Icma.az
close
up
RU
Strateji liderlikdən bütöv və qüdrətli Azərbaycana

Strateji liderlikdən bütöv və qüdrətli Azərbaycana

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2003-cü ildən etibarən Azərbaycanın siyasi idarəetməsində yeni mərhələnin başlanması ölkənin dövlətçilik trayektoriyasını köklü şəkildə dəyişdi.

Prezident İlham Əliyev hakimiyyətə gəldiyi dövrdə Azərbaycan postsovet məkanında hələ də keçid problemlərini yaşayan, regional risklərə açıq bir ölkə idi. Son iyirmi 22 ildə isə bu reallıq tədricən aradan qalxaraq yerini institusional baxımdan güclənmiş, regional və qlobal miqyasda söz sahibi olan bir dövlət modelinə verdi.

Bu dövrün əsas siyasi xüsusiyyətlərindən biri idarəetmədə davamlılıqla yenilənmənin paralel aparılmasıdır. Prezident İlham Əliyev siyasi kursunu Ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış dövlətçilik konsepsiyasına söykənsə də, onu dəyişən beynəlxalq sistemin və daxili sosial-iqtisadi tələblərin prizmasından yenidən şərh etdi. Bu yanaşma Azərbaycanı ideoloji sarsıntılardan və kəskin siyasi zigzaqlardan qoruyan əsas amillərdən biri oldu.

Daxili siyasətdə prioritet kimi sabitlik və idarəolunanlıq seçildi. Siyasi sabitlik yalnız təhlükəsizlik anlayışı ilə məhdudlaşdırılmadı, eyni zamanda iqtisadi planlaşdırma, sosial siyasət və regional inkişaf strategiyalarının əsas dayağına çevrildi. Mərkəzləşdirilmiş, lakin funksional idarəetmə modeli dövlət institutlarının effektivliyini artırdı və qərarların icrasında vaxt itkisini minimuma endirdi.

İqtisadi müstəvidə Prezident İlham Əliyevin siyasəti resurslardan asılılıqdan strateji imkanlara keçid məntiqi üzərində quruldu. Enerji sektorundan əldə edilən gəlirlər məqsədli şəkildə infrastrukturun yenilənməsinə, regionların balanslı inkişafına və sosial rifahın yüksəldilməsinə yönəldildi. Nəticədə iqtisadi artım təkcə makroiqtisadi göstəricilərdə deyil, gündəlik sosial reallıqlarda da hiss olunmağa başladı.

Sosial siyasət Prezident İlham Əliyevin siyasi legitimliyinin əsas sütunlarından birinə çevrildi. Dövlət-vətəndaş münasibətlərində sosial məsuliyyət anlayışı ön plana çəkildi, əhalinin həssas təbəqələrinin müdafiəsi sistemli xarakter aldı. Sosial paketlərin genişləndirilməsi, əməkhaqlarının və pensiyaların mərhələli şəkildə artırılması cəmiyyət daxilində sosial gərginlik risklərini minimuma endirdi.

Hərbi-siyasi xətt isə bu dövrün ən həlledici istiqamətlərindən biri oldu. Ordunun modernləşdirilməsi, müdafiə sənayesinin inkişafı və peşəkar kadr potensialının formalaşdırılması uzunmüddətli strateji planın tərkib hissəsi idi. Bu siyasətin kulminasiya nöqtəsi 2020-ci ildə əldə olunan hərbi-siyasi nəticə ilə yekunlaşdı və Azərbaycan regional güc balansında keyfiyyətcə yeni mövqeyə yüksəldi.

Postmünaqişə mərhələsində Prezident İlham Əliyevin siyasi yanaşması qalibiyyət ritorikası ilə məhdudlaşmadı. Əksinə, əsas diqqət bərpa, reinteqrasiya və uzunmüddətli sülh perspektivlərinin formalaşdırılmasına yönəldi. Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri təkcə fiziki infrastrukturun deyil, eyni zamanda yeni idarəetmə və yaşayış modellərinin sınaq meydanına çevrildi.

Xarici siyasətdə İlham Əliyevin xətti praqmatik realizm üzərində quruldu. Azərbaycan nə ideoloji bloklaşmanın, nə də birtərəfli asılılığın tərəfdarı oldu. Balanslaşdırılmış diplomatiya ölkəyə böyük güclər arasında manevr imkanları qazandırdı, beynəlxalq təşkilatlarda isə suverenlik və bərabərlik prinsiplərinin ardıcıl müdafiəsi təmin edildi.

Xüsusilə Qoşulmama Hərəkatı çərçivəsində aparılan siyasət Azərbaycanın qlobal Cənubun maraqlarını ifadə edən aktora çevrildiyini göstərdi. Bu, ölkənin yalnız regional deyil, normativ-siyasi səviyyədə də mövqeyinin möhkəmləndiyini təsdiqlədi.

Nəticə etibarilə, Prezident İlham Əliyevin rəhbərlik etdiyi son iyirmi iki il Azərbaycan üçün sadəcə zaman kəsiyi deyil, dövlətçilik keyfiyyətinin dəyişdiyi bir mərhələdir. Güclü icra hakimiyyəti, idarəolunan siyasi sistem, artan beynəlxalq çəkisi və bərpa olunmuş ərazi bütövlüyü bu mərhələnin əsas göstəriciləridir. Bugünkü Azərbaycan artıq proseslərə reaksiya verən deyil, onları formalaşdıran aktor kimi çıxış edir və bu reallıq mövcud siyasi kursun davamlılığını şərtləndirir.

Züriyə Qarayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 Dekabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see390

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see383

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see259

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see238

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see226

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see220

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see214

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see213

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see197

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see191

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see185

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see185

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see183

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see179

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see179

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see177

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see174

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see174

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri