Icma.az
close
up
RU
Bütün dünya növbəti dəfə diplomatik qələbəmizə şahidlik etdi!

Bütün dünya növbəti dəfə diplomatik qələbəmizə şahidlik etdi!

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Vaşinqtonda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə diplomatiyamızın əldə etdiyi  8 Avqust zəfəri, Ordumuzun 2020-ci ildə qazandığı 8 Noyabr qələbəsinin məntiqi sonluğu, şanlı yekunudur. Azərbaycan diplomatiyası son onilliklərdə dövlətimizin beynəlxalq mövqelərini möhkəmləndirməkdə, regional və qlobal siyasət səhnəsində öz sözünü deməkdə, xüsusilə isə 44 günlük Vətən müharibəsindən sonra yeni reallıqlar yaratmaqda misilsiz rol oynamışdır. Tarixi Zəfər hərbi meydanda əldə olunsa da, onun davamı diplomatik masada, siyasi iradə və strateji uzaqgörənliklə təmin edildi. Vaşinqtonda imzalanan sülh bəyannaməsi isə bu prosesin məntiqi yekunu, tarixi ədalətin diplomatik möhürü oldu. 44 günlük müharibə Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yanaşı, bölgədə yeni güc balansı yaratdı. Hərbi zəfərdən sonra diplomatiyamızın qarşısında duran əsas vəzifə bu qələbəni beynəlxalq hüquq müstəvisində təsdiqləmək, yeni reallıqları dünya ictimaiyyətinə qəbul etdirmək idi. Cənab Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində bu mərhələdə Azərbaycanın mövqeyi dəqiq, ardıcıl və prinsipial şəkildə müdafiə olundu. Postmüharibə dövründə aparılan danışıqlar, beynəlxalq platformalarda səslənən çıxışlar, ikitərəfli və çoxtərəfli görüşlər nəticəsində Azərbaycanın səsi yalnız regionda deyil, qlobal arenada da daha gur eşidildi. Cənab Prezident İlham Əliyevin 2020-ci ildə əldə etdiyi hərbi qələbəni cari ilin 8 avqust tarixindəki siyasi zəfərlə uğurla başa çatdırması qürurvericidir. 2020-ci ildə başlayan və elə həmin ildə də başa çatan 44 günlük Vətən müharibəsi erməni faşizminin hərbi müstəvidəki varlığına ölümcül zərbə vurdu, işğaldakı torpaqlarımızın qısa zamanda azad edilməsi ilə nəticələndi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə edilən bu tarixi zəfər Cənubi Qafqazda yeni status-kvonun formalaşmasına, Azərbaycanın regional hərbi liderliyinin möhkəmlənməsinə səbəb oldu. Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması isə 8 Noyabr zəfərinin siyasi müstəvidə davamı və yekunu oldu. Azərbaycan 8 Avqust zəfəri ilə sübut etdi ki, o, hərbi müstəvidə əldə etdiyi qələbəni siyasi müstəvidə uğurla davam etdirmək və müvəffəqiyyətlə başa vurmaq qüdrətinə malikdir. Bu zəfər sübut etdi ki, ölkəmizin hərbi-iqtisadi potensialı kimi siyasi poensialı da olduqca böyükdür və rəsmi Bakı başlatdığı istənilən siyasi prosesi öz məntiqi sonluğuna çatdırmağı bacarır. Bu qələbə həm də cənab Prezident İlham Əliyevin, onun diplomatik dühasının və liderlik qabiliyyətinin nə qədər böyük və zəngin olduğunu, bütün dünyada sonsuz heyranlıq və ehtiramla qarşılandığını bir daha təsdiq etdi. Vaşinqtonda keçirilən tarixi əhəmiyyətə malik görüş İkinci Qarabağ müharibəsi nəticəsində əldə edilmiş Zəfərin siyasi dialoq müstəvisində də ölkəmizin uğurlarının növbəti mərhələsi kimi davamı idi. Bir vaxtlar Ermənistanın və onun açıq və gizli dəstəkçilərinin dondurmağa və beləliklə, ömürlük bitirməyə çalışdığı münaqişə bəlkə də çoxlarının gözləmədiyi bir anda nəinki torpaqlarımızın azad olunması, hətta regiondakı kommunikasiyaların açılması ilə nəticələndi. Ağ Evdə keçirilən görüşdə gələcək nəsillərin də xatırlayacağı dövlətimizin xalqımızın maraqlarına xidmət edən siyasi fəaliyyətinin və cənab Prezident İlham Əliyevin diplomatik məharətinin şahidi olduq. Görüş çərçivəsində əldə edilən razılaşmalar və imzalanmış bəyannamə də masada hansı güclərin olmasına baxmayaraq, cənab Prezident İlham Əliyevin bütün addımlarının Azərbaycanın maraqlarına əsaslandığını növbəti dəfə göstərdi.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən və prinsipial xarici siyasəti sayəsində Azərbaycan, post-münaqişə mərhələsində regionun aparıcı sabitlik dayağına çevrilmiş, ərazi bütövlüyü prinsiplərinin beynəlxalq səviyyədə qəbul edilməsinə nail olmuşdur.Cənab Prezident İlham Əliyevin təşəbbüskarlığı nəticəsində ölkəmiz yalnız regionda deyil, qlobal miqyasda da etibarlı və sözükeçən tərəfdaş kimi qəbul edilir. Vaşinqtonda keçirilən son görüş isə, əslində, Azərbaycanın dünya gücləri sırasında mövqeyini möhkəmləndirən siyasi zəfərdir. 8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanan birgə bəyannamə, 44 günlük müharibə ilə başlanan yeni mərhələnin möhkəm bünövrəsini qurdu. Bu sənəd Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından rəsmən imtina etməsi ilə nəticələndi və regionda uzunmüddətli sülhün əsasını qoydu. Vaşinqton görüşü, həm də ABŞ kimi böyük gücün Azərbaycanın yaratdığı reallığı qəbul etməsi demək idi. Bu, yalnız diplomatik sənəd deyil, eyni zamanda milli iradənin, qətiyyətin və haqlılığın siyasi təsdiqi idi. Azərbaycan diplomatiyası 44 günlük müharibədən sonra keçdiyi yol ilə bir daha sübut etdi ki, siyasi iradə və güc bir araya gəldikdə, hətta onilliklərdir davam edən münaqişələr belə ədalətli həllini tapa bilər. Vaşinqtonda qoyulan son nöqtə isə bu həqiqətin ən parlaq sübutudur. Bu, gələcək nəsillərə sülh, təhlükəsizlik və inkişaf dolu bir region miras qoymaq üçün atılmış tarixi addımdır. Cənab Prezident İlham Əliyevin liderliyi altında Azərbaycan təkcə regional güc mərkəzinə çevrilmir, həm də onu zəiflətmək istəyən qüvvələri ardıcıl şəkildə neytrallaşdıraraq milli maraqlarını təmin edir. Bu, qətiyyət, uzaqgörənlik və diplomatik ustalığın qlobal səviyyədə parlaq nümunəsidir. Bu qələbə həm də cənab Prezident İlham Əliyevin, onun diplomatik dühasının və liderlik qabiliyyətinin nə qədər böyük və zəngin olduğunu, bütün dünyada sonsuz heyranlıq və ehtiramla qarşılandığını bir daha təsdiq etdi.

Yeni Azərbaycan Partiyası

Saatlı rayon təşkilatının sədri

Elşən Əzizov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:45
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Avqust 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see188

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see166

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see161

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see159

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see143

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri