Buraxılış imtahanlarına Azərbaycan tarixi də əlavə olunsun
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan tarixi fənninin buraxılış imtahanlarına əlavə edilməsini təklif edib.
Modern.az xəbər verir ki, bu barədə təhsil sahələri üzrə tədqiqatçı Elmin Nuri “AzEdu Podkast"ında danışıb.
Elmin Nuri bildirib ki, hazırda buraxılış imtahanlarında seçilən üç fən şagirdlərin müxtəlif təfəkkür istiqamətlərini ölçməyə imkan verir.
“Buraxılış üçün üç fən ona görə seçilib ki, şagirdin bütün təfəkkür süzgəcini bu üç fən göstərmək gücündədir. Bunların məzmun xətləri çox genişdir. Ana dilində oxuyub-anlama, riyaziyyatda fəzavi düşüncə kimi məzmun xətləri çox vacibdir”, - ekspert qeyd edib.
Onun sözlərinə görə, buraxılış imtahanlarının formatı gələcəkdə daha da genişləndirilə bilər. Ekspert hesab edir ki, qiymətləndirmə yalnız mövcud fənlərlə məhdudlaşmamalı, bəzi yeni yanaşmalar digər fənlərdə də tətbiq edilməlidir.
“Bunun üçün müxtəlif mütəxəssislərlə ayrıca təkliflər paketi hazırlanmalıdır. Biz bir neçə həftə əvvəl də demişdik ki, Azərbaycan tarixi fənni buraxılış imtahanlarına əlavə olunsun. Yenə də bu təklifin üzərində dayanırıq”, - Elmin Nuri deyib.
Ekspert Azərbaycan tarixinin buraxılış imtahanlarına daxil edilməsini milli kimlik və milli düşüncənin möhkəmləndirilməsi baxımından da vacib hesab edib.
“Buraxılış imtahanları gələcək üçün bir növ pasportdur. İnsanın zehni və təfəkkür göstəricisidir. Azərbaycan tarixinin məzmununda milli kimliyi, milli düşüncəni daha da gücləndirən çox mühüm məqamlar var. Ona görə də bu fən imtahanda olmalıdır. Hər şeyi ‘çətindir’ yanaşmasına sıxışdırmamalıyıq”, - o vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:188
Bu xəbər 26 Sentyabr 2026 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















