Icma.az
close
up
RU
“Bütün dünya Azərbaycanın Ermənistana qarşı səmimi davranışının şahididir”

“Bütün dünya Azərbaycanın Ermənistana qarşı səmimi davranışının şahididir”

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

"Qayıdış hüququ: Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu dekabrın 4-də Qərbi Azərbaycan İcmasında olub.

Görüşdə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstəyi xatırladıb.

İcmanın yaranması və fəaliyyəti barədə danışan Ə.Ələkbərli bildirib ki, İcmada toplaşan insanlar 1987-1991-ci illərə qədər indiki Ermənistan ərazisində yaşayıblar. İcmanın məqsədləri barədə məlumat verən İdarə Heyətinin sədri vurğulayıb ki, Qərbi Azərbaycan İcması olaraq son 200 ildə öz ata-baba yurdlarından didərgin salınmış azərbaycanlıların hüquqlarını beynəlxalq müstəviyə qaldırmağa və onların qayıdış hüququnun təmin olunmasına çalışırlar.

O qeyd edib ki, sonuncu deportasiya zamanı 300-ə yaxın yaşayış məntəqəsindən 300 minə yaxın azərbaycanlı Ermənistan tərəfindən doğma yurdlarından didərgin salınıb. Həmin dövrdə 172 kənddə ancaq azərbaycanlılar yaşayırdılar və orada bir nəfər də olsun erməni yox idi.

Bildirilib ki, öz doğma torpaqlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdış Qərbi azərbaycanlıların fundamental insan hüquqlarıdır və bu hüquqlar təmin olunmalıdır. Onların geri qayıdışına şəraitin yaradılması Ermənistan dövlətinin öhdəliyidir.

Azərbaycanlıların yaşadıqları tarixi torpaqlarına qayıtmaq istəmələrinin Ermənistanın ərazi iddiası kimi təqdim etməsinin isə heç bir əsası yoxdur.

Türkiyə Böyük Millət Məclisinin NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərin inkişaf etdiyini diqqətə çatdıran M.Çavuşoğlu Türkiyənin bu istiqamətdə Azərbaycana bütün dəstəyi verdiyini vurğulayıb. O, deyib ki, artıq keçmiş məcburi köçkünlər də öz doğma torpaqlarına qayıtmağa başlayıblar: “Azərbaycanın bu istiqamətdə də sülhpərvər siyasətini təqdir edirəm. Azərbaycan qaçqınların geri qayıdışı məsələsində beynəlxalq hüquqa uyğun davranır”.

Qarabağ Zəfərindən sonra Azərbaycanın sülh təşəbbüslərinə toxunan TBMM-in üzvü deyib: "Bütün dünya Azərbaycanın Ermənistana qarşı səmimi davranışının şahididir. Amma Ermənistan vaxtilə işğal etdiyi Azərbaycan torpaqlarındakı bütün maddi-mədəni irsi dağıdıb. Türkiyə olaraq bizim mövqeyimiz ondan ibarətdir ki, azərbaycanlı qardaşlarımız tarixi torpaqlarına geri dönməlidirlər. Həmçinin bu məsələyə dünya ictimaiyyətinin diqqətinin artırılması da vacibdir”.

İcma sədrinin müavini, Milli Məclisin deputatı Ramil Həsən M.Çavuşoğlunun İcmaya səfərinin Qərbi azərbaycanlılar üçün mühüm mənəvi dəstək olduğunu deyib.

Qərbi azərbaycanlıların geri qayıdışı hüquqi yolla həyata keçirmək istədiklərini deyən deputat əlavə edib: "Ermənistandan zorla çıxarılan insanlar öz ata–baba yurdlarına geri qayıdaraq minilliklər boyu olduğu kimi, bundan sonra da orada yaşamaq istəyirlər. Qərbi azərbaycanlılar əgər öz evlərindən çıxarılmasaydılar, indi yaşayışlarını və fəaliyyətlərini məhz ata–baba yurdlarında davam etdirərdilər.

Qərbi Azərbaycan İcmasının üzvü, Milli Məclisin deputatı Qaya Məmmədov isə bildirib ki, Qərbi azərbaycanlıların haqq işi insan hüququ məsələsidir.

Deputat qeyd edib ki, Qərbi Azərbaycan İcması bu günə qədər Ermənistanın baş naziri Nikol Paşinyana, eyni zamanda, beynəlxalq ictimaiyyətin mühüm aktorlarına məktublar, müraciətlər ünvanlayıb, soydaşlarımızın sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışına dair tələbini ifadə edib. Lakin təəssüf ki, Ermənistan tərəfi İcmanın dialoq müraciətinə hələ də cavab verməyib.

Qaya Məmmədov Ermənistandakı irqçilik siyasətinin də yolverilməz olduğunu vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 04 Dekabr 2024 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see241

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see209

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see194

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see170

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see141

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see132

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see131

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see131

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see130

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see129

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see129

Astana Sammiti və regional nizamın yeni düzəni

23 Oktyabr 2025 09:36see128

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see127

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see126

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see125

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see124

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see124

“İranda ailə qalmaqalı siyasi böhranı alovlandırdı: hakimiyyət həm daxili, həm də xarici düşmən axtarır“ İsrail mətbuatı

22 Oktyabr 2025 19:33see123

Türkan evliliklə bağlı sualları CAVABLANDIRDI VİDEO

23 Oktyabr 2025 00:30see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri