Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Bütün məzunları tələbə olan kənd məktəbi: Pis şagird yoxdur

Bütün məzunları tələbə olan kənd məktəbi: Pis şagird yoxdur

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Zərdab rayonunun Şirvani adına İsaqbağı kənd tam orta məktəbinin bütün məzunları tələbə adını qazanıblar. Məktəbin direktoru Dayangül Vəliyeva deyir ki, bu nəticə sistemli aparılan iş sayəsində əldə edilib.

Oxu.Az xəbər verir ki, "Kaspi" qəzeti yüksək nəticəsi ilə fərqlənən məktəbin direktoru Dayangül Vəliyeva ilə söhbətləşib.

Dayangül müəllim bildirdi ki, hər bir şagirdi ilə qürur duyur: "11 ildir ki, bu məktəbdə direktor vəzifəsində çalışıram. Bundan əvvəl məktəbdə heç vaxt 600 bal toplayan şagird olmamışdı. Amma son illərdə hətta elə olub ki, bütün rayon üzrə yalnız bir nəfər bu nəticəni göstərib və o da bizim məktəbin məzunu olub. Bu, mənim üçün böyük qürurdur".

"Şagirdlərimi balamdan ayırmamışam"

Direktor bildirir ki, bu nəticələrin arxasında yalnız təhsil yox, həm də şagirdlərlə qurulan dostluq və güvənə əsaslanan münasibət dayanır: "Şagirdlərimi müəllim olduğum dövrdə də heç vaxt qorxu ilə idarə etməyə çalışmamışam. Mənim üçün vacib olan onların mənə qorxaraq deyil, sevgi ilə yaxınlaşmağı olub. Ərköyünlə ərköyün, ağıllı ilə ağıllı, dəlisov ilə dəlisov olmuşam. Hətta olub ki, şagirdlər bir yerdə hazırlıqları ilə bağlı müzakirələr aparmaq üçün otaq istəyiblər, öz otağımı onlara vermişəm. Deyirdim ki, probleminiz olarsa, mənimlə bölüşün, həll edək. Məktəb daxilində, sakitcə həll etdiyimiz məsələlər də olub. Heç bir şagirdimi balamdan ayırmamışam. Ona görə də bu gün balalarımın uğuruna sevinirəm".

"Kənddə qızların təhsilə marağı yüksəkdir"

Bəzi bölgələrdə, xüsusilə də, ucqar kəndlərdə qızların təhsildən yayınması ilə bağlı hallar müşahidə olunur. İsaqbağı kəndində ali məktəbə qəbul olan on şagirdin altısının qız olması direktoru xüsusilə sevindirir. Deyir ki, bu kənddə qızların təhsilə marağı yüksəkdir: "Bizim kənddə qızların təhsildən yayınması halları demək olar ki, yoxdur. Bu, məktəb kollektivinin və valideynlərin birgə əməyi nəticəsində mümkün olur. Valideynlər şagirdlərin, xüsusilə də qızların təhsilinə böyük önəm verirlər. Məsələn, sonuncu dəfə 11-ci sinif şagirdinin nişanlanmaq niyyəti barədə məlumat aldıq. Valideynlərini məktəbə dəvət etdik, vəziyyəti ətraflı müzakirə etdik. Qeyd etdik ki, qız uşaqları üçün təhsil mütləqdir və onların gələcəyi üçün bu, ən vacib amillərdən biridir. Ailə ilə aparılan maarifləndirici söhbətlər nəticə verdi və valideynlər qərarlarını dəyişdilər. Yəni bu sahədə əldə olunan nəticələr təkcə məktəb rəhbərliyinin deyil, eyni zamanda valideynlərin də anlayışlı və məsuliyyətli yanaşmasının göstəricisidir. Qız valideynləri övladlarının təhsilli olması üçün əllərindən gələni edirlər".

Uşağın həyatında müəllimin rolu böyükdür

Direktor deyir ki, uşağın həyatında müəllimin rolu böyükdür. O da şagirdlərinin həyatında sehrli toxunuşlar edib: "İllər əvvəl bir şagirdimiz var idi. Nadinc, islaholunmaz deyirdilər. Anası rəhmətə getmişdi, ailə şəraiti də çətin idi. Müəllimlər ondan şikayət edirdilər, dərslərə mane olurdu, qaydalara əməl etmirdi. Atası da artıq ümidsiz vəziyyətdə məktəbə gəlib dedi ki, bu uşağı məktəbdən çıxarın, nə müəllimlərin, nə də qonşuların üzünə baxa bilirəm. Amma mən razılaşmadım. Dedim ki, uşağın dəstəyi ehtiyacı var. O şagirdi məktəbdən çıxmağa qoymadım, əksinə, onunla dost oldum, vaxt ayırdım, dəyər verdim. Onun özünəinamını artırmaq üçün bilik yarışı təşkil etdik, sualları özü tərtib etdi. Yarış zamanı otağı tərk edirdim, ona deyirdim ki, sən buradasansa, mənim gözüm arxada qalmayacaq. Beləcə ona məsuliyyət hissi aşıladım. Nəticədə həmin uşaq Fövqəladə Hallar Nazirliyinin Akademiyasına daxil oldu və bu gün mötəbər bir vəzifə sahibidir".

Sinifdə yaradılan sağlam atmosfer

Direktor bildirir ki, bu, həmin sinfin ilk uğuru deyil: "Builki məzunlarımızdan olan Qismət o sinifdə zəif oxuyan şagirdlərdən biri idi. Amma sinifdəki digər doqquz şagird onu heç vaxt kənarda qoymadı. Tənəffüsdə belə tək buraxmırdılar. Biri onu aparıb testlərlə məşğul olurdu, digəri tapşırıqlara kömək edirdi. Elə bir mühit yaratmışdılar ki, Qismət də təhsilə daha ciddi yanaşmağa başladı. Doqquzuncu sinif də daxil olmaqla, əvvəlki illərdə demək olar ki, nəticəsi zəif idi. Amma 10-11-ci sinifdə sinif yoldaşlarının dəstəyi ilə dəyişdi, əzmlə çalışdı və nəticədə ali məktəbə qəbul olmağı bacardı. Bu hadisə mənim üçün çox dəyərlidir, çünki burada kollektivin gücü, sinifdə yaradılan sağlam atmosferin necə möcüzələr yarada biləcəyi açıq şəkildə görünür".

Direktor vurğulayır ki, nəticələr açıqlananda gec saatlara qədər valideynlərlə, şagirdlərlə danışıb, onların sevinclərinə şərik olub: "Nəticələr açıqlanan kimi gecə saatlarında hər biri ilə tək-tək əlaqə saxladım. Kimisi ilə zənglə, kimisi ilə "WhatsApp" üzərindən danışdıq. Hamısını ürəkdən təbrik etdim".

Valideyn, məktəb, müəllim üçbucağı...

"İsaqbağı kənd məktəbinin uğurunun kökündə nə dayanır" sualına gəldikdə isə, müsahibimiz bildirir ki, valideyn, məktəb, müəllim üçbucağı düzgün qurulub: "Əgər bu üç tərəf arasında sağlam əlaqə və qarşılıqlı anlaşma varsa, nəticə mütləq olacaq. Təəssüf ki, bəzən valideynlər məktəblə əlaqə saxlamaq istəmir, məsuliyyətdən yayınırlar. Mən bir müəllim, direktor kimi əlimdən gələn hər şeyi edə bilərəm. Amma əgər valideyn bu prosesdə mənə dəstək olmursa, bu zaman uğurlu nəticə əldə etmək çətinləşir. İkinci növbədə sevgi və hörmətdir. Şagirdlər arasında elələri var ki, müəyyən mövzularda valideynləri ilə paylaşmadıqlarını bizimlə bölüşürlər. Bu isə o deməkdir ki, məktəbdə onlara etibar edə biləcəkləri mühit formalaşıb".

"Pis şagird yoxdur"

Məktəb direktoru vurğulayır ki, məqsədləri təkcə yüksək bal deyil, həm də sağlam düşüncəli və cəmiyyətə faydalı gənclər yetişdirməkdir: "Bizim təcrübəmiz göstərir ki, əslində pis və ya yola gəlməyən şagird yoxdur. Sadəcə, hər bir şagirdin fərdi yanaşmaya ehtiyacı var. Əgər müəllim əsl pedaqoqdursa, hər bir şagirdin xarakterini, davranış modelini və qavrama səviyyəsini tanımalı, ona uyğun yanaşma nümayiş etdirməlidir".

Dayangül müəllim onları universitet həyatında da dəstəkləyir. Deyir ki, işləri onların məzun olması ilə bitmir: "Kənd məktəbində hamı bir-birini tanıyır, kömək etməyə çalışır. Uşaqlar da bir-birilərinə dəstək olurlar. Hamımız əlbir olub onları tələbəlik həyatında da məktəb heyəti olaraq dəstəkləyirik".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://oxu.az
archiveBu xəbər 31 Avqust 2025 21:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see267

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see247

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see246

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see236

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see211

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see179

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see179

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see171

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see157

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see156

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see156

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see155

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see149

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see148

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see146

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see137

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see136

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see135

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri