Icma.az
close
up
RU
Buraxılış imtahanında esse tapşırığı: şagirdlər üçün nə dəyişəcək?

Buraxılış imtahanında esse tapşırığı: şagirdlər üçün nə dəyişəcək?

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Dövlət İmtahan Mərkəzi tam orta təhsil səviyyəsində (11 illik) xarici dillər üzrə imtahan modelində dəyişiklik edib və yeni model 2027-ci ildən etibarən tətbiq olunacaq. Belə ki, növbəti ildən etibarən şagirdlər buraxılış imtahanında xarici dil fənnindən esse də yazacaqlar. Yeniliyə əsasən, imtahan 26 tapşırıqdan ibarət olacaq. Bu tapşırıqlardan 25-i qapalı tipli, 1-i isə yazı işidir. Dinləyib-anlama bölməsi üzrə 4 qapalı tipli test tapşırığı təqdim ediləcək. Oxu bacarığı 2 hissədən ibarət olmaqla, ümumilikdə, 8 test tapşırığı ilə yoxlanılacaq. Qrammatika üzrə isə abituriyentlərə 13 test tapşırığı veriləcək. Yazı bacarığı ayrıca 1 tapşırıq vasitəsilə qiymətləndiriləcək.

Maraqlıdır, 11-ci siniflər üçün esse tapşırığının buraxılış imtahanlarına daxil edilməsi qərarı hansı zərurətdən irəli gəlir və bu dəyişiklik şagirdlərin qiymətləndirilməsinə necə təsir göstərəcək?

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev ilk olaraq bu dəyişikliyin tərəfdarı olduğunu bildirib:

"İndiyədək buraxılış imtahanlarında ingilis dili fənni üzrə sualların anlaşılmaz olması və ya ciddi problem yaratması ilə bağlı xüsusi hal müşahidə etməmişəm. Ona görə də hesab edirəm ki, Dövlət İmtahan Mərkəzi tərəfindən bu istiqamətdə edilən dəyişiklik böyük problem formalaşdırmayacaq.

Qəbul etmək lazımdır ki, hazırkı yeni sistem danışıq dilinin, yazı bacarıqlarının və ümumilikdə dil biliklərinin inkişaf etdirilməsinə yönələn modeldir. Müasir dövrdə beynəlxalq təcrübə də məhz bunu tələb edir. Bu baxımdan, , yeni format  da məhz beynəlxalq dil imtahanlarında tətbiq olunan sual modellərinə yaxınlaşdırılaraq hazırlanır".

Ekspert həmçinin vurğulayıb ki, bu dəyişikliyin həm müsbət, həm də mənfi tərəfləri var:

"Müsbət tərəfi ondan ibarətdir ki, imtahan modeli beynəlxalq təcrübəyə uyğunlaşdırılmağa çalışılır. Bu, şagirdlərdə danışıq, yazı və ümumi dil bacarıqlarının inkişafına müsbət təsir göstərə bilər. Çünki indiyədək bir çox şagird əsasən qrammatikaya üstünlük verir, danışıq və yazı bacarıqlarında isə çətinlik çəkirdi. Halbuki yalnız qrammatik bilik kifayət etmir. Praktik biliklərin formalaşdırılması, şagirdin fikrini yazılı və şifahi şəkildə ifadə edə bilməsi də vacibdir.

Bəzən görürdük ki, şagirdlər buraxılış imtahanlarında qrammatikadan yüksək nəticə əldə etsələr də, ingilis dili üzrə ixtisasa qəbul olduqdan sonra həmin dildə izahları anlamaqda çətinlik çəkirdilər. Bunun əsas səbəbi danışıq və yazı bacarıqlarının yetərli səviyyədə olmaması idi. Tədrisi ingilis dilində olan ixtisaslarda oxuyan tələbələrin bir qismi də bu istiqamətdə ciddi çətinlik yaşayırdı. Yeni format isə orta ümumtəhsil məktəblərində şagirdlərin danışıq və yazı dilinin inkişaf etdirilməsinə töhfə verə bilər".

Ekspertin sözlərinə görə, digər tərəfdən, istər Dövlət İmtahan Mərkəzi, istərsə də digər qurumlar hər hansı yenilik tətbiq edərkən həmin yeniliyin hansı mühitdə həyata keçiriləcəyini də nəzərə almalıdır:

"Qeyd olunan imtahan modeli orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə tətbiq olunacaq. Ona görə də sual yaranır: hazırda məktəblərdə DİM-in yeni modelinə uyğun tapşırıqlar yerinə yetirilirmi? Bildiyimiz kimi, Dövlət İmtahan Mərkəzi bu modeli 2027-ci ildə buraxılış siniflərində tətbiq etməyi planlaşdırır. Həmin şagirdlərə bu barədə məlumat 9-cu sinifdə oxuyarkən verilib. Bu halda 5, 6, 7 və 8-ci siniflərin proqramından yeni formatda sualların salınması müəyyən çətinlik yarada bilər. Çünki həmin dövrdə şagirdlər bu model üzrə imtahan verəcəklərindən xəbərdar deyildilər. Onlara bu istiqamətdə yazı və danışıq tapşırıqları sistemli şəkildə öyrədilməyib".

R.Nurəliyev onu da əlavə edib ki, bu məqam xüsusilə regionlarda, ucqar kəndlərdə təhsil alan şagirdlər baxımından nəzərə alınmalıdır:

"Çünki buraxılış imtahanında ölkə üzrə bütün şagirdlər iştirak edir. Suallar tərtib olunarkən bu reallıq mütləq nəzərə alınmalıdır. Əgər suallar həddindən artıq ağır və mürəkkəb olarsa, bölgələrdə təhsil alan uşaqlar daha çox çətinlik çəkə bilər. Bu da valideynləri uşaqlarını rayonlardan Bakıya gətirməyə məcbur edə bilər. Nəticədə həm ailələr üçün əlavə yük yaranar, həm də paytaxta axın daha da arta bilər. Bu isə yeni modelin mənfi tərəflərindən biri kimi qiymətləndirilə bilər.

Təqdirəlayiq məqamlardan biri ingilis dili fənni üzrə sualların sayının azaldılması və imtahan vaxtının 15 dəqiqə artırılması ilə bağlı yanaşmadır. Ümumilikdə, həm sualların, həm də fənlərin sayının azaldılmasının tərəfdarıyam. Xüsusilə buraxılış imtahanlarının daha sadə və əlçatan olmasını vacib hesab edirəm. Əgər yeni model şagirdlər üçün əlavə çətinlik yaradacaqsa, bu, artıq mənfi təsir kimi dəyərləndirilməlidir".

Ekspert hesab edir ki, bu istiqamətdə həm sual tərtib edənlərə, həm də imtahanda iştirak edəcək şagirdlərə əvvəlcədən aydın istiqamət verilməlidir:

"DİM qəbul imtahanlarından əvvəl hansı mövzularda və hansı formatda sualların düşəcəyi barədə “Abituriyent” jurnalının müvafiq sayında məlumat dərc edir. Düşünürəm ki, növbəti ildən etibarən “Abituriyent” jurnalının 1-ci sayında bu dəyişikliklərlə bağlı geniş məlumat verilməlidir. Beləliklə, şagirdlər sualların formatı və mövzular barədə əvvəlcədən məlumat əldə etmiş olarlar”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Aprel 2026 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see393

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see369

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see310

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see289

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see285

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see278

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see267

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see260

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see259

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see246

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see233

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see230

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see227

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see225

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see225

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see222

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see218

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see213

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see213

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri