Icma.az
close
up
RU
Azərbaycanın Ermənistana qarşı təzminat davası açmasına əngəl qalmır

Azərbaycanın Ermənistana qarşı təzminat davası açmasına əngəl qalmır

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, habelə terrorçuluq, digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikası vətəndaşlarının məhkəməsi davam etdirilir.

Bakıvaxtı.az xatırladır ki, ötən gün keçirilən iclasda Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli tərəfindən Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin yandırılmasını, aramsız atəşə tutulmasını əks etdirən videomaterial nümayiş olunub. Məhkəmədə Ermənistan silahlı qüvvələrinin general-polkovniki, ovaxtkı baş qərargah rəisi Qurgen Dalibaltayanın (1926-2015) çıxışları yer almış videomaterial da nümayiş etdirilib. Dalibaltayan bildirib ki, Şuşa əməliyyatının işlənməsində, hazırlanmasında və həyata keçirilməsində Robert Köçəryan və Serj Sarkisyan iştirak ediblər. O vurğulayıb ki, Şuşanın işğalı edilməsinin əhəmiyyəti çox böyük idi.

Politoloq İlyas Hüseynov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Şuşanın işğalında Robert Köçəryan, Serj Sarkisyan və digərlərinin iştirakı Azərbaycana hüquqi müstəvidə bir sıra üstünlüklər qazandırır.

Onun sözlərinə görə, heç kimə sirr deyil ki, "Qarabağ klanı"nda və separatçılıq dalğası fonunda torpaqlarımızda etnik təmizləmə, talançılıq, soyğunçuluq və digər cinayətlərə imza atılıb:

"Hesab edirəm ki, qarşıdakı dönəmdə həm Azərbaycan xalqına qarşı cinayətlər törətmiş şəxslərin beynəlxalq axtarışa verilməsini və onların Ədalət Məhkəməsinə cəlb olunması prosesini izləyə bilərik. Təhlillər də göstərir ki, bu fakt və etiraflar fonunda rəsmi Bakının Ermənistana qarşı haqlı təzminat davası açması üçün hər hansı ciddi əngəl qalmır”.

İlqar Hüseynov: Şuşanın işğalında Köçəryanın, Sarkisyanın iştirakı Azərbaycana hüquqi müstəvidə üstünlüklər qazandırır

Müsahibimiz qeyd edib ki, bu etiraflar Azərbaycana hüquqi əsaslar verir ki, Ermənistanı beynəlxalq məhkəməyə verməklə, ondan haqqı olan təzminatı alsın:

“Şuşa əməliyyatında iştirak etmiş erməni komandirlərin beynəlxalq tribunallara verilməsi, yaxud Ermənistandan tələb edilməsi də mümkündür. Yəni belə bir hüquqi proses yaranıb. Ortada video-faktlar, sübutlar var. Ermənistan özünü bu prosesdən kənarda qoya bilməz".

Aydın Baxış

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 30 Aprel 2025 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri