Icma.az
close
up
RU
İki cəbhədə bütöv Zəfər Nə separatçılar var, nə sülhməramlılar...

İki cəbhədə bütöv Zəfər Nə separatçılar var, nə sülhməramlılar...

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vətən müharibəsində möhtəşəm qələbəmizin dördüncü ili tamam olur; Azərbaycan döyüş meydanında rəşadətli mübarizəsi ilə yanaşı, diplomatiya masasında da səviyyəli iş aparıb

Vətən müharibəsində möhtəşəm qələbəmizin dördüncü ili tamam olur. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 2020-ci ilin bu günləri torpaqlarımızdan işğalçıları təmizləmək üçün əks-hücum əməliyyatlarını davam etdirirdi. 

Artıq bu günlərdə qəhrəman Azərbaycan əsgərləri Şuşa şəhərini azad etməyə yaxınlaşırdılar. İndi bu hadisələrə daha soyuq ağılla qiymət verəndə məlum olur ki, Azərbaycan döyüş meydanında rəşadətli mübarizəsi ilə yanaşı, diplomatiya masasında da mükəmməl və səviyyəli iş aparıb. Əgər elə olmasaydı, kənar güclər Qarabağı poliqona çevirməyə çalışacaq, müxtəlif mərkəzlərin mübarizə meydanına çevriləcəkdi. Amma Azərbaycanın ağıllı strategiyası nəticəsində Qarabağda heç bir beynəxalq missiya yoxdur və rus sülhməramlı kontingenti də vaxtından tez bölgəni tərk edib. Əslində müqaviləyə görə hələ də rus hərbçilər regionda qalacaqdılar, amma şərait elə gətirdi ki, onlara ehtiyac olmadı. 

Təbii, 4 il əvvəlki hadisələri xatırlayanda, çoxları rus hərbçilərinin Qarabağdan tezliklə getməsini gözləmirdi. Elə Rusiyanın da niyyəti Qarabağı tələm-tələsik tərk etmək olmamışdı. Lakin Azərbaycanın siyasi rəhbərliyinin uzaqgörən siyasəti bu məsələnin erkən həllinə səbəb oldu. Beləliklə, Vətən müharibəsini həm hərbi, həm diplomatiya cəbhəsində qələbə ilə başa vura bildik. Hər iki prosesdə Ordunun qüdrəti ilə diplomatiyanın praqmatizmi sinxronluq təşkil etdi. Erməni tərəfi isə təhlükəsizlik sahəsində və siyasi müstəvidə birtərəfli, əyilmiş, başıpozuq siyasəti ucbatından itirə-itirə gedir. Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyevin qəzetimizə dediyinə görə, ümumiyyətlə, Qarabağ müharibəsinin finalı, separatçıların həbsinə qədər nəticə əldə edilməsi, soyqırıma məruz qalan Xocalı şəhərinin azad edilməsi ən möhtəşəm sonluq idi: “Yəni həm siyasi-hüquqi, həm mənəvi qalibiyyət əldə olundu. Azərbaycan Ordusu erməni faşizminə qalib gəldi və onu darmadağın etdi. Doğrudur, postmünaqişə dövründə erməni faşizminin yeni elementləri meydana çıxıb: revanş ovqatı, silahlanma, qisasa çağırış, "artsax uğrunda mübarizə" kimi cəfəng səslər eşidilir. Fəqət Azərbaycanın gücü revanşizm həvəskarlarına əsl xəbərdarlıqdır, bunu xüsusən də erməni baş nazir Nikol Paşinyan qiymətləndirə bilir. O anlayır ki, yeni müharibə yeni fəlakətdir. Erməni xalqı yorulub və döyüşə hazır deyil". 

Partiya rəsmisi hesab edir ki, ümumən, uduzmuş ordu 4-5 il sonra təkrar müharibə apara bilməz: “Erməni ordusunda isə əzm yoxdur. Deməli, sülhə aparan yol ermənilərin nicatıdır. Onlar 10 milyonluq Azərbaycan, 80 milyonluq Türkiyə ilə hansı potensial ortaya qoya bilərlər?! Rusiyadan da siyasi və hərbi cəhətdən üz çevirmiş bir ölkənin Fransa, Amerika hesabına nəyisə etməsi gülüncdür. Erməni xalqına sülh hamıdan çox lazımdır. Bir sözlə, 44 günlük müharibə və zəfərin nəticələri 4 il sonra nəticələr çıxarmağa, hadisələri  dəyərləndirməyə imkan yaradır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, sərhədin Tavuş istiqamətində delimitasiya aparılıb, Qazağın 4 işğal olunmuş kəndi danışıqlarla geri alınıb, hazırda ikitərəfli danışıqlar müxtəlif müstəvilərdə pis-yaxşı inkişafdadır”. E.Mehdiyevin fikrincə, bütün bu nəticələr Vətən müharibəsinin bizə qazandırdığı imkanlardır: “Ali Baş Komandanın və qalib Ordunun döyüş meydanındakı zəfəri bizim diplomatik masada əlimizi gücləndirməkdədir”. 

Xatırladaq ki, Prezident İlham Əliyev Vll çağırış Milli Məclisin ilk iclasındakı nitqində deyib ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası hər birimizin önəmli vəzifəsidir. Ölkə başçısı İkinci Qarabağ müharibəsindən sonra görülmüş işlərin miqyasının çox geniş olduğunu qeyd edərək, bir neçə rəqəmi açıqlayıb. Bildirib ki, müharibədən sonra bu ilin sonuna qədər xərclənməsi nəzərdə tutulan vəsait 19 milyard manatdır. Vəsaitin çox hissəsi infrastruktur layihələrinə xərclənib. Zəngilanın Ağalı kəndindən başlayan Böyük Qayıdış planına uyğun olaraq artıq Laçın, Füzuli, Zəngilan, Şuşa, Xocalı sakinlərinin bir qismi öz doğma evlərində yaşayırlar. İşğaldan azad edilmiş bütün ərazilərimizdə böyük infrastruktur obyektləri inşa edilib, əhalinin məşğulluğu təmin edilir. Dünya standartlarına cavab verən müasir məktəblər, xəstəxanalar tikilib istifadəyə verilir.

\\MUSAVAT.COM

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://news24.az
archiveBu xəbər 05 Noyabr 2024 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see377

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see280

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see228

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see225

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see217

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see210

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see207

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see205

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see200

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see195

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see190

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see189

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see187

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see184

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see177

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see171

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see170

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri