“Zirə” avrokuboklara düşməsə, Rəşad Sadıqov istefaya göndəriləcək!
Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov bir müddət əvvəl mətbuat konfransında komandasının bu yay avrokuboklara vəsiqə qazana bilməməsini uğursuzluq sayacağını demişdi. Bir çalışdırıcının belə danışması, özü üçün maksimum hədəflər müəyyənləşdirməsi yaxşıdı. “Zirə” rəhbərliyi 2020-ci ilin iyulunda ona güvənəndə əslində ölkə futbolunda ikinci “Qarabağ” qurmaq niyyətində idi. İddialı, titullar uğrunda mübarizə aparan, müntəzəm avrokuboklarda oynayan komanda. Obyektiv və subyektiv səbəblər üzündən mümkün olmadı. Hələ ki “Zirə” nə çempion olub, nə kubok qazanıb, nə də avrokubokların əsas mərhələsinə qədər irəliləyib. Əvəzində “Sabah” “Qarabağ”ı zirvədən endirməyi bacardı.
“Zirə”ni 2022/23, 2024/25 mövsümlərində avrokuboklara daşıyan Sadıqovun bunu 3-cü dəfə bacarması böyük sual altındadı. “Qartallar” hazırda “avrokubok zonası”nda deyil. Kubokun finalında isə “Sabah”la qarşılaşacaqlar ki, çoxları “Zirə”nin mümkün qələbəsini fantastika sayır.
Bizə çatan bilgiyə görə, baş məşqçi kimi, rəhbərlik də avrokuboklardan kənarda qalmağı uğursuzluq sayacaq. Belədə hesabat verəsi ilk şəxs isə məhz Rəşad Sadıqov olacaq. Klub rəhbərliyinin uğursuzluq təqdirində Sadıqovu istefaya göndərməsi də tam real variantdı.
ORXAN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 09 May 2026 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















