Icma.az
close
up
RU
Buşehrdə mümkün faciə Azərbaycana da təsir edə bilər Polkovnikdən XƏBƏRDARLIQ

Buşehrdə mümkün faciə Azərbaycana da təsir edə bilər Polkovnikdən XƏBƏRDARLIQ

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yaxın Şərqdə hazırda davam edən müharibə regionda təhlükəsizlik risklərini ciddi şəkildə artırır. ABŞ Prezidenti Donald Trampın İranın nüvə materiallarını nəzarətə götürmək planı ilə bağlı iddialar artıq geniş müzakirə olunur.

Bu arada, İranın Buşehr Atom Elektrik Stansiyası ərazisinə mərmi düşdüyü barədə məlumat yayılıb.

Bu cür hücumların təkrarlanacağı təqdirdə region üçün, xüsusilə də Azərbaycan kimi yaxın ölkələr üçün nüvə radiasiyası təhlükəsinin miqyası nə dərəcədə arta bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, Yaxın Şərqdə vəziyyət daha da gərginləşib:

"Çox təəssüf ki, hər ötən gün bu vəziyyət o dərəcəyə çatır ki, idarəolunmaz proseslər baş verir. Dünən İsrail və ABŞ-nin birgə əməliyyatı nəticəsində İranın rəhbər şəxslərindən biri Əli Laricani həyatını itirib və bundan sonra İran İsrailin paytaxtı Təl-Əvivə zərbə vurub. Bu baş verənlər hər kəsi narahat etməlidir. Dünən Buşehr Atom Elektrik Stansiyası ərazisinə mərmi düşüb. Bu, çox təhlükəlidir. Nəzərə alsaq ki, Buşehr Atom Elektrik Stansiyası bizim bölgəyə yaxındır və Çernobıl qəzası zamanı 1986-cı ildə baş verən faciəni xatırlasaq, əlbəttə, bundan narahat olmalıyıq və prinsip etibarilə narahatıq. Bu vəziyyət onu deməyə əsas verir ki, İranın daxilində, eləcə də İsraildə və Amerikada müəyyən maraqlı qüvvələr var və onlar Azərbaycanı, Türkiyəni və digər bölgə ölkələrini bu prosesə cəlb etmək istəyirlər. Bu səbəbdən belə hücumlar həyata keçirilir. Bu, olduqca təhlükəlidir. Yenə də qeyd edirəm ki, heç kim zəmanət verə bilməz ki, sabah həmin atom elektrik stansiyasında baş verə biləcək zərbə nəticəsində yaranacaq faciə bizim bölgəni, cənub zonalarını, eləcə də Bakını əhatə etməyəcək".

Müsahibimiz hesab edir ki, hadisə ilə bağlı gün ərzində Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi və digər rəsmi şəxslər münasibət bildirəcəklər:

"Bu proses bu şəkildə davam edə bilməz. Hətta Rusiya-Ukrayna müharibəsi zamanı Zaporojye Atom Elektrik Stansiyası ilə bağlı MAQATE həyəcan təbili çalırdı. Bu narahatlıq ondan irəli gəlirdi ki, orada baş verə biləcək mümkün faciə təkcə Ukraynanı deyil, Avropanın bir çox ölkələrini də əhatə edə bilər və insanlar radiasiyaya məruz qala bilər. Bu məsələdə ABŞ da, İsrail də, İran da və Beynəlxalq Atom Enerjisi Agentliyi də öz məsuliyyətini dərk etməlidir. Açıq demək lazımdır ki, mətbuat bu məsələyə kifayət qədər diqqət ayırmır. Yaxın Şərqdə yüksək vəzifəli şəxslərin öldürülməsi prosesi daha da xaotik vəziyyətə sürükləyir. Bu səbəbdən bu məsələdə diqqətli olmaq lazımdır və öz tərəfimizdən narahatlıq Xarici İşlər Nazirliyi və digər dövlət qurumları vasitəsilə ifadə olunmalıdır. Müharibə aparan tərəflər, hər nə qədər çətin görünsə də, beynəlxalq hüququ nəzərə almalı və minlərlə, on minlərlə, yüz minlərlə insanı risk altına atmamaq üçün addımlar atmalıdırlar".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Mart 2026 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri