Icma.az
close
up
RU
“Bütün bunlar Azərbaycan dövlətinin hesabına keçirilir” ŞƏRH EDİLDİ

“Bütün bunlar Azərbaycan dövlətinin hesabına keçirilir” ŞƏRH EDİLDİ

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Ermənistanın iddiasına, eyni zamanda xaricdən müəyyən dairələrin onlara dəstək verməsinə baxmayaraq Azərbaycan heç vaxt işğal faktoru ilə razılaşmayıb”. Bunu SİA-ya açıqlamasında Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, dövlətimiz hər zaman torpaqlarımızı işğaldan azad edəcəyini və həmin ərazilərdə həyatın qayıdacağını birmənalı şəkildə elan edirdi: “Hələ çox çox illər əvvəl torpaqlarımız işğalda olanda Böyük Qayıdış planı hazırlanmışdır. Harada nə işlərin görüləcəyi, insanların ata ocağına qayıtması üçün konkret planlar qurulmuşdur. Düzdür, torpaqlar işğaldan azad edildikdən sonra işğalın nəticələrinin gözlədiyimizdən qat-qat ağır olduğunu gördük. Bütün yaşayış fondu dağıdılmış, təbiətə zərər vurulmuşdur. Torpaqlarımız minalanmışdır. Lakin buna baxmayaraq qısa zamanda çox böyük qlobal işlər görüldü. Torpaqlarımız minalardan təmizləndi. Hər şey bərpa edilməyə başladı, 700 kilometrdən çox yollar çəkildi. 70 kilometrə qədər tunel qazılır. Nəinki sadəcə bərpa, ağıllı kənd və şəhər prinsipi ilə müasir yaşayış komplekslərinin salınması, təhsil, səhiyyənin yüksək səviyyədə qurulması üçün böyük işlər görüldü. Bunun nəticəsidir ki, 10-dan çox yaşayış məntəqəsində xüsusilə də Şuşada və Xocalıda yaşayış təmin edildi. İnsanların mənzillə yanaşı eyni zamanda işlə təminatı da çox ciddi sürətdə diqqətdə saxlandı. Mənzillər insanlara dövlət hesabına pulsuz verildi. Onların təhlükəsizliyi qorunur və öz torpaqlarına bağlılığının real həyatda təstiqlənməsi üçün böyük işlər görüldü. Bütün bu məsələlər cənab Prezidentin diqqətindədir. Onun tez-tez işğaldan azad olunan ərazilərimizə səfər etməsi bu qəbildəndir. Bu günlərdə onun Ağdam şəhərində görülən işlərlə tanışlığı göstərdi ki, çox böyük layihə həyata keçirilir. Elə bu il təkcə Ağdam şəhərinə 10 min insan qayıdacaq. Gələn il isə 20 min insanın qayıdacağı gözlənilir. Perspektivdə isə Ağdam gələcəkdə əhali sayına görə ölkənin dördüncü şəhərinə çeviriləcək və 100 mindən çox insan orada yaşayacaq.

Cənab Prezidentin Xocalının Balıca şəhərində insanlarla görüşü, səmimiyyəti və hesabat verməsi Böyük Qayıdışın uğurla həyata keçirildiyini göstərir. Bütün bunlar Azərbaycan dövlətinin imkanları hesabına həyata keçirilir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Fevral 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri