Icma.az
close
up
RU
Şagirdlər narahatdır: buraxılış imtahanı çətin olacaq?

Şagirdlər narahatdır: buraxılış imtahanı çətin olacaq?

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

2025-ci ildə keçiriləcək buraxılış imtahanlarının qrafiki və qeydiyyat tarixləri açıqlanıb. Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları iki zona olmaqla 2 və 9 mart tarixlərində keçiriləcək. Zonalar üzrə aid olan şəhər və rayonların siyahısı imtahandan bir ay əvvəl paylaşılacaq.

Buraxılış imtahanlarında fənnlər olduğu kimi qalacaq. Lakin 9-cu sinifdə xarici dil fənni üzrə yenilik tətbiq ediləcək. Belə ki, şagirdlərin bilikləri yeni bir tapşırıq vasitəsilə qiymətləndiriləcək. Bu tapşırıqda şagirdlərə üç şəkil təqdim olunur və şəkillər arasındakı əlaqəni müəyyən etmək tələb edilir. 

Lakin bu dəyişikliklər 9-cu sinif şagirdləri arasında təşviş yaradıb. Mütəxəssislər hesab edir ki, bu yeniliklər ilk baxışdan şagirdlərin yazılı ifadə bacarıqlarını inkişaf etdirmək üçün müsbət addım kimi görünsə də, imtahan prosesində ədalətli qiymətləndirmə ilə bağlı problemlər yarada bilər.

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, ən böyük problemlərdən biri yazılı işlərin qiymətləndirilməsindəki subyektivlikdir. Hər il yazı işlərinin yoxlanılmasında buraxılan səhvlər və nöqsanlar, nəticələrin gec açıqlanmasına və şagirdlərin haqsız qiymətləndirilməsinə səbəb olur: "Məsələn, Dövlət İmtahan Mərkəzinin illik hesabatlarına əsasən, yazılı tapşırıqların qiymətləndirilməsində hər il 10%-ə qədər şikayət qeydə alınır. Bu, qiymətləndirmə prosesində obyektivliyin təmin edilmədiyini və belə bir sistemin ədalətli olmadığını göstərir".

Modern.az mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova ilə həmsöhbət olub.

O da qeyd edir, hazırda buraxılış imtahanlarına dair elan edilən yeniliklər təbii olaraq abituriyentlər arasında müəyyən bir təşviş yaradıb.

"Xüsusilə, 9-cu sinif buraxılış imtahanlarında tətbiq olunan yeni format, şagirdlər və valideynlər üçün müəyyən çətinliklər yaradır. Lakin, nəzərə almaq lazımdır ki, bu dəyişikliklər tədricən həyata keçirilir və şagirdlərin uzunmüddətli inkişafına xidmət edir. İngilis dili imtahanlarının çətin keçəcəyi ilə bağlı narahatlıqlara gəlincə, bu, daha çox şagirdlərin imtahana hazırlıq səviyyəsindən asılıdır. Son illərdə məktəb proqramlarında edilən yeniliklər, o cümlədən yazı bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı tapşırıqların məktəb dərsliklərinə daxil edilməsi, bu gün 9-cu sinif şagirdlərinin müəyyən qədər bu formatlara hazırlıqlı olmasını təmin edir. Əslində, şagirdlər 7-ci sinifdən etibarən yazı bacarıqları üzrə sistemli şəkildə hazırlaşırlar. Bu, onlara yalnız imtahan üçün deyil, həm də həyatları boyunca lazım olacaq əsas dil bacarıqlarını inkişaf etdirmək üçün mühüm əsas yaradır”.

Müsahibimiz sonda vurğulayıb ki, imtahanların yalnız nəticə deyil, həm də bir proses olduğu unudulmamalıdır:

“Təcrübəli bir ingilis dili müəllimi olaraq hesab edirəm ki, həm müəllimlər, həm də valideynlər şagirdlərə müsbət yanaşma ilə yanaşı, psixoloji dəstək göstərməlidirlər. Çünki uğurun əsas sirri təkcə hazırlıq deyil, həm də özünə inamdır. Şagirdlərə mesajım odur ki, bu yeniliklər sizi qorxutmasın. Siz artıq illərdir bu istiqamətdə addımlar atmısınız və bu sınaqdan müvəffəqiyyətlə keçəcəyinizə inanıram”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:468
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Yanvar 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see387

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see382

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see295

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see293

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see262

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see254

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see254

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see249

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see247

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see234

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see233

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see220

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see206

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see202

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see200

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see193

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see192

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see192

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri