Icma.az
close
up
RU
İrana 4 istiqamətli hücum ssenarisi: Əmr verildi, hazırlıq başladı

İrana 4 istiqamətli hücum ssenarisi: Əmr verildi, hazırlıq başladı

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qüvvələrinin komandanı admiral Əlirza Təngsirinin əmri ilə ölkənin cənubundakı dəniz və raket bölmələri “hər hansı düşmən hərəkətinə” cavab vermək üçün döyüş hazırlığı vəziyyətinə gətirilib.

Bu məsələ son günlərdə ABŞ-İran hökumətləri arasındakı gərginlik və İsrailin bu ölkəyə hücuma hazırlaşması iddiaları fonunda xüsusi diqqət çəkir. ABŞ Prezidenti Donald Trampın nüvə silahı ilə bağlı çağırışına İranin ali dini lideri Ayətullah Xameneinin cavabı isə bu iddiaları daha da gücləndirib.

Tehranın bir növ ehtimal genişmiqyaslı müharibəyə hazırlaşdığı bildirilir.

Globalinfo.az-a danışan Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, Donald Trampın İranla bağlı dedikləri iki əsas yanaşmanı vurğulayır:

“Bunlar hərbi müdaxilə və ya diplomatik sövdələşmədir. Onun ritorikası, əsasən, maksimum təzyiq strategiyasına söykənir, yəni İranı güzəştə getməyə məcbur etmək üçün sərt iqtisadi sanksiyalar və hərbi hədələrdən istifadə olunur. Əlbəttə ki, hazırda regionda baş verən hadisələr, o cümlədən İsrail-İran münasibətləri fonunda müşahidə olunan gərginlik hərbi müdaxilə variantını hər zaman gündəmdə saxlayır.

Lakin ABŞ-ın həqiqətən hərbi varianta üstünlük verib-verməyəcəyi bir neçə faktordan asılıdır. Unutmaq olmaz ki, Tramp əvvəlki prezidentliyi dövründə də böyük hərbi münaqişələrə qarışmamağa çalışıb.

Eyni zamanda nəzərə almalıyıq ki, Vaşinqtonun cari geosiyasi prioritetləri hazırda daha çox Çin və Rusiya ilə rəqabətə fokuslanıb. İranla genişmiqyaslı müharibə ABŞ üçün əlavə maliyyə və hərbi yük yarada bilər. Bu, xüsusilə də hazırkı Yaxın Şərq gərginliyi fonunda İsrailin maraqlarına uyğun görünür. Lakin ABŞ genişmiqyaslı müharibəyə girməkdə tərəddüd edir”.


Vüqar Zifəroğlu

Ekspert bildirib ki, daxili faktorlar olduqca önəmlidir, Ağ Ev yeni müharibə aparmaq üçün ictimai dəstək tapmaya bilər:

“Bundan əlavə, Donald Trampın Konqresin də razılığı olmadan böyük hərbi əməliyyatlara başlamaq imkanı məhduddur. Nəzərə alaq ki, Ukrayna ilə bağlı son proseslər Amerika siyasi elitasında birmənalı qarşılanmayıb. Digər tərəfdən, faktiki olaraq ABŞ-Avropa diplomatik gərginliyinin də şahidi oluruq. Bu isə son dərəcə ciddi və önəmli məqamdır.

Əgər İran Vaşinqtonun şərtləri ilə sövdələşməyə getməsə, Tramp ritorik səviyyədə hərbi təzyiqi artıra bilər. Lakin faktiki olaraq, ABŞ-ın tammiqyaslı hərbi əməliyyata başlaması ehtimalı azdır. Daha çox Tehranın hələ də təsiri altında olan bölgələrə hərbi təzyiqlərin gücləndirilməsi, hava zərbələri, kiberhücumlar və xüsusi əməliyyatlar kimi məhdud hərbi addımlar gündəmə gələ bilər”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Mart 2025 20:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see193

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see163

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see150

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see149

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see147

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see146

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see145

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see144

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see144

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see136

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see132

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see132

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see132

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see132

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see130

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri