Burundi Senatının vitsespikeri Azərbaycanda səfərdədir
Icma.az, Publika.az portalına istinadən məlumat verir.
Burundi Respublikası Senatının vitse-spikeri Fabrise Nkurunziza Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçiriləcək Parlament Görüşündə iştirak etmək üçün Azərbaycana səfərə gəlib.
Bu barədə Publika.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Bildirilib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclisin Burundi ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elşən Musayev və digər rəsmi şəxslər qarşılayıblar.


