Icma.az
close
up
RU
Abidələr tarixə şahidlik edir

Abidələr tarixə şahidlik edir

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son illər ərzində ölkəmizdə memarlıq irsinin qorunması sahəsində mühüm addımlar atılıb. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə tarixi abidələrin tədqiqi və qorunması istiqamətində sistemli işlər görülür. Həmin ərazilərdə genişmiqyaslı araşdırmalar aparılıb, minalardan təmizlənmiş ərazilərə baxış keçirilib və kifayət qədər məlumat toplanıb. Bu tədqiqatlar nəticəsində artıq 44 abidə dövlətin mühafizə olunan abidələr siyahısına daxil edilib. Eyni zamanda, bu sahədə fəaliyyət göstərən ekspert komissiyası yaradılıb və hazırda intensiv rejimdə fəaliyyət göstərir.

Milli Məclisin Mədəniyyət komitəsinin ictimai dinləməsində çıxış edən mədəniyyət naziri Adil Kərimli bildirib ki, Azərbaycanın suverenliyi tam şəkildə təmin edilib və bu dövrdən etibarən mədəniyyət siyasətinə də yeni yanaşma formalaşıb. Hazırda işğaldan azad olunmuş ərazilərdə mədəni irsin bərpası və reinteqrasiyası sahəsində kompleks tədbirlər həyata keçirilir. Bu ərazilərdə yerləşən tarixi və mədəni abidələrin inventarlaşdırılması, mühafizəsi və bərpası ilə bağlı ardıcıl işlər görülür. Bu çərçivədə mədəniyyətin bütün sahələrini əhatə edən islahatlar dərinləşdirilib. Yeni yanaşma mədəni irsə yalnız tarixi yaddaş nümunəsi kimi deyil, həm də sosial və iqtisadi inkişafın əsas komponentlərindən biri kimi yanaşmanı özündə ehtiva edir.

Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində mədəniyyət sahəsi xüsusi yer tutur: “Tarixi abidələrin, maddi-mədəni irs nümunələrinin qorunması və gələcək nəsillərə ötürülməsi dövlətimizin başçısının daim diqqət mərkəzindədir. Onun bu istiqamətdə verdiyi tapşırıqlar əsasında qarşıya yeni strateji vəzifələr qoyulub və prioritet istiqamətlər müəyyən edilib”.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Əməkdar memar Gülçöhrə Məmmədova bu barədə fikirlərini bölüşüb. O deyib ki, ekspert komissiyası tərəfindən 100-dən çox abidəyə baxış keçirilib, o cümlədən tamamilə dağıdılmış, yerində olmayan memarlıq nümunələri də nəzərdən keçirilir və onların bərpası ilə bağlı müzakirələr aparılır. “Memarlıq irsinin bərpası sahəsində şəffaf, elmi əsaslara söykənən və ictimaiyyətin iştirakı ilə aparılan proseslər Azərbaycanın milli kimliyinin və tarixinin qorunmasında mühüm rol oynayır. Bu, həm də xalqımızın tarixi yaddaşının yenidən dirçəldilməsi deməkdir”.

Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə isə bu yöndə əhalinin maarifləndirilməsini vacib saydığını bildirib. Qeyd edib ki, xüsusilə paytaxt Bakının mərkəzi hissəsində yüzlərlə tarixi bina mövcuddur, bu binalarda yaşayan və ya fəaliyyət göstərən şəxslər həmin abidələrə istədikləri kimi müdaxilə edirlər. Bu isə nəticə etibarilə memarlıq nümunələrinin ilkin görkəminə ciddi ziyan vurur. “Burada məsuliyyət anlayışı son dərəcə vacibdir. Fərq etməz, həmin şəxs kimdir və hansı peşənin sahibidir, tarixi abidəyə ziyan vurmaq hüquqi məsuliyyət doğurmalıdır. Hər bir halda belə hallara qarşı mütləq cəza tədbirləri tətbiq olunmalıdır. Tarixi memarlıq irsinin qorunması yalnız dövlətin deyil, cəmiyyətin bütün təbəqələrinin birgə məsuliyyətini tələb edir. Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinin və nəzarət mexanizmlərinin gücləndirilməsi vacib amildir”.

İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud Bakının ilkinlik pasportu sayılan, qədim qala divarlarının əhatəyə aldığı, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərdə yeni “ağıllı qoruq” konsepsiyasının hazırlanması üzərində iş aparıldığını diqqətə çatdırıb. O deyib ki, bu konsepsiya ərazidə təhlükəsizlik, nəzarət, məlumatlandırma və ziyarətçiyönümlü xidmətlərin rəqəmsal həllər vasitəsilə təkmilləşdirilməsini nəzərdə tutur. “Hazırda qarşımıza üç əsas hədəf qoymuşuq: müasir muzeyçilik yanaşmasının tətbiqi, universal əlçatanlığın təmin olunması və abidələrin təhlükəsizliyinin texnoloji əsaslarla gücləndirilməsi. Yeni texnologiyaların tətbiqi ilə həm tarixi irsi qoruya, həm də ziyarətçilərin təcrübəsini zənginləşdirə bilərik.

Əlbəttə, tarixi qoruq ərazilərində abidələrin mühafizəsi böyük maliyyə, texniki və inzibati resurslar, həm də texnoloji yeniliklərə əsaslanan kompleks yanaşma tələb edir. Burada əlilliyi olan şəxslər üçün keçidlərin təşkili, turizm axınının balanslaşdırılması və muzey infrastrukturunun yenilənməsi kimi məsələlər də cari prosesin tərkib hissəsidir. Muzeylərimiz müasir texnologiyalara uyğunlaşdırılmalı və ziyarətçilərin gözləntilərinə cavab verən təcrübə təqdim etməlidir”.

O, həmçinin bildirib ki, İçərişəhərdə bir sıra bərpa layihələri artıq başa çatdırılıb. Hazırda XIX əsrə aid Qala “Bayraməli hamamı”nın bərpasına başlanılıb və yaxın müddətdə onun ilkin görünüşünün bərpası istiqamətində işlər intensivləşdiriləcək.

İçərişəhər yalnız tarix və mədəniyyətin deyil, həm də müasir şəhər idarəetmə modellərinin tətbiq olunduğu canlı irs məkanı olmalıdır.

Qeyd edək ki, Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü ilə Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda genişmiqyaslı iməcilik aksiyası təşkil olunub. Aksiyada Qala və İçərişəhər sakinləri, Qoruq İdarəsinin rəhbər heyəti və əməkdaşları, könüllülər, habelə “EkoSfera” Ekoloji-Sosial Mərkəz İctimai Birliyi, “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyəti daxil olmaqla 170-dən çox şəxs iştirak edib.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:255
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 İyul 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see473

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see360

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see274

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see270

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see255

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see223

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see219

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see217

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see203

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see203

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see201

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see198

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see194

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see193

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see189

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see175

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see174

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see170

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri