İrandan Azərbaycana qaçqın axını olarsa... Polkovnikdən AÇIQLAMA
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Bu gün İranda gedən hər hansı proseslərin Azərbaycana ən çox təsir göstərə biləcək əsas faktoru qaçqınlar faktorudur. İranda 35-40 milyon arası azərbaycanlı yaşayır. On milyonluq Azərbaycan üçün bu insanların hətta az bir hissəsinin ölkəmizə gəlməsi belə son dərəcə ciddi problemlər yarada bilər. Nəzərə alsaq ki, əvvəllər bir milyon qaçqın belə bütün sanitar və sosial sistemə ciddi yük yaratmışdı, İrandan gələcək mümkün daha böyük qaçqın axınının ölkəni hansı vəziyyətə sala biləcəyi aydındır".
Bu fikirləri Redaktor.az-a İranda baş verən proseslərin Azərbaycana olan təhlükəsindən bəhs edən hərbi ekspert, polkovnik Şair Ramaldanov bildirdi. O, qeyd etdi ki, İranda gedən proseslərin dinc yolla, insanların qaçqın vəziyyətinə düşməsinə səbəb olmadan həllini tapması sevindirici olardı.
Müsahibimizin sözlərinə görə, hazırda müşahidələr göstərir ki, bu məsələlər müəyyən qədər səngiməyə doğru gedir:
"Düşünürəm ki, İran xalqı düzgün qərar verir və proseslərin nəzarət altına alınaraq sabitliyə doğru yönəlməsi mümkündür. Proseslərin bu cür yekunlaşmasının əsas səbəblərindən biri isə cəmiyyəti ətrafında birləşdirə biləcək güclü siyasi liderin olmamasıdır. Belə bir lider nə hakimiyyət daxilində, nə də xalq arasında mövcuddur. Elə bir fiqur yoxdur ki, həm xalqı ətrafında birləşdirə, həm də daxili və xarici qüvvələri qane edəcək siyasi nəticələr ortaya qoya bilsin. İran xalqı da, dövləti də anlayır ki, baş verən hadisələrin ilkin səbəbi iqtisadi xarakter daşıyır. Tacirlərin etirazları, qiymət artımları, dolların kəskin bahalaşması və sanksiyaların təsiri bu proseslərin əsas qaynaqlarıdır. İranın neft satışına tətbiq olunan məhdudiyyətlər ölkənin əsas gəlir mənbəyini zəiflədib və bu da daxili iqtisadi gərginliyi artırıb".
Ramaldanovun fikrincə, belə vəziyyətdə İran danışıqlara getməyə məcbur qalır ki, bu proseslər yumşalsın və etirazların ilkin səbəbləri aradan qalxsın:
"Lakin xarici qüvvələr sanksiyalarla hədələməklə və yeni məhdudiyyətlər tətbiq etməklə İranın iqtisadi potensialını daha da zəiflədir. Dolların bahalaşması da xarici təsirlərin nəticəsi kimi qiymətləndirilir. Adətən iqtisadi və ya sosial səbəblərlə başlayan hərəkətlər xarici təsirlər altında siyasiləşdirilir. Lakin bu cür proseslərin uğurla nəticələnməsi üçün güclü siyasi liderin ortaya çıxması vacibdir. Hazırda İranda nə mövcud hakimiyyət, nə də cəmiyyət daxilində bu rolu üzərinə götürə biləcək fiqur yoxdur. Buna görə də gözlənti ondan ibarətdir ki, proseslər yenidən sabitlik və sakitlik mərhələsinə daxil olacaq. Eyni zamanda ABŞ ilə danışıqlarda İranın daha mülayim mövqe tutacağı ehtimal olunur. Ümumilikdə isə mövcud proseslərin böyük ölçüdə ABŞ-nin maraqlarına uyğun istiqamətdə formalaşdığı qənaəti yaranır".
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 14 Yanvar 2026 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















