Icma.az
close
up
RU
Buraxılış imtahanlarının mart aprel ayına salınmasının əsas səbəbi nədir? EKSPERT DANIŞDI

Buraxılış imtahanlarının mart aprel ayına salınmasının əsas səbəbi nədir? EKSPERT DANIŞDI

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Məktəblərdə 11-ci siniflərin buraxılış imtahanının mart ayında keçirilməsi hər il eyni problemi gündəmə gətirir. İmtahandan sonra şagirdlərin böyük əksəriyyəti dərslərə marağını itirir, davamiyyət xeyli zəifləyir. “Attestat imtahanını verdimsə, məktəbə getməyə ehtiyac yoxdur” düşüncəsi artıq adi hal alıb. Bəs, imtahan martda keçirilirsə, onda dərslərin iyuna qədər davam etməsinin məntiqi nədədir? Buraxılış imtahanlarının mart-aprel ayına salınmasının əsas səbəbi nədir?

Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli SİA-ya açıqlamasında bildirib ki, son günlər Dövlət İmtahanı Mərkəzi tərəfindən buraxılış imtahanlarının tarixlərinin elan edilməsindən sonra sosial şəbəkələrdə valideynlərin və şagirdlərin ciddi narazılığı yenidən gündəmə gəlib:

"Bu narazılıqlar təsadüfi deyil və problemin kökündə təhsil prosesinin planlanmasında yol verilən sistemli uyğunsuzluqlar dayanır. Məsələ ondadır ki, Dövlət İmtahanı Mərkəzi buraxılış imtahanlarının vaxtını əsasən öz daxili iş qrafikinə uyğun müəyyənləşdirir. Halbuki bu imtahanlar ümumi təhsil proqramının məntiqinə və tədris ilinin real gedişatına uyğun keçirilməlidir. Təəssüf ki, Elm və Təhsil Nazirliyi bu məsələ ilə bağlı prinsipial mövqe ortaya qoymur və DİM-in qərarlarına etiraz etmir. Nəticədə təhsil prosesi ilə imtahan sistemi arasında ciddi ziddiyyət yaranır.

Digər tərəfdən, yerli icra strukturları, regional təhsil idarələri, Bakı Şəhər Təhsil İdarəsi və məktəb rəhbərlikləri buraxılış siniflərində oxuyan şagirdlərə təzyiq göstərərək imtahandan sonra da dərsə davamiyyət tələb edirlər. Lakin reallıqda bu tələb nə tədrisin keyfiyyətinə, nə də məktəb mühitinə müsbət təsir göstərir. Əksinə, dərs mühiti pozulur, davamiyyət formal xarakter daşıyır, tədris prosesi isə faktiki olaraq iflic vəziyyətinə düşür.

Təsəvvür edin ki, buraxılış imtahanları tədris ilinin bitməsinə azı 2–2,5 ay qalmış keçirilir. Bu imtahanları verib müvəffəq qiymət alan 9-cu və 11-ci sinif şagirdləri haqlı olaraq düşünürlər ki, artıq əsas mərhələni başa vurublar və dərsə davam etmələri vacib deyil. Bu yanaşma isə məktəbdə ümumi intizamı və tədris mühitini ciddi şəkildə zədələyir.

Problemin daha təhlükəli tərəfi isə onun gələcəkdə yaratdığı hüquqi və akademik fəsadlardır. Məlum olduğu kimi, buraxılış imtahanlarında əsasən tədris dili, ana dili və xarici dil (əsasən ingilis dili) üzrə nəticələr qiymətləndirilir. Digər fənlər üzrə isə buraxılış imtahanı nəticəsi olmadığı üçün attestat qiymətləri birbaşa məktəbdaxili davamiyyət və qiymətləndirmə ilə formalaşır.

Belə bir vəziyyətdə şagird DİM imtahanında yüksək nəticə göstərsə belə, buraxılış imtahanından sonra dərsə davamiyyətinin zəifləməsi səbəbindən məktəb tərəfindən ona “qeyb” yazılır və nəticədə bəzi fənlər üzrə qiymətləri formalaşmır. Bu isə o deməkdir ki, şagird attestat ala bilmir. Nəticədə 11 illik təhsil faktiki olaraq heçə enir və həmin şagird blok imtahanları adlanan qəbul imtahanlarında iştirak etmək hüququndan məhrum olur. Bu cür hallar cəmiyyətdə haqlı narazılıq və qarışıqlıq yaradır.

Unutmaq olmaz ki, biz artıq XXI əsrdə yaşayırıq. Süni intellekt və rəqəmsal texnologiyalar dünyanın hər yerində sənayedə, elmdə və təhsildə geniş şəkildə tətbiq olunur. Belə bir dövrdə Dövlət İmtahanı Mərkəzi də daha çevik və müasir yanaşmalar tətbiq etməlidir. Heç olmasa, buraxılış imtahanlarını tədris ili başa çatdıqdan sonra keçirmək üçün elektron resurslardan, rəqəmsal qiymətləndirmə modellərindən və alternativ imtahan mexanizmlərindən istifadə imkanlarını araşdırmalıdır. Demək olar ki, mövcud vəziyyətdə nə şagird, nə valideyn, nə də müəllim məmnundur. Bu isə onu göstərir ki, qəbul və buraxılış imtahanları sistemi ümumilikdə yenidən nəzərdən keçirilməlidir. Ən azından buraxılış sinifləri üçün imtahanların vaxtı tədris ilinin real bitmə tarixinə uyğunlaşdırılmalı, məktəb və imtahan sistemi arasında ziddiyyət aradan qaldırılmalıdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:29
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 Yanvar 2026 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see509

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see230

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see224

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see209

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see208

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see200

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see195

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see185

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see181

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see180

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see177

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see157

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see156

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see153

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see151

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see146

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see141

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see139

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri