“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” Yankauskas
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
Litva millisinin baş məşqçisi Edqaras Yankauskas UEFA Millətlər Liqasının 4-cü turu çərçivəsində Azərbaycan yığmasına qarşı keçirdikləri oyundan (1:0) sonra baş tutan mətbuat konfransında fikirlərini bölüşüb.
QOL.az sportal.az-a istinadən xəbər verir ki, baş məşqçi qarşılaşmanı iki bərabər səviyyəli komandanın mübarizəsi kimi dəyərləndirib:
“Əsl mübarizə idi. İki eyni səviyyəli komandanın qarşılaşması oldu. Çox təəssüf ki, qol vura bilmədik. Azərbaycan bir fürsətdən istifadə etdi. Bəzi detallar var ki, onlar haqda danışmaq istəmirəm. Artıq oyun başa çatıb. Azərbaycanı qələbə münasibətilə təbrik edirəm”.
Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Azərbaycanın Lixtenşteyni məğlub edə bilməməsi sizə motivasiya vermişdi?
- Əvvəlki matç tamamilə fərqli idi. Bizim üçün onun nəticəsi əhəmiyyət kəsb etmirdi. Biz bu oyuna köklənmişdik. Buradakı ssenari isə tamam başqa idi. Cərimə meydançasına çoxlu hücumlar etdik. Əsl mübarizə getdi. Hər iki komanda maksimum performansını ortaya qoydu. Təəssüf ki, oyun bizim üçün məyusedici nəticə ilə başa çatdı. Azərbaycan bir qolla qələbə qazandı.
- Bu məğlubiyyətdən sonra qrup birinciliyi uğrunda mübarizədə geriyə düşdünüz?
- Riyazi olaraq qrup birincisi olmaq şansımız qalır. Amma bundan sonra hər şey yalnız bizdən asılı deyil.
- Abdulla Xaybullayevə qırmızı vərəqə verilsə də, baş hakim VAR-a baxdıqdan sonra qərarını dəyişdi. VAR-la bağlı fikirləriniz necədir?
- Çox təəssüf ki, bu gün bütün qərarlar bizim əleyhimizə oldu. VAR bizə simpatiya göstərmədi. Bütün mübahisəli məqamlarda qərarlar Azərbaycanın xeyrinə verildi. Vurulan qolda bizim futbolçumuza qarşı kobudluq var idi. Amma nə hakim bunu yoxladı, nə də VAR qərarın dəyişdirilməsinə səbəb oldu. Qırmızı vərəqə epizodunda isə VAR-ın müdaxiləsindən sonra qərar dəyişdirildi. Halbuki bizim futbolçumuz sürətlə irəliləyirdi. Orada yüngül kontaktın özünə görə də vərəqə göstərilə bilərdi. Bu gün VAR-ın qərarları bizim yox, qarşı tərəfin xeyrinə oldu.
- Demişdiniz ki, Valdas Dambrauskasla görüşəcəksiniz. Sirr deyilsə, nə haqda danışdınız?
- Bizə uğurlar arzuladı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 04 Oktyabr 2026 20:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















