Icma.az
close
up
RU
Buraxılış imtahanlarının martda keçirilməsi zəruridir EKSPERT

Buraxılış imtahanlarının martda keçirilməsi zəruridir EKSPERT

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əmrah Həsənli: “İmtahanlar yayda olsa, tədris ili gecikəcək”

“Şagirdlər yalnız 3 fənnə yox, bütün dərslərə hazır olmalıdır”

Təhsil problemləri üzrə mütəxəssis, fəlsəfə doktoru Etibar Əliyev Azərbaycanı “dünyanın ən qısa orta təhsil sistemi olan ölkələrindən biri” adlandırıb. Sosial şəbəkədə təhsilimizin hazırkı durumu barədə fikirlərini paylaşan E.Əliyev yazıb: 

“Dövlət İmtaham Mərkəzi buraxılış imtahanlarını mart ayında keçirdiyindən yuxarı sinif şagirdləri məktəbə əlvida deyiblər. Tanışım məktəb direktorlarından biri deyir ki, uşaqları məktəbə gətirə bilmirik. Məcburən məktəb təhsilimi olar?! Buraxılış imtahanlarından normal bal toplayan məktəblilərin valideyinləri övladlarının ali məktəbə daxil olması münasibəti ilə banket də düzənləyiblər. Barak Hüseyn oğlu Obamanın maraqlı bir fikrini təkrar xatırlayıram. "Bəzi məktəb göstəricilərində ona görə geridə qalırıq ki, məsələn, bizim uşaqlar hər il Cənubi Koreya uşaqlaraından bir ay az dərs keçirlər." O, amerikanlara belə bir çağırış etmişdi: "Təkcə məktəbdənkənar proqramları genişləndirmək bəs etmir, həm də məktəb günlərini elə planlaşdırmaq lazımdır ki, dərslər üçün çox vaxt ayrılmış olsun". 

İmtahan sisteminin məktəbi idarə etməsinin mənfi fəsadlarını artıq görürük. Yekun qiymətləndirmə proqram və materialların yekununda həyata keçirilməlidirsə hansı elmi əsaslandırma ilə məktəblərdə 2 ay dərslər keçilmir?. Bu qərar necə qəbul olunub? Proqram, material bitməmiş imtahan etməyin heç bir məntiqi izahı yoxdur. Dərs ilinin ortasında qiymətləndirmə birbaşa subyektiv yanaşmadır və metodoloji baxımdan doğru deyil. Məktəbin düzənini pozmaq bizə nə vəd verir? Əgər bizim uşaqlar təhsil sistemi inkişaf etmiş ölkələrin uşaqlarından 3 ay az dərsə gedirlərsə, funksional savadsızlığın qarşısının alınması üçün tədbirlər görməliyik. Elə bir vəziyyət yaradıblar ki, uşaqlar məktəbə getməməyə sevinirlər. Halbuki məktəb uşaqları maqnit kimi özünə çəkməlidir. DİM-in yaradılmasının 10 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Emin Əmrullayev və Məleykə Abbaszadənin çıxışlarında xeyli giliey -güzar eşitdik. Yəqin ki, gələn il də Elm və təhsil nazirliyinin yaradılmasının 5 illik yubileyi keçiriləcək. Giley-güzarı azaldıb, uşaqları məktəblərə qaytarın! Məktəb nizamının pozulmasının birbaşa cəmiyyətə mənfi təsiri danılmazdır. Orta məktəb şagirdlərinin davranışı bizi çox narahat edir. Məktəbdə baş verən neqativ halların xor şəklində, bilərəkdən valieyinlərin üzərinə yüklənməsi, sübut edir ki, məktəb artıq öz zəruri funksiyalarını çoxdan itirib”.

Həqiqətən də, sual yaranır, bir halda ki buraxılış imtahanları mart ayında keçirilib, məzunlar imtahan verib, bilik səviyyələrinin necə olduğunu və nə qədər bal topladıqlarını, bu balın qarşıdakı qəbul imtahanlarının nəticələri ilə cəmlənəndə hansı fakültəyə, hansı ixtisasa düşə biləcəklərini indidən ayırd ediblər, o zaman orta ümumtəhsil məktəblərində tədrisi iyun ayının 15-ə kimi uzatmağın mənası nədir? 

“Axırıncı aşırım” filmində Abbasqulu bəyin diliylə desək, “buraxın bu camaatı yığılsın evinə-eşiyinə” də! 

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli isə “Sherg.az”a açıqlamasında buraxılış imtahanlarının mart ayında keçirilməsinin səbəbini belə izah etdi: 

- İradlarla qismən razılaşmaq olar. Amm digər tərəfdən baxsaq, buraxılış imtahanları əgər tədris ili bitəndən sonra keçirilsə, bu uzun zaman alacaq. Çünki imtahan nəticələri 7-8 həftəyə, hardasa 2 aya yaxın müddətə açıqlanır, ardınca blok imtahanlarının vaxtı yetişir. Bilirsiz ki, blok imtahanları da 2 dəfə keçirilir, abituriyentlərə 2 şans verilir. Bunları nəzərə alanda görürük ki, əgər buraxılış imtahanları tədris ili bitdikdən sonra keçirilsə vaxt məhdudiyyəti yaranacaq. Yeni tədris ili sentyabrın 15-də başlanmalı olduğu halda, çəkəcək oktyabr-noyabr ayına. Yenə də problemlər yaşanacaq. Başqa məsələ budur ki, buraxılış imtahanında şagirdlər 3 fənndən imtahan verir – Azərbaycan dili, Riyaziyyat və xarici dil. Amma məktəbdə tədris olunan fənlərin sayı 3 deyil axı, digər fənlər də var. Şagird məktəbdə digər fənlərdən də yekun imtahan verir, məktəb daxilində və bu qiymətlər də attestata yazılır. Doğrudur, bəzən məktəbdə güzəştlərə gedilir bu imtahanda. Amma məktəb öz məsuliyyətini, şagird də öz məsuliyyətini dərk etməlidir ki digər fənlərdən də imtahan verəcək. Burada məsələ təkcə buraxılış imtahanı deyil, digər fənlərdən də imtahan verilməsidir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Aprel 2026 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri