525ci qəzet Burundi Senatının vitsespikeri Azərbaycanda səfərdədir
Icma.az bildirir, 525.az portalına istinadən.
Burundi Senatının vitse-spikeri Fabrise Nkurunziza Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycana səfərə gəlib.
525.az-a bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, vitse-spikerin Azərbaycana səfərinin əsas məqsədi Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə keçiriləcək parlament görüşündə iştirak etməkdir.
Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclisin Burundi ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elşən Musayev və digər rəsmi şəxslər qarşılayıblar.
Bu mövzuda digər xəbərlər:Burundi Senatının vitsespikeri Azərbaycanda səfərdədir
15 Noyabr 2024 13:29
Baxış sayı:50
Bu xəbər 15 Noyabr 2024 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















