Icma.az
close
up
RU
Bütün bunlar İlham Əliyevin özündə cəmləşdirdiyi ciddi uğurlar və dövlətimizin nailiyyətləridir

Bütün bunlar İlham Əliyevin özündə cəmləşdirdiyi ciddi uğurlar və dövlətimizin nailiyyətləridir

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Demokratiya iki qurdla bir quzunun günorta yeməyinə nə yeyəcəyini seçməsidir. Azadlıq isə tam təchizatlı bir quzunun səsverməyə qarşı çıxmasıdır. Benjamin Franklin, Amerika siyasətçisi.
Digər tərəfdən, Corc Bernard Şou, Böyük Britaniya dramaturqu, demokratiyanı belə təsvir edir:
“Demokratiya başınızın üzərindəki hava şarıdır; gözlərinizi zilləyib ona baxdığınız vaxt, o birilər sizin cibinizi boşaldır.”
Bu ifadələr günümüzün reallıqlarını tam əks etdirir. Demokratiyanın dəyərlərini, prinsiplərini maraq və alver predmetinə çevirən ölkələr bu gün əslində öz iç üzlərini göstərirlər. Bununla da, heç vaxt demokratik dəyərləri və ədaləti dəstəkləmədiklərini dünyaya nümayiş etdirirlər. Əgər belə olmasaydı, bu gün həmin ölkələr və o insanlar, düşünməsinlər ki, dünya tədricən yumşaq metodologiya ilə atdıqları addımları və verdikləri qərarları hiss etmir. Biz hər şeyi hiss edir və bütün yanaşmaları analiz edirik.
Siz o hava şarını böyüdüb ölkələrin cibini boşaltmağı bacardınız. Bacarmadığınız ölkələri isə düşmən elan etdiniz. Amma bu gün sizi dərk edənlər artıq mövcuddur və müstəqil, ədalətli siyasət nümayiş etdirərək dünyaya ciddi mesajlar ötürürlər.
Bəli, bu gün deskriptiv təhlil aparanlar, perspektiv təhlili ortaya qoyanlar əsaslandırılmış formada proqnozlarını öz dövlətlərinin təmsil etdiyi xalqın gələcəyinə yönəldə bilirlər. Siz hər kəsin başını o şarla qata bilmədiniz. Demokratik dəyərlərin beşiyi sayılan ölkələr ilk olaraq bu prinsiplərə zidd addımlar atdılar. O dəyərlərdən biridə insan haqqlarıdır. Lakin siz bizim insanlarımızın hüquqlarını tanımadınız. Bir milyona yaxın insanın hüquqları illərlə tapdalandı. Azərbaycan dövləti isə tarixi ədaləti bərpa edərək insanlarımızın haqqını qaytardı..
Bu gün Makron kimilər və onun düşüncəsinə, həyat tərzinə yaxın olanlar anlamalıdır ki, dünya heç də o şara baxmaqla və yaxud iki qurdun bir quzunun istəyi ilə idarə olunmaq istəmir. Artıq bu məsələlərə dair cənab Prezidentin sonuncu müsahibəsində tam aydın və şəffaf formada ifadə etdiyi fikirlər işıq verdiki görməyənlər işıqdan sitifadə edib görsünlər ki, niyyət və məqsədlər nədən ibarətdir.
Azərbaycan dövlətinin rəhbəri İlham Əliyevin istər İran, istər Fransa, istər Amerika, istərsə də terrorçu Ermənistanla bağlı səsləndirdiyi fikirləri təhlil etmək vacibdir.
Bəli, Zəngəzurla bağlı “dəhliz açılmalıdır” ifadəsi, “Zəngəzurun adı çəkilmir” deyən bəzi siyasi qüvvələrə əlinin arxası ilə vurulan şillədir. Onlar sadəcə belə siyasi şillələrə o qədər məruz qalıblar ki, artıq siyasi beyin travmasından əziyyət çəkirlər. Siyasi idarəetmə fənnini mükəmməl şəkildə öyrənənlər onu tətbiq edə bilir, biz də artıq onun nəticələrini gördük və davamlı olaraq görmək istəyirik.
Tarixdə ictimai, siyasi, sosial problemlər heç vaxt birmənalı olmur, dəyişkən olur. Onları yaradan səbəblər və həll yolları da sabit deyil. Bu dəyişkən prosesləri düzgün analiz edib qərarlar qəbul etmək üçün həm intutiv hissə, həm də mülahizə, yəni məntiqə əsaslanan rasional, strateji, taktiki və operativ qərar vermə qabiliyyətinə malik olmaq lazımdır ki, bütün bunları siyasi problemləri aradan qaldırıb, siyasi nəticələr əldə edəsən, siyasi məhdudiyyətlərdən ölkəni yan keçirəsən.
Bütün bunlar bu gün İlham Əliyevin özündə cəmləşdirdiyi ciddi uğurlar və dövlətimizin nailiyyətləridir.
Şarın altında qalıb ona baxanların vəziyyətindən nəticə çıxarmağı bacarmayanlar isə bir gün o şarı partladacaq və altında qalıb hansı təlatümlərlə üzləşdiyinizi yadınıza salın və fərqinə varın.
Ramil Hüseynov,
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 08 Yanvar 2025 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri