Buraxılış imtahanında Azərbaycan dili fənninə esse əlavə oluna bilər? AÇIQLAMA
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
"Buraxılış imtahanlarındakı fənlərin əsas mahiyyətini, canını və məhvərini özündə əks etdirən məzmun xətlərinə bəzən kifayət qədər diqqət yetirilmir. Halbuki Azərbaycan dili, riyaziyyat və xarici dil fənnləri məhz Dövlət İmtahan Mərkəzi tərəfindən onların məzmun standartlarına uyğun şəkildə tərtib olunub və şəxsiyyətin formalaşmasında ciddi rol oynayan məzmun xətləri bu imtahanlarda öz əksini tapır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri buraxılış imtahanları fənnlərində sualların tərtibatından danışarkən bildirdi.
"Məsələn, Azərbaycan dili imtahanlarında məzmun xətləri oxuyub-anlama və özünü ifadə bacarıqlarını əhatə edir. Riyaziyyatda isə fəza-həndəsə təfəkkürü, alqoritmik düşüncə funksiyaları ön plana çıxır. Biz şüuraltı olaraq imtahanlara hazırlaşarkən bu məzmun standartlarını da içimizdən keçiririk. Təbii ki, uşaqların əksəriyyəti bunu bilmir, lakin bəzi şüuraltı proseslər özünü göstərir. Hazırkı buraxılış imtahanlarının üç əsas predmet modulu - Azərbaycan dili, riyaziyyat və xarici dil yüksək peşəkarlıqla tərtib olunub və bir-birini zəncirvari reaksiya kimi tamamlayır", - deyə o qeyd etdi.
Mütəxəssis əlavə etdi ki, esse predmeti də məzmun standartlarının tələblərini əks etdirir və xarici dil fənnində esse şagirdin özünü ifadə təfəkkürünü göstərmək imkanını yaradırsa, Azərbaycan dilində də eyni funksiyanı yerinə yetirə bilər:
"Hazırda Azərbaycan dili üzrə təqdim olunan test tapşırıqları isə həmin fənnin məzmun və mahiyyətini dolğun şəkildə əhatə edir. Yəni essenin olmaması heç bir boşluq yaratmır. Əgər esse əlavə olunsa, əlbəttə, bu üstünlük olar, amma əsas prinsip odur ki, şagirdlər ingilis dilində esse yazırlarsa, eyni bacarıq öz ana dillərində də istifadə ediləcək. Esse öz strukturu və ifadə imkanları ilə işləyir; onun keyfiyyəti isə üzərinə qoyulan tələblərdən asılıdır. Nəticədə, buraxılış imtahanlarının bünövrəsi, alt qatı yüksək peşəkarlıqla və möhkəm şəkildə qurulub".
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 04 Fevral 2026 19:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















