Icma.az
close
up
RU
Ümummilli liderin xatirəsi Buxarestdə yad edildi

Ümummilli liderin xatirəsi Buxarestdə yad edildi

Axar.az saytına istinadən Icma.az xəbər verir.

9 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyi tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü münasibətilə Buxarestdə “Azərbaycan və Rumıniya arasında münasibətlərin qurulmasında Heydər Əliyevin rolu” adlı dəyirmi masa təşkil edilib.

Axar.az xəbər verir ki, əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, daha sonra tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Rumıniyadakı səfiri Qüdsi Osmanov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs etmiş, onun müdrikliyi və dövlətçilik təcrübəsi ilə apardığı daxili və xarici siyasətin nəticələrindən, Azərbaycanın ilk Konstitusiyasının müəllifi kimi dövlətçiliyimizdəki xidmətlərindən danışmışdır.

Heydər Əliyev irsinin günümüzdə prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayan səfir çıxışında Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı qələbəyə toxunaraq onun bütövlükdə Cənubi Qafqaz regionuna sülh gətirdiyini qeyd etmişdir. O, cari ilin avqustun 8-də Vaşinqtonda imzalanmış sənədin və Zəngəzur dəhlizinin əhəmiyyətini nəzərə çatdırmış, artıq Azərbaycan ərazisindən Ermənistana yüklərin çatdırılmasını ölkəmizin xoş niyyət göstəricisi kimi səciyyələndirmişdir.

Daha sonra Rumıniyanın keçmiş Prezidenti (1996-2000), Rumıniya Demokratiya Fondunun rəhbəri Emil Konstantinesku tədbirə göndərdiyi videomüraciətdə ümummilli liderlə bağlı xatirələrini danışmış, ötən əsrin 90-cı illərində Şərq-Qərb nəqliyyat dəhlizinin və TRACECA layihəsinin formalaşmasında Heydər Əliyevin rolundan bəhs etmişdir.

Mərasimdə Rumıniya Senatının üzvləri Sebastian Çernik, Katalin Daniel Fenekiu, Kristian Şipoş, deputatlar Adrian Solomon və Amet Varol, Türkiyə Respublikasının Rumıniyadakı səfiri Özgür Kıvanç Altan, Pakistanın səfiri İlyas Mahmud Nizami, Gürcüstanın səfiri Tamar Beruçaşvili, Rumıniya müsəlmanlarının müftisi Yusuf Murat və digərləri çıxış etmiş, mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətinə, onun Azərbaycan və Rumıniya arasında əlaqələrin genişləndirilməsindəki müstəsna roluna, müasir Azərbaycanın dünyada tutduğu xüsusi yerə yüksək qiymət vermişlər.

Tədbirin sonunda ümummilli liderin anım gününə həsr edilmiş qısametrajlı sənədli film izlənilmişdir.

Dəyirmi masa Rumıniya televiziya kanalları və mətbuatı tərəfindən geniş işıqlandırılmışdır.

Tədbirdə Qazaxıstanın Rumıniyadakı Səfirliyinin təmsilçiləri, “SOCAR Petroleum SA” şirkətinin, Türk İş Adamları Dərnəyinin rəhbərliyi, Rumıniyada yaşayan və fəaliyyət göstərən türk və İran azərbaycanlılarının icmalarının nümayəndələri iştirak etmişlər.

Həmçinin mərasim iştirakçılarına Ümummilli liderin keçdiyi həyat yoluna və Azərbaycan naminə gərgin fəaliyyətinə, eləcə də Rumıniya-Azərbaycan münasibətlərinə həsr olunmuş fotosərgi ilə tanış olmaq imkanı yaradılmışdır. Sərgini izləyənlərə səfir və əməkdaşlar tərəfindən ətraflı məlumat verilmişdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://axar.az
archiveBu xəbər 10 Dekabr 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri