Icma.az
close
up
RU
Bütün sahələrdə Ümummilli Liderin izini görmək mümkündür ŞƏRH EDİLDİ

Bütün sahələrdə Ümummilli Liderin izini görmək mümkündür ŞƏRH EDİLDİ

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Xalqların tarixində və taleyində, onların yetişdirdikləri liderlər çox önəmli rol oynayırlar. Hər xalqa, hər dövlətə də çox böyük liderlər qismət olmayıb. Azərbaycan xalqı bu mənada xoşbəxt xalqlardan biridir ki, onun Ulu Öndər kimi yetişdirdiyi bir şəxsiyyəti olub. Ulu Öndər həyatının bütün mərhələlərində öz işinə vicdanla yanaşan, prinsipial, intellektual, xalqını sevən, zəhmətkeş bir insan kimi gənc dövrlərindən çalışdığı sahələrdə ən yüksək nəticələr göstərmiş və vəzifə pillələrində irəliləyərək Azərbaycanın rəhbərliyinə gəlmişdir".

Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.Onun sözlərinə görə, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Azərbaycan 15 respublika içərisində son sıralarda idi:"Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə isə qısa müddətdə Azərbaycan Rusiyadan, Ukraynadan və Belarusdan sonra dördüncü rentabelli respublikaya çevrildi. Bu, unikal bir hadisədir və bu inkişaf onun adı ilə bağlıdır. Müstəqillik dövründə isə, ölkədə vətəndaş qarşıdurması, müharibə, daxildə parçalanma, hətta dövlətçiliyin məhv olmaq təhlükəsi yaşanarkən xalq yenidən Ulu Öndər Heydər Əliyevə müraciət etdi və xalqın təkidilə Ulu Öndər Azərbaycan Respublikasının rəhbərliyinə qayıtdı. Qısa müddətdə Azərbaycan bu ağır böhranlardan xilas edildi. Ölkənin iqtisadiyyatında, sabitliyində, ordu quruculuğunda, gənclərin vətənpərvər ruhda tərbiyəsində bütün sahələrdə Ümummilli Liderin izini görmək mümkündür. Həmin dövrdə artıq Azərbaycan sabitliyə doğru addımlar atmağa başladı.Kiçik bir respublikanın prezidenti olan Ulu Öndər Heydər Əliyev dünya liderləri sırasında öz layiqli yerini tutdu və onun şəxsiyyətinə, liderliyinə, siyasətinə hər yerdə hörmətlə yanaşıldı. Azərbaycanın bu gün təşəkkül tapmasında, cənab İlham Əliyevin bütün sahələrdəki inkişafımızın memarı olmasında məhz Heydər Əliyevin o dövrdə qurduğu möhkəm təməllərin rolu var. Prezident İlham Əliyev bu təməllər üzərində qurulmuş Azərbaycanı bu gün bütün dünyaya tanıdır. Biz bu gün dünyanın ən qürurlu xalqı və dövləti statusunu daşıyırıq. Ulu Öndər fiziki olaraq aramızda olmasa da, hər yerdə onun əsərlərini, ideyalarını görürük. Onun qurduğu və inkişaf etdirdiyi, şah əsəri olan Azərbaycan Respublikası bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında hərtərəfli inkişaf edir. Nə qədər ki, Azərbaycan sözü var, bu ölkə var, Ulu Öndərin adı da Azərbaycan adı ilə qoşa çəkiləcək".

Müəllif: Arzu Qurbanlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Dekabr 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri