Bütün məlumatlar, maarifləndirici çağırışlar Azərbaycan dilində olmalıdır ŞƏRH EDİLDİ
Icma.az, Sia Az portalına istinadən məlumat verir.
"Əlbəttə ki, Azərbaycan dili dövlət dilidir və burada bütün elanlar, bildirişlər rəsmi və qeyri-rəsmi yazışmalar şübhəsiz ki, Azərbaycan dilində olmalıdır. Dövlət qurumları hansısa rus dilində elanları, məlumatları verirsə, altdan Azərbaycan dilində gedirsə, bu məlumatları hesab edirəm ki, bu məqbul variant deyil". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.
Onun sözlərinə görə, Bu, dövlət dili kimi Azərbaycan dilinə hörmətsizlikdir: "İnanıram ki, bunun qarşısı alınmalıdır. Bütün məlumatlar, maarifləndirici çağırışlar Azərbaycan dilində olmalıdır. Bu həm dilə hörmətdəndir, həm də dövlət dili Azərbaycan dilidir. Belə də olmalıdır. Hesab edirəm ki, bu kimi addımlar atan dövlət qurumları, məsul şəxslərlə bağlı şübhəsiz ki, sorğular olmalıdır ki, niyə belə maarifləndirici çağırışlar rus dilində səsləndirilir. Halbuki Azərbaycanda rus dilini praktik olaraq demək ki, o qədər də zərurət yoxdur ki, bu elanlar, çağırışlar, maarifləndirici çağırışlar rus dilində getsin. Çünki dövlət dili də, praktik dil də Azərbaycanda məhz Azərbaycan dilidir. Dövlət dili yalnız hüquqi norma deyil, eyni zamanda milli kimliyin, dövlət suverenliyinin və ictimai həmrəyliyin əsas sütunlarından biridir. Dövlət qurumlarının fəaliyyəti cəmiyyət üçün nümunə rolunu oynayır və bu baxımdan onların dil siyasətinə yanaşması xüsusi əhəmiyyət daşıyır. Rəsmi elan və məlumatların ilkin olaraq başqa dildə təqdim edilməsi cəmiyyətdə yanlış mesaj formalaşdırır və dövlət dilinin ikinci plana keçirilməsi təəssüratını yaradır.
Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olduğu açıq şəkildə təsbit olunub və bu norma bütün sahələrdə, xüsusilə də ictimaiyyətə yönəlmiş rəsmi məlumatlandırmalarda qeyd-şərtsiz əsas götürülməlidir. Maarifləndirici çağırışların məqsədi geniş kütləyə düzgün və aydın informasiya çatdırmaqdırsa, bu, ən effektiv şəkildə məhz əhalinin böyük əksəriyyətinin gündəlik istifadə etdiyi Azərbaycan dili vasitəsilə həyata keçirilməlidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 22 Yanvar 2026 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















