Icma.az
close
up
RU
“Bütün fikrimizi avrokuboklara vermişik” Rəşad Sadıqov

“Bütün fikrimizi avrokuboklara vermişik” Rəşad Sadıqov

Icma.az bildirir, Idmanxeber.az portalına istinadən.

“Çox sürətli, dinamik, keyfiyyətli oyunun şahidi olduq. “Qarabağ”la keçirdiyimiz maraqlı matçlardan biri idi. Hər iki komanda çox istəkli idi. Ona görə son saniyələrə qədər emosional oyun izlədik. Qarşılaşmanın gedişatına görə qələbə qazanmaq fürsəti yaranmışdı. Çalışdıq, istədik. Təəssüf ki, qol buraxdıq. Bizim üçün yaxşı nəticədir. “Qarabağ”dan alınan hər xal dəyərlidir. Futbolçularıma təşəkkür edirəm. Növbəti oyuna köklənməliyik”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”la matçdan sonra deyib. O, daha jurnalistlərin suallarını cavablandırıb:

– Son vaxtlar söz-söhbət gəzir ki, milliyə namizədliyiniz irəli sürülüb…

– 2-3 nəfər var. Hamısına suallar yönləndirilir. Mən özümü ucuzlaşmış hiss edirəm. Bir dəfə demişəm. Mövzuya bir daha qayıtmayacam. Xahiş edirəm, bu barədə sual verməyin.

– “Qarabağ”a yoldaşlıq görüşündə 0:4 uduzmuşduz. Kadi həmin matçda da eyni cür qol vurmuşdu…

– Kadi usta futbolçudur. Standart vəziyyət varsa, təhlükədir. Rəqibin standart vəziyyətləri təhlükəlidir. İki nəfər qoya bilmədik. Çünki hamı birəbir oynayırdı. O da yaxşı zərbə endirdi. Ağıllı qol alındı. O dəqiqələrdə oyundan qol vəziyyəti vermişdik. “Qarabağ” çox dinamik futbol oynayırdı, futbolçuar çox güc sərf edirdi. 

– Demək olar ki, əsas epanalti vuranınız artıq Ruan Renatodur, Qismət yox?

– Hələki belə qərar qəbul etmişik. Məndə belə fikir var ki, 3 dəfə vura bilməyəndən sonra ara vermək lazımdır. Qismət penaltiçilərdən biridir. Hər an vura bilər. Sadəcə Qismətə ara verdim. Beş ildə cəmi 3 penaltini dəqiq yerinə yetirə bilməyib.

– Fernandu Santuş gələndə millinin qarşısına Avro-2028-ə vəsiqə qazanmaq hədəfi qoyulmuşdu. Millidə potensial görürsüz?

– İki əməkdaşa cavab verməmişəm, sizə cavab versəm, onlar inciyərlər. 

– “Qarabağ” “Sumqayıt”a uduzdu, sizinlə oyunda da xal itirdi. Bunu çempionluq üçün şans kimi dəyərləndirirsiz?

– Hələ 4-cü turdur. Tək “Qarabağ” yox, “Sabah”, “Neftçi”, “Araz-Naxçıvan”, “Turan Tovuz”u nəzərə alsaq, hər komanda çempion olmaq istəyər. Bu il liqa daha rəqabətlidir. O haqda danışmaq çox tezdir, yersizdir. Hamı çempion olmaq istəyər. “Sumqayıt” bu mövsüm necə oyun göstərir. Rahatlıqla avrokuboklardan kənar qala bilərsən. Bütün fikrimizi avrokuboklara vermişik. 

– Bundan sonra transferlər olacaq?

– Çox yaxşı futbolçu qarşımıza çıxsa, transfer etməyə çalışacağıq. Bu periodda bəzi oyunçular transferin son dönəminə qədər gözləyir. Elə variant olsa, istəyərik. Mövsümün əvvəlində cinahlarda Fuad Bayrmov və Rövlan Muradovu fikirləşirdik. Amma hər ikisi ciddi zədə aldı. Təcili sol cinah müdafiəçisi transfer etdik. 

– Hər legionerə görə 200 min manat rüsum ödəməlisiz. Nə qədər futbolçu götürə bilərsiz?

– Limit 17-dir. Komandalarımız çox yaxşı transferlər etdi. Bizi futbol adamı kimi sevindirir. Amma rəqib olaraq qayğılandırır. Planımızda 12 legioner idi

– Süni örtüklü meydançalara qarşısız həmişə. “İmişli” Qubada oynayacaq. Ora təbii örtüklüdür. Bu, sizi sevindiir?

– Təbii olaraq bizi çox sevindirir. Komanda sayının artması çempionata böyük maraq qatdı. Gözlədiyimizdən də tez effekt verdi. Bütün oyunlar rəqabətli keçir. I Liqadan gələnlər də yaxşı komanda formalaşdırdılar. Yeganə məqam infrasturktur qalıb. Qısa müddətdə o da həllini tapar. Liqamız necə maraqlı başlayıb, elə də davam edər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 12 Sentyabr 2025 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see289

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see244

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see238

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see234

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see209

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see194

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see193

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see176

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see170

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see164

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see163

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see154

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see151

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see150

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see145

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see142

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see141

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri