Icma.az
close
up
RU
“Bütün gün gələcəklə bağlı fikirləşirik, planlar qururuq” Samir Abasov

“Bütün gün gələcəklə bağlı fikirləşirik, planlar qururuq” Samir Abasov

Idmanxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Neftçi” Misli Premyer Liqasının 32-ci turunda səfərdə “Sumqayıt”la 2:2 hesablı heç-heçə edib.

İdmanxeber.az xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– İki fərqli hissə izləməyimizin səbəbi nə idi?

– Düşünmürəm ki, iki fərqli hissə oldu. İlk dəqiqələrdən oyunu diqtə etməyə çalışırdıq. Bir neçə dəfə pressinq etdikdən sonra topu almağı bacardıq. Sadəcə qərarlar düzgün olmadı. İlk hücumda qapımızda qol gördük.Hakim idarəçiliyi böyük problemə çevrilmişdi. Son vaxtlar üzərimizdə təzyiq çoxdur. Bir az neqativ ab-hava formalaşıb. Amma buna görə kimlərsə istədiklərini edə bilməzlər. Bu gün hakim oyunu ələ ala bilmədi. Topdaşıyanlar topu gec verirlər, oyunun tempini salırlar. Ağadadaşın sayılmayan qolu… Planşetdə epizodlara biz də baxırıq. Ola bilər ki, VAR otağında başqa görüntülər var. Biz gördüyümüz videolara əsasən deyirəm ki, təmiz qol idi. Həmin qol qeydə alınsaydı, qalib gələ də bilərdik. Təmiz qolumuzu saymadılar. Çox vaxt hesabda öndə olanda biz qollar buraxmışıq. Amma bu gün 0:2-dən sonra qollar vurub heç-heçə etdik. Futbolçular sağ olsunlar. 

– Bəzi futbolçular özlərini göstərməyə çalışır, bəziləri isə sanki “Neftçi”dən əllərini üzüblər. Siz necə düşünürsünüz?

– Peşəkar liqada oynayırıq. Heç birimizin aqibəti bilinmir. Heç bir futbolçunun ixtiyarı yoxdur ki, təslim olsun. Dünyada nə qədər komanda var. Ən azından burada oynamalısan ki, kimlərinsə rəğbətinə qazanasan. Amma komandanı oyunlara kökləmək çətindir. Amma neynəyək? Bu, futboldur. Bundan da dərs çıxarmalıyıq. Biz öz problemlərimizi bilirik. Bu gün qapanan komandaya qarşı oynadıq. “Neftçi”dəki futbolçular digər klublardan maddiyyatı ilə seçilir. “Neftçi”nin müdafiəyə çəkilməsi, digər komandanın oynaması yolverilməz haldır. Problemləri aradan qaldırmağa çalışacağıq.

– Növbəti mövsüm üçün beyninizdə hansı planlar var?

– Bütün gün gələcəklə bağlı fikirləşirik, planlar qururuq. Heç kimə sirr deyil ki, bu, oyunçularla bağlıdır. Axtarışdayıq. 

– Yarımmüdafiədə olan itkilər oyununuza təsir etdi?

– Hansı oyuna eyni heyətlə çıxmışıq ki? Son oyunda Emin Mahmudov zədələndi. Ola bilər ki, mövsümü erkəm başa vursun. İki aydır oynamırdı. Çox güc sərf etdi və ayağında problem yarandı. Bəlkə də yaşla bağlıdır. Ümumi baxanda orta xətdə oyunçularımız çoxdur. Amma Rafael Quzzo, Rio, Emil Səfərov zədəlidir. Heyət quranda, dəyişiklik edəndə problemlə üzləşirik. 

– “Neftçi”yə gələndə problemlərin bu qədər olacağını gözləyirdiz?

– Gözləyirdim. Hara gəldiyimizi bilirdik. Hər şeyi müzakirə etmişik. İşimizi daha da yaxşılaşdırmağa doğru gedirik. (sportal.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 28 Aprel 2025 22:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp: Putinə səbrim çox tez tükənir

13 Sentyabr 2025 00:33see178

Bakı metrosunda sərnişinləri sevindirəcək YENİLİK: Sentyabrın 15 dən...

12 Sentyabr 2025 10:54see153

İntihar etdiyi deyilən türk aktrisadan xəbər var

12 Sentyabr 2025 13:37see142

Təcrübəli futbolçularımız da sözlərini dedilər Rüstəm Məmmədov

12 Sentyabr 2025 00:01see140

“Çarli Kirk cəmiyyətin qəlbini qazandığı üçün öldürülən lider“ “Washington Examiner“

11 Sentyabr 2025 21:02see136

Arıqlamağa kömək edən İÇKİ Effekti təsdiqləndi

12 Sentyabr 2025 03:32see136

Ermənipərəst senatorun həyat yoldaşı da məhkum edilib

11 Sentyabr 2025 22:12see135

Məcburi köçkünləri təhqir etdiyi üçün işindən azad edildiyi deyilən aparıcıdan AÇIQLAMA

12 Sentyabr 2025 00:00see134

Amerikada qızılcaya yoluxan uşaq ölüb

12 Sentyabr 2025 15:13see133

Yaşmada sex yandı

13 Sentyabr 2025 10:49see129

Liqa 1: Marsel darmadağına sevindi

13 Sentyabr 2025 01:51see128

Heç vaxt icazə verməyəcəyik ki, bir əsgər belə... Salvini

12 Sentyabr 2025 01:45see126

Paketadan ayrılıq qərarı

12 Sentyabr 2025 14:29see124

Tailandda quduzluq epidemiyası yayılır

13 Sentyabr 2025 01:25see123

Ukraynalılar Bakı Bulvarında Rusiyaya etiraz etdi Bizə qardaş deyirlər, sizə dost deyirlər

12 Sentyabr 2025 22:54see122

Kanelo Dana Uayt haqqında danışan spikerin sözünü kəsib

13 Sentyabr 2025 00:18see121

Uşaqda məktəbdən sonra baş ağrısının 5 SƏBƏBİ

12 Sentyabr 2025 16:09see121

“Putin üçün iqtisadiyyat artıq siyasi məsələdir“ Aleksaşenko

11 Sentyabr 2025 21:52see120

Süni intellekt kamerasından istifadə etməklə ilk əməliyyat...

11 Sentyabr 2025 22:45see117

“Millət vəkili” anlayışı kimi “ekspert” sözü də cəmiyyətdə formalaşır Fazil Mustafa

12 Sentyabr 2025 19:38see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri