Icma.az
close
up
RU
Samir Abasov: “Bütün gün gələcək barədə fikirləşirik”

Samir Abasov: “Bütün gün gələcək barədə fikirləşirik”

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Misli Premyer Liqasının XXXII turunun "Sumqayıt" - "Neftçi" matçından (2:2) sonra qonaqların çalışdırıcısı Samir Abasovun mətbuat konfransı keçirilib.

- İki fərqli hissə izləməyimizin səbəbi nə idi?
- Düşünmürəm ki, iki fərqli hissə oldu. İlk dəqiqələrdən oyunu diqtə etməyə çalışırdıq. Bir neçə dəfə pressinq etdikdən sonra topu almağı bacardıq. Sadəcə qərarlar düzgün olmadı. İlk hücumda qapımızda qol gördük.Hakim idarəçiliyi böyük problemə çevrilmişdi. Son vaxtlar üzərimizdə təzyiq çoxdur. Bir az neqativ ab-hava formalaşıb. Amma buna görə kimlərsə istədiklərini edə bilməzlər. Bu gün hakim oyunu ələ ala bilmədi. Topdaşıyanlar topu gec verirlər, oyunun tempini salırlar. Ağadadaşın sayılmayan qolu... Planşetdə epizodlara biz də baxırıq. Ola bilər ki, VAR otağında başqa görüntülər var. Biz gördüyümüz videolara əsasən deyirəm ki, təmiz qol idi. Həmin qol qeydə alınsaydı, qalib gələ də bilərdik. Təmiz qolumuzu saymadılar. Çox vaxt hesabda öndə olanda biz qollar buraxmışıq. Amma bu gün 0:2-dən sonra qollar vurub heç-heçə etdik. Futbolçular sağ olsunlar. 

- Bəzi futbolçular özlərini göstərməyə çalışır, bəziləri isə sanki "Neftçi"dən əllərini üzüblər. Siz necə düşünürsünüz?
- Peşəkar liqada oynayırıq. Heç birimizin aqibəti bilinmir. Heç bir futbolçunun ixtiyarı yoxdur ki, təslim olsun. Dünyada nə qədər komanda var. Ən azından burada oynamalısan ki, kimlərinsə rəğbətinə qazanasan. Amma komandanı oyunlara kökləmək çətindir. Amma neynəyək? Bu, futboldur. Bundan da dərs çıxarmalıyıq. Biz öz problemlərimizi bilirik. Bu gün qapanan komandaya qarşı oynadıq. "Neftçi"dəki futbolçular digər klublardan maddiyyatı ilə seçilir. "Neftçi"nin müdafiəyə çəkilməsi, digər komandanın oynaması yolverilməz haldır. Problemləri aradan qaldırmağa çalışacağıq.

- Növbəti mövsüm üçün beyninizdə hansı planlar var?
- Bütün gün gələcəklə bağlı fikirləşirik, planlar qururuq. Heç kimə sirr deyil ki, bu, oyunçularla bağlıdır. Axtarışdayıq. 

- Yarımmüdafiədə olan itkilər oyununuza təsir etdi?
- Hansı oyuna eyni heyətlə çıxmışıq ki? Son oyunda Emin Mahmudov zədələndi. Ola bilər ki, mövsümü erkəm başa vursun. İki aydır oynamırdı. Çox güc sərf etdi və ayağında problem yarandı. Bəlkə də yaşla bağlıdır. Ümumi baxanda orta xətdə oyunçularımız çoxdur. Amma Rafael Quzzo, Rio, Emil Səfərov zədəlidir. Heyət quranda, dəyişiklik edəndə problemlə üzləşirik. 

- "Neftçi"yə gələndə problemlərin bu qədər olacağını gözləyirdiz?
- Gözləyirdim. Hara gəldiyimizi bilirdik. Hər şeyi müzakirə etmişik. İşimizi daha da yaxşılaşdırmağa doğru gedirik.

Aydın Bayramov: "Bizim üçün heç də asan olmayacaq" - Müsahibə Asif Məmmədov: "Karyeramı sonlandırmaq barədə fikirləşirəm" "Sabah" çempionluğunu darmadağınla rəsmiləşdirib - 14:0! “Neftçi”də kütləvi ayrılıq: Bu oyunçulardan başqa... "Zirə"də yeni müqavilə: Rəşad Sadıqov braziliyalını buraxmadı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://apasport.az
archiveBu xəbər 28 Aprel 2025 22:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see320

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see310

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see302

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see294

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see289

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see280

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see271

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see260

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see256

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see253

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see244

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see224

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see221

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see213

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see212

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see202

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see184

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see182

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see173

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri