəlki illərin məzunları üçün isə imtahan 19 aprel tarixində keçiriləcək. Hazırkı mərhələdə abituriyentlər təbii olaraq daha həyəcanlıdırlar. İlk növbədə tövsiyəm ondan ibarətdir ki, həm 9 mart, həm də 15 mart tarixində imtahan verəcək abituriyentlər qalan vaxtı daha səmərəli dəyərləndirsinlər. Çətinlik çəkdikləri mövzulara daha çox diqqət ayırsınlar, daha çox sual və test tapşırıqları üzərində işləsinlər. Xüsusilə Dövlət İmtahan Mərkəzinin test toplularından və sinif testlərindən istifadə etmələri məqsədəuyğundur. Zaman bölgüsünü düzgün qurmaq üçün testlərlə müntəzəm işləmək vacibdir".

Mütəxəssisin fikrincə, bu ilin abituriyentləri əvvəlki illərlə müqayisədə imtahan prosesinə daha hazırlıqlı görünürlər.

"Nəzərə alsaq ki, xarici dil fənn bloku üzrə ənənəvi formatda keçirilən imtahan bu il sonuncudur və 2027-ci ildən etibarən buraxılış imtahanında dəyişikliklər tətbiq olunacaq, abituriyentlər daha yüksək nəticə göstərmək üçün ciddi səy göstərirlər. Hazırlıq səviyyəsini də nəzərə alaraq gözlənti ondan ibarətdir ki, bu il yüksək bal toplayanların sayı çox ola bilər. Bir məqamı da qeyd edim ki, bu il imtahan verəcək cari məzunlar 2024-cü ildə 9-cu sinif üzrə buraxılış imtahanı vermişdilər və həmin vaxt 26 nəfər maksimal nəticə - 300 bal toplamışdı. Həmin il doqquzillik baza üzrə imtahanda iştirak etməli olan şagirdlərin sayı 148 497 nəfər idi. Onlardan 1 395 nəfər müxtəlif səbəblərdən imtahanda iştirak etməmiş, ümumilikdə 147 102 nəfər iştirak etmişdi və 26 nəfər maksimal nəticə əldə etmişdi. Gözlənti ondan ibarətdir ki, həmin şagirdlər və digər abituriyentlər bu il də yüksək, hətta maksimal nəticə göstərə bilərlər. Hazırda ali təhsil müəssisələrinə elektron ərizə qəbulu davam edir. Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, artıq 105 910 abituriyent qeydiyyatdan keçib. Bu göstərici həm ali təhsil müəssisələrini, həm də 11 illik baza üzrə orta ixtisas təhsili müəssisələrini əhatə edir. Ərizə qəbulunun başa çatmasına təxminən 7 gün vaxt qalır və gözlənilir ki, müraciət edənlərin sayı 120 minə qədər arta bilər", - deyən Elçin Əfəndinin sözlərinə görə, cari ildə rəqabət ötən illərlə müqayisədə daha yüksək olacaq. 

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Mart 2026 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see523

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see495

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see307

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see272

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see267

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see267

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see265

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see260

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see260

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see239

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see237

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see235

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see233

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see228

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see216

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see212

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see204

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri