Bütöv Azərbaycanda Zəfər seçkilərindən ötən bir il
Bir il əvvəl Azərbaycanın ictimai-siyasi həyatına xüsusi yazılan tarixi günlərdən daha birini yaşadıq. Azərbaycan tarixinin səhifəsinə yazılan 7 fevral 2024-cü il ölkəmizdə keçirilən növbədənkənar prezident seçkiləri müdrik xalqımızın yekdilliyi ilə, həmrəyliyi ilə yeni tariximizə möhrünü vurdu. Hamılıqla, həmrəyliklə hər kəs öz tarixi seçimini edərək bir daha inkişafa, tərəqqiyə, sabitliyə, əmin-amanlığa səs verdi. Bu səs Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi müdrik və uzaqgörən siyasətə verilən səs idi. Bu seçkilər Azərbaycan üçün tam bir demokratik bayram oldu. İlk dəfə Zəfər seçkiləri suveren və bütöv Azərbaycanın bütün ərazilərində keçirildi. Seçkilər günü daha bir tarixi məqama şahidlik etdik. Azərbaycan Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verdilər. Prezidentin Xankəndidə səs verməsi "erməni separatçılarının tabutuna vurulan son mismar" idi. Prezident o binada səs verməklə Ermənistana, eləcə də onun xarici havadarlarına mesajlarını çatdırmış oldu.
Prezident İlham Əliyev Ulu Öndərimizin gördüyü möhtəşəm işləri qətiyyət və prinsipiallıqla davam etdirərək Azərbaycanın iqtisadi, siyasi, hərbi qüdrətini, nüfuzunu daim artıraraq, xalqın güzəranını və rifahını dönmədən yüksəldərək, ərazi bütövlüyümüzü təmin edərək və suverenliyimizə imza ataraq xalqın alternativsiz Liderinə çevrilib.
Azərbaycan bayrağının işğaldan azad olunan torpaqlarımızda ucaldılmasını hər kəsin 30 ilə yaxın bir zamanda gözlədiyi möhtəşəm hadisə idi. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi bizim ölkəmiz üçün yeni dövr başlayır: "Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq".
Prezident İlham Əliyevin ölkəmizə növbəti yeddi ildə rəhbərliyi ilə bizi ötən 20 ildə əldə edilmiş nailiyyətlərin davamı ilə yanaşı, fəth ediləcək daha uca zirvələr, böyük hədəflər gözləyir. Görülən işlər deməyə əsas verir ki, Azərbaycan indikindən də qüdrətli, bütün sahələr üzrə hərtərəfli inkişaf etmiş, güclü iqtisadiyyata sahib dövlət olacaqlır. Bu gün Azərbaycan qalib dövlətdir. Xalq-iqtidar birliyi bizi zəfərə, qələbədən qələbə aparır.
"BUNDAN SONRA DA AZƏRBAYCANIN HƏRTƏRƏFLİ İNKİŞAFI, ƏRAZİ BÜTÖVLÜYÜMÜZÜN QORUNMASI ÜÇÜN ƏLİMDƏN GƏLƏNİ ƏSİRGƏMƏYƏCƏYƏM"
Azərbaycan üçün artıq yeni bir dövr başlanılıb. Ərazi bütövlüyünü, suverenliyini təmin etmiş bir dövlətin müstəqillik tarixində ərazi bütövlüyü çərçivəsində baş tutmuş Zəfər seçkisindəki Qələbədən sonra ölkənin ictimai-siyasi, sosial-mədəni həyatı üçün yeni hədəflər müəyyənləşdirilib. Zəfərimizin, həmçinin ərazi bütövlüyümüzün və suverenliyimizin müəllifi olan Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşən xalq qalib Liderinə səs verməklə bir daha təsdiqlədi ki, xalq-Prezident birliyi, həmrəyliyi sarsılmazdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində yeni dövr üzrə müəyyənləşdirilən hədəfləri mesaj verdi. "Bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm" - deyən Prezident bildirib ki, iyirmi ildən çoxdur ki, Azərbaycan xalqı mənə öz dəstəyini göstərir. Dövlətimizin başçısı İlham Əliyevin prezidentlik fəaliyyətinin 20 illiyi dövründə verilən hər bir vəd, qarşıya qoyulan vəzifələr yerinə yetirildi. Ötən 20 illik tariximiz Azərbaycanın böyük bir salnaməsini yaratmış, güclü iqtisadiyyata, dinamik inkişafa, dünya dövlətləri sırasında xüsusi imicə malik olan dövlət kimi öz imicini təsdiqləmişdir. Dövlət siyasətinin müasir modelini yaradan Azərbaycan Prezidenti İlham Əliyevin yüksək idarəçilik məharəti, milli maraqlara əsaslanan daxili və xarici siyasəti bütün sferalarda yüksək nailiyyətlərlə müşahidə olunur. "2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi" – deyə Prezident diqqətə çəkib.
"BİZİM SİYASƏTİMİZİN MƏRKƏZİNDƏ AZƏRBAYCAN VƏTƏNDAŞI, ONUN QAYĞILARI, ONUN PROBLEMLƏRİ, ONUN TƏHLÜKƏSİZLİYİ, ONUN XOŞBƏXTLİYİ DAYANIR"
Xalqımız 2003-cü ildə 76,8 faiz səslə Cənab İlham Əliyevi özünə Prezident seçdi. 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək, namizədliyini siyasi varisi Cənab İlham Əliyevin xeyrinə geri götürdüyünü elan edərkən bildirmişdi: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Reallaşan kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat Azərbaycanın əsas inkişaf göstəriciləri sırasında olan amillərdir. Azərbaycanın dinamik inkişafının göstəriciləri sırasında ardıcıl həyata keçirilən islahatlar nəticəsində bütün istiqamətlərdə olduğu kimi sosial-iqtisadi sahədə də uğurlu nəticələr əldə edilib, sahibkarlığın inkişafı istiqamətində də bir sıra önəmli addımlar atılıb. Dövlət başçısının dəfələrlə bəyan etdiyi kimi, ölkədə həyata keçirilən siyasətin mərkəzində, məhz Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Azərbaycan dövlətinin siyasətinin əsasında xalqın rifahının yüksəlməsi dayanır. Ölkəmizdə sosial sahədə həyata keçirilən islahatlar miqyasına görə heç bir ölkədə müşahidə olunmur.
Azərbaycan Prezidentinin yürütdüyü siyasətin məqsədyönlüyü, ardıcıllığı hər bir vətəndaşda gələcəyə daha da böyük inam və əminlik yaradıb. Prezident İlham Əliyev dövrün tələbi kimi qarşıda duran vəzifələri düzgün müəyyənləşdirib, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyinə, işləkliyinə nail olub. Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Azərbaycanın uğurlu inkişafının təmin edilməsində və qarşıda duran bütün əsas vəzifələr uğurla icrasının təməlində düşünülmüş siyasət, həyata keçirilən islahatlar və dövlət proqramları dayanır. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının qəbulu və qarşıya qoyulan vəzifələrin uğurlu icrası nəticəsində abadlaşan bölgələrimiz, inkişaf edən ölkəmiz Azərbaycanın dinamik inkişafının göstəriciləridir. Paytaxtla regionlar arasında inkişaf fərqini aradan qaldırmağa hesablanmış Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları bölgələrdə infrastrukturun yenilənməsi, rayonların simasının əhəmiyyətli dərəcədə müasirləşməsində mühüm rol oynayıb. Bölgələrdə istehsal müəssisələrinin dirçəlişi və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, aqrar sektorun müxtəlif dəstək mexanizmləri və innovativ üsullarla inkişaf etdirilməsi, müasir infrastrukturun, yeni iş yerlərinin yaradılması dövlət proqramlarının reallaşdırılmasında əsas nailiyyətlər sırasında qeyd edilməlidir. Ümumilikdə 4 dövlət proqramı üzrə regionlara yatırılmış investisiyaların həcmi 104 milyard manat təşkil edir. 2004-cü ildən bəri regionlarda 1,8 milyondan çox yeni iş yeri və 52 mindən artıq yeni müəssisə yaradılıb. Statistik rəqəmlərə əsasən. 2004-cü ildən ölkədə 60-dan çox yeni elektrik stansiyası istismara verilib. Elektrik enerjisinin 76%-i regionlarda istehsal edilir. Bu illər ərzində Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib. Regionlarda qazlaşdırmanın səviyyəsi 94%-i ötüb, fasiləsiz içməli su alan əhali üzrə göstərici 9%-dən 73%-ə çatıb. Bu illərdə 9 hava limanı tikilib və yenidən qurulub. Laçın hava limanının tikintisi isə davam edir. Həmin müddətdə əsas hissəsi bölgələrə aid olmaqla 3.600-dən çox məktəb, 760-a yaxın tibb müəssisəsi tikilib və ya təmir olunub, çoxlu sayda körpü və tunellər, yollar istifadəyə verilib. İstehsal və sənaye müəssisələrinin çoxu bölgələrə aiddir. Hazırlanan növbəti dövlət proqramı da regionların inkişafının müasir tələblərə uyğunlaşdırılmasına hesablanıb. Bütün bu və ya digər göstəricilər və statistik rəqəmlər deməyə əsas verir ki. Azərbaycan böyük bir ikkişaf yolu keçərək nufuzunu yüksəltməyə nail olub. Bu göstəricilər insanların rahatlıq və firavanlığını yüksəldib.
İNNOVATİV İNKİŞAFA YOL AÇAN DÖVLƏT
23 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Sərəncamı dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını və bu məqsədlə aparılan sosial islahatların uğurla davam etdirildiyini bir daha göstərir. Sərəncama əsasən, 2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata, 2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılıb. Bu artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub. 2018-2024-cü illərdə müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib və göründüyü kimi, bu artım dinamikası bu il də davam etdirilir.
Sosial sahədə atılan mütərəqqi addımlar Azərbaycan vətəndaşının maraqlarının dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayandığını bir daha təsdiqləyir. Yeni Sərəncamla icrasına başlanan sosial islahat paketi bu ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması da nəzərə alınmaqla ümumən 3 milyon insanı əhatə edir. "Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır". Ölkə Prezidentinin bu sözləri onun tapşırıqları əsasında ardıcıl olaraq həyata keçirilən, o cümlədən son illər bir-birinin ardınca reallaşdırılan, hər biri neçə-neçə vətəndaşın rifahının dəstəklənməsində önəmli rol oynayan sosial islahatlarda aydın və əməli təsdiqini tapır. Buna nümunə olaraq dövlətimizin başçısının Fərman və Sərəncamları əsasında 2018-2024-cü illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 4 sosial islahat paketinin icra olunmasını, bu islahatlar üçün 7 milyard manat əlavə illik vəsait ayrılmasını göstərmək olar. Statistik rəqəmlərə nəzər salsaq həmin dövrdə minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiya 2,4 dəfə, müavinət və təqaüd ödənişlərində 5 dəfə, ünvanlı yardımın orta aylıq məbləğində 2,7 dəfə, minimum əməkhaqqında 2,7 dəfə, orta aylıq əməkhaqqında 2 dəfəyədək, median əməkhaqqında 2,2 dəfə, əmək haqqı fondunda 3 dəfə, əmək müqavilələrinin sayında 609 min (48 faiz) artımın olduğunu görürük. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ölkədə sosial məsələlərin həllini, əhalinin rifahının yüksəlişini prioritet məsələ hesab edir və ölkəmizdə bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Həqiqətən də, bu sosial addımlar əhali tərəfindən böyük məmnunluqla qarşılanır. Müasir, modern dövlət olaraq tanınan ölkəmiz Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində iqtisadi islahatları reallaşdırır, innovativ inkişafa yol açan dövlətə çevrilib. Əlbəttə ki, həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat Azərbaycanın əsas inkişaf göstəriciləridir. Bu uğurlar ölkəmizdə hökm sürən sabitliyin və əmin-amanlığın mövcudluğunu təsdiqləyir.
AZƏRBAYCANIN NÖVBƏTİ DİPLOMATİK UĞURU – D-8 TƏŞKİLATINA ÜZVLÜK
Ötən bir il ərizində Azərbaycanın növbəti diplomatik uğuru – D-8 təşkilatına üzvlük ölkəmizin müstəqillik tarixində beynəlxalq diplomatik uğurlar sırasına daxil olan növbəti əlamətdar hadisə kimi yadda qalıb. Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan Respublikası yekdilliklə D-8 təşkilatının üzvü seçilib. Bu, D-8 yarandığı gündən təşkilatın sıralarının ilk genişlənməsi kimi əlamətdardır. Üç qitəni əhatə edən, 4 trilyon ABŞ dollardan artıq ÜDM-ə malik, 130 milyard ticarət dövriyyəsi həyata keçirən, üzvlərinin əhalisinin sayının ümumilikdə dünya müsəlmanlarının 60%-ni təşkil edən (ümumi əhali 1,2 milliardan artıqdır) və böyük iqtisadi potensiala malik "İslam Səkkizliyi" adlanan D-8-ə ölkəmizin üzvlüyü Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və ölkəmizə olan etimadın bariz nümunəsidir. Bu, Prezident İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasətinin məntiqi nəticəsidir. Müasir Azərbaycan Respublikasının memarı və qurucusu olan Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət strategiyası bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əminliklə deyə bilərik ki, Ulu Öndərin hazırladığı mükəmməl xarici siyasət strategiyası Azərbaycanı bütün regional məsələlərdə söz sahibi olan müstəqil dövlətə çevirdi. Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu diplomatik fəaliyyəti nəticəsində Azərbaycanın dünya birliyindəki nüfuzu daha da artdı. Bu gün regiondakı hər hansı bir strateji əhəmiyyətli layihə Azərbaycanın rəyi olmadan gerçəkləşə bilməz.
AZƏRBAYCANA BÖYÜK HÖRMƏT VƏ ETİMAD - COP29
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a Azərbaycanın uğurla ev sahibliyi etməsi də nailiyyətlər sırasındadır. Bu, bir daha təsdiqləyir ki, Azərbaycan daxilində hökm sürən sabitliyi, təhlükəsizliyi nəticəsində belə möhtəşəm tədbirləri reallaşdırır. Bütün vasitələrdən istifadə edərək COP29-a qarşı boykot kampaniyası həyata keçirməyə cəhd etsələr də Azərbaycan uğurla bu tədbirə ev sahibliyi etmiş oldu. 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçının olması hər bir şeyi demiş oldu. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir də iştirak edirdi. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının nümunəsi idi. COP29-u keçirməyə ölkəmizə bir ildən az zaman verilsə də Azərbaycan bu işin öhtəsindən layiqincə gələ bildi. Dünyanın nəzər nöqtəsini özünə cəmləndirən Azərbaycanda müasir dünyanı narahat edən məsələlərin müzakirə olunmasında dünya ölkələrin nümayəndələri bir araya gəldi. Qoşulmama Hərəkatına sədrliyikdən və Təhlükəsizlik Şurasına üzvlüyülükdən sonra Azərbaycanın xarici siyasətinin növbəti bir uğuru kimi səciyyələndirilir. Bu gün Azərbaycan öz yaşıl gündəliyi ilə diqqətdədir. Prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə ölkəmizdə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilmişdi. Bununla yanaşı, Azərbaycanda ətraf mühitin qorunması, iqlim dəyişikliklərinin qarşısının alınması istiqamətində atılan addımlar sırasında günəş, külək enerjisinin əldə olunması sahəsində həyata keçirilən layihələri, işğaldan azad edilmiş ərazilərin, həmçinin Naxçıvan Muxtar Respublikasının "yaşıl enerji" zonası elan olunmasını nümunə göstərə bilərik. Əlbəttə ki, Bakıda keçirilən COP29 iqlim dəyişikliyi və ətraf mühit problemlərinə həssaslığı artırmaq baxımından töhfədir. Bu konfrans Azərbaycanın qlobal iqlim gündəliyindəki mövqeyini gücləndirib və Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün yeni imkanlar yaradıb. COP29-un Azərbaycanda keçirilməsi 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamıdır. İqlim dəyişikliyinə yeni yanaşmalar yaradacaq COP29 çərçivəsində Azərbaycan gündəliyinin yaşıl enerji ilə bağlı olmasını bir daha sərgilmiş oldu. Görülən işlər bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə ölkə həyatının bütün sahələrində verdiyi vədlərin hamısı yerinə yetirilib və sosial problemlər həll edilibdir. Əldə olunan möhtəşəm nailiyyətlər Azərbaycanı güclü və qüdrətli dövlətə çevirib.
Zümrüd BAYRAMOVA
![see](https://icma.az/template/assets/see.png)