İrandan buraxılan raket vaxtında zərərsizləşdirildi Burhanettin Duran
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"İrandan buraxılaraq ölkəmizə doğru yönəldiyi müəyyən edilən ballistik raket Qaziantep vilayətinin Şahinbəy rayonu üzərində NATO-nun hava və raketdən müdafiə sistemləri tərəfindən vaxtında zərərsizləşdirilib. Hadisə nəticəsində hər hansı insan tələfatı və ya xəsarət alan olmayıb".
Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Burhanettin Duran özünün "X" sosial media hesabında paylaşdığı açıqlamada bildirib.
Onun sözlərinə görə, hadisə baş verdiyi ilk andan etibarən bütün aidiyyəti qurumlar tərəfindən yaxından izlənilib, zəruri müdafiə və təhlükəsizlik tədbirləri dərhal işə salınıb:
"Bu çərçivədə Türkiyə Cumhuriyəti Müdafiə Nazirliyi başda olmaqla bütün aidiyyəti qurumlar tam koordinasiya şəraitində fəaliyyət göstərirlər. Türkiyənin hava məkanının və sərhəd təhlükəsizliyinin qorunması məsələsində dövlətin iradəsi və imkanları ən yüksək səviyyədədir. Bölgədə gərginliyin daha da artmaması və qarşıdurmanın daha geniş əraziyə yayılmaması böyük əhəmiyyət daşıyır. İran başda olmaqla bütün tərəflərə regional təhlükəsizliyi risk altına alan və mülki əhalinin təhlükəsizliyini təhdid edə biləcək addımlardan çəkinmələri ilə bağlı xəbərdarlıq bir daha qəti şəkildə çatdırılır. Bu müddətdə vətəndaşlardan və media qurumlarından təsdiqlənməmiş, ictimaiyyətdə panika yarada biləcək və dezinformasiya xarakterli məlumatlara qarşı həssas yanaşmaları, yalnız rəsmi qurumların açıqlamalarına istinad etmələri xahiş olunur".
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 09 Mart 2026 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















