Burhanettin Duran: Əməkdaşlığımız regional sabitlik üçün önəmlidir
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İstanbul, 28 may, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən nümayiş etdirilən güclü liderlik və sarsılmaz həmrəylik sayəsində iki ölkə arasındakı strateji əməkdaşlıq regional sülh və sabitlik baxımından mühüm nümunədir.
AZƏRTAC xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duranın 28 May - Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşımında yer alıb.
Əlamətdar gün münasibətilə ən səmimi hisslərlə təbriklərini çatdırdığını qeyd edən Duran paylaşımında bildirib: “Bu əlamətdar gündə can Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizi rəhmətlə, qazilərimizi minnətdarlıqla yad edir, qardaş Azərbaycan xalqını məhəbbətlə salamlayıram. “Bir millət, iki dövlət” anlayışı ilə qardaşlığımız daim olsun”.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 28 May 2026 18:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















