Icma.az
close
up
RU
Bütöv Azərbaycana aparan yol: “Milli birlik gününü də qeyd edəcəyik”

Bütöv Azərbaycana aparan yol: “Milli birlik gününü də qeyd edəcəyik”

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın ən yeni tarixində çox mühüm əlamətdar hadisələrdən biridir”.

Bu sözləri politoloq Oqtay Qasımov “Cebheinfo.az”-a şərhində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar fikirlərini bölüşərkən bildirib. 

Söhbət zamanı O.Qasımov vurğulayıb ki, gün gələcək Azərbaycan xalqı milli birlik gününü də bayram kimi qeyd edəcək:

“1988-1991-ci illərdə milli azadlıq mübarizəsinə qalxmış Azərbaycan xalqı Sovetlər İttifaqından müstəqillik əldə etməklə bərabər bütöv Azərbaycan uğrunda da mübarizə aparırdı. 1989-ci ilin 31 dekabrında xalqımız Azərbaycanı iki yerə bölən Araz çayı sahili boyunca çəkilmiş məftilləri sökməklə öz milli birliyini nümayiş etdirdi.

Bütün dünyaya göstərdik ki, biz xalq olaraq bölünməklə razı deyilik. Məhz həmin gün Azərbaycan xalqının iradəsi, əzmi və fədəkarlığı sahəsində Sovet İttifaqı ilə İran arasında min kilometrə yaxın olan tikanlı məftillər və sərhəd dirəkləri söküldü. Nə Sovet İttifaqı, nə də İrandakı rejim Azərbaycan xalqının qarşısında tab gətirə bildi. O gündən bəri xalqımız milli həmrəylik gününü qeyd edir”. 

Bu günün əhəmiyyəti ondadır ki, bütöv Azərbaycan uğrunda mübarizənin təməl daşını təşkil edir:

“Bu təməl məhz 1989-ci ilin 31 dekabrında əsası qoyulub. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız məhz bu gündən ilhamlanaraq təşkilatlanıb, dövlətimiz ətrafında birləşib və milli birliyin daha da günlənməsi üçün mübarizə aparır. Onu da qeyd edim ki, Azərbaycan xalqının apardığı mübarizənin nəticəsi olaraq nə zamansa Bütöv Azərbaycan yaranacaq. Zaman gələcək, milli birlik gününü qeyd edəcəyik”. 

Yunis Abdullayev 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Dekabr 2024 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri