Icma.az
close
up
RU
Deputat: “Bütün razılaşmalar İlham Əliyevin baxışlarına əsaslanır”

Deputat: “Bütün razılaşmalar İlham Əliyevin baxışlarına əsaslanır”

Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, millət vəkili Sahib Alıyev Milli Məclisin növbədənkənar sessiyasının “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusuna həsr olunan iclasındakı çıxışı zamanı belə deyib.
Həmin çıxışı diqqətinizə təqdim edirik.
Biz başında böyük güclərin durduğu, lokal təsir bağışlasa da, əslində qlobal xarakter daşıyan, yeni dünya düzəninə hədəflənən toqquşmaların daha da kəskinləşdiyi və artıq həm də nəticəyönümlü addımların atılmağa başlanıldığı bir dönəmdəyik.
Məhz belə bir vaxtda Azərbaycanla Ermənistanın sülhlə bağlı həlledici razılığa gəlmələrini, olayın Vaşinqtonda, cənab Prezidentin təbirincə desək, “dünyanın bir nömrəli ofisi” ndə baş verməsini təkcə iki ölkənin yox, bütövlükdə regionun, burada yaşayan bütün xalqların maraqları baxımından son dərəcə mühüm addım olaraq dəyərləndirirəm!
Bu, əslində yeni dünya arxitekturasında Güney Qafqazın subyekt olaraq yerinin bir növ müəyyənləşməsindən və Ermənistan ona verilən tarixi fürsəti düzgün qiymətləndirsə, o ölkənin də Suriyalaşmaq, kimlərinsə əlində plasdarma çevrilmək təhlükəsindən birdəfəlik qurtulacağından xəbər verir. Yəni maraqları toqquşan güclərə burada əməkdaşlıqdan başqa ayrı yol buraxılmır. Görünür ki, elə də olacaq.
Baxın, Vaşinqton danışıqlarından hardasa 3 həftə sonra Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri ŞƏT-in Çindəki Zirvəsinə qatılaraq orada da sülhlə bağlı nikbin fikirlər səsləndirdilər. Hər iki ölkənin birinci xanımlarının birgə şəkil çəkdirib paylaşmaları isə fikrimcə, təkcə dövlətlər yox, cəmiyyətlər arasında da barışa çağırış idi. Maraqlıdır deyilmi, ABŞ-də start verilən proses Cində bir az da irəli aparılır?
Cənab İlham Əliyevlə Çin liderinin görüşündə Si Cinpinin Azərbaycanla Ermənistan arasındakı birbaşa dialoqu və dövlətimizin yeritdiyi suveren siyasəti dəstəklədiyini bildirməsi, oradaTrans-Xəzər marşrutunun ölkəsi üçün önəmliliyinin vurğulanması isə rəsmi Pekinin Vaşinqtonda baş verənlərə ikitərəfli format çərçivəsində aparılan danışıqların nəticəsi olaraq yanaşdığını göstərmirmi?
Bu, Prezidentimizin “Əl-Ərəbiyyə” telekanalında dediyi “avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd dövlətlərarası əlaqələrin necə qurulmalı olduğu haqda Azərbaycanın baxışına əsaslanır” fikri ilə Çinin sədrinin də razılaşdığını göstərmirmi?
Ermənistandakı revanşist kəsim Vaşinqton razılaşmasını növbəti kapituliyasiya aktı kimi dəyərləndirir ki, onların burunlarından uzağı görmədiklərini bilmələri üçün ABŞ-nin keçmiş dövlət katibi Blinkenin köməkçisi Ceyms O’Braynın Beynəlxalq Əlaqələr üzrə Avropa Şurası təhlil mərkəzində yayılan bir məqaləsini oxumaları bəs edir.
Vaşinqton görüşündə ilk növbədə Azərbaycanın istəklərinin təmin olunduğundan narazılığını gizlətməyən bu “Vaşinqton bataqlığı” təmsilçisi İranla Rusiyanın danışıqlar prosesində yer almamalarını da düzgün saymadığını yazır və dolayısıyla etiraf edir ki, ölkəsi də adı çəkilən iki dövlət kimi Azərbaycanla Ermənistan arasında sülhdə maraqlı olmayıb.
Burada mən ABŞ-ni Minsk qrupunda təmsil edən Riçard Hoqlandın həmsədrlər haqda dediklərini yada salmaq istəyirəm. O bildirirdi ki, bir dəfə Rusiyanın Minsk qrupundakı təmsilçisi İqor Popovdan “Azərbaycanla Ermənistan “Lavrov planı”yla razılaşalar, onda Moskva nə edəcək”, -deyə soruşanda cavab: “Biz sülhə imkan verməyəcəyik” olub.
Təsəvvür edirsinizmi, Rusiya hətta özünün belə hazırladığı sözdə sülh planının qəbulunda maraqlı deyilmiş və Obraynın məqaləsi göstərir ki, Popovun Hoqlanda etirafı heç də bahalı içkinin təsirindən doğmayıb. O, “Vaşinqton bataqlığı”ndakıların da ölkəsi kimi regionda sülhdənsə konfliktin qalmasına və idarə edilməsinə üstünlük verdiyini bildiyindən Hoqlandla açıq danışırmış.
Buradan da görünmürmü ki, Prezident Tramp cənab İlham Əliyevi böyük lider adlandırarkən nə qədər haqlıdır? Ancaq böyük lider sözügedən dövlətlərin və daha bir neçəsinin qarşı çıxmalarına, Ermənistana hərtərəfli dəstək vermələrinə rəğmən öz torpaqlarını işğaldan qurtara, onlardan ən təhlükəlisinin ordusunun ayağı dəydiyi yerdə əbədi qalması haqda mifi Qarabağdakı hərbi kontingentlərini oradan çıxarmaqla darmadağın edə, bunlardan da ötəsi, savaşı olduğu kimi sülhü də uda bilərdi.
Sizcə, bu baş verənlər Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə etdiklərinin, yəni maraqları heç də üst-üstə düşməyən böyük dövlətləri “Əsrin Kontraktı”nda bir araya gətirməsinin daha heyrətdoğuran şəkildə təkrarlanması deyilmi?
Sonda bir daha vurğulayıram, Vaşinqton razılaşması bütövlükdə regionun subyektliyinin təminatına yönəlik mühüm addım və Ermənistanın da müstəqil dövlət kimi çıxış etməsi, 300 ildir ki, onlardan geosiyasi alət olaraq faydalananların caynağından qurtulmaları üçün yaradılmış şansdır.
Onlar bu şansı düzgün dəyərləndirməli, Müzəffər Ali Baş Komandan Diplomat cənab İlham Əliyevə minnətdar olmalı, hətta heykəl ucaltmalıdırlar!
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:289
embedMənbə:https://azvision.az
archiveBu xəbər 09 Sentyabr 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri