Icma.az
close
up
RU
Bütün hərbi bazalara əmr verildi İrana hücum olacaq

Bütün hərbi bazalara əmr verildi İrana hücum olacaq

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Yaxın Şərqdəki hərbi qüvvələri və səfirliklərini İsrailin İrana mümkün zərbələri ərəfəsində yüksək hazırlıq vəziyyətinə gətirilib.

Globalinfo.az “Teleqraf”a istinadən xəbər verir ki, bu barədə “Washington Post” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ səfirlikləri və bazalarının fövqəladə vəziyyətə gətirilməsi İrana hücum ehtimalını artırıb.

ABŞ və İraq mənbələri bildiriblər ki, Birləşmiş Ştatlar Bağdaddakı səfirliyini qismən boşaltmağa hazırlaşır və bölgədə təhlükəsizlik risklərinin artması səbəbindən hərbçilərin ailələrinin Yaxın Şərqin bəzi bölgələrini tərk etməsinə icazə verib.

ABŞ rəsmisi həmçinin “Reuters” agentliyinə verdiyi açıqlamada ölkəsinin Bəhreyn və Küveytdəki amerikalı hərbçilərin ailələrinə regional gərginliklər səbəbilə ölkəni tərk etmələrinə icazə verdiyini qeyd edərək, bu qərarın müvəqqəti olduğunu bildirib.

ABŞ müdafiə naziri Pit Heqset də amerikalı hərbçilərin ailə üzvlərinin Yaxın Şərqdə bəzi bölgələri könüllü şəkildə tərk etməsinə icazə verdiyini açıqlayıb.

“New York Post”un məlumatına görə, gücləndirilmiş təhlükəsizlik xəbərdarlığı Prezident Donald Trampın İranla nüvə proqramını məhdudlaşdıracaq və Yaxın Şərqdə yeni, potensial fəlakətli hərbi qarşıdurmanın qarşısını alacaq razılaşma əldə etmək ümidlərinin azaldığını bəyan etdikdən sonra baş verib.

Bazar günü Tehran və Vaşinqton Omanda danışıqların altıncı raundunu keçirməli olsa da, mənbələr görüşün baş tutmayacağı ehtimalını təsdiqləyiblər.

ABŞ rəsmisi “Al Arabiya”ya amerikalı hərbçilərin ailə üzvlərinin bəzi ölkələri tərk etməsinin İsrailin güc təhdidləri ilə bağlı olduğuna işarə edərək, bunun ehtiyat tədbiri olduğunu vurğulayıb.

“Washington Post”un yazdığına görə, son aylar ABŞ kəşfiyyatının İsrailin Vaşinqtonun razılığı olmadan İranın nüvə obyektlərinə zərbələr endirəcəyi barədə narahatlığı artırıb. Nəşr bildirir ki, belə bir addım Tramp administrasiyasının həssas nüvə danışıqlarını alt-üst edəcək və İranın ABŞ-nin bölgədəki obyektlərini hədəfə almasına səbəb olacaq.

Öz növbəsində, ABŞ Dövlət Departamenti bu yaxınlarda İranın obyektlərinə yaxın ərazidə yerləşən bütün səfirliklərə, o cümlədən Yaxın Şərq, Şərqi Avropa və Şimali Afrikadakı diplomatik nümayəndəliklərə fövqəladə əməliyyat qrupları yaratmağı və risklərin azaldılması tədbirləri görməyi əmr edib.

ABŞ rəsmisinin sözlərinə görə, Mərkəzi Komandanlıq (CENTCOM), Silahlı Qüvvələrin Baş Qərargahı, Dövlət Departamenti və müttəfiq ölkələr baş verənlərə hazır olmaq üçün sıx koordinasiyada işləyir.

Bir diplomat nəşrə deyib: “Vəziyyəti izləyirik, narahatıq və vəziyyətin həmişəkindən daha təhlükəli olduğuna inanırıq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 İyun 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see348

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see288

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see235

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see196

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see192

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see180

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see178

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see174

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see157

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see157

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see148

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see147

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see140

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see137

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri