Icma.az
close
up
RU
Bütün soyqırım qurbanlarını suveren Azərbaycan olaraq ehtiramla anırıq

Bütün soyqırım qurbanlarını suveren Azərbaycan olaraq ehtiramla anırıq

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

31 mart həm Azərbaycan, həm də dünya tarixinə azərbaycanlıların məhz etnik mənsubiyyətinə - türk əsilli olduqlarına görə soyqırımı siyasətinə məruz qaldığı, böyük bir qəddarlıqla, vəhşiliklə qətlə yetirildiyi, günahsız insanların süngüdən keçirildiyi bir gün olaraq yazılıb. 1918-ci ilin 31 mart-3 aprel tarixlərində sadəcə Bakıda deyil, Azərbaycanın böyük şəhərlərində-Gəncədə, Qubada, Lənkəranda və digər şəhərlərdə insanlar qətl edildilər, soyqırımına məruz qaldılar. Tarix boyu Azərbaycana qarşı ikiüzlü siyasət yürüdən, dırnaqarası qonşumuz olan ermənilər öz havadarları ilə birlikdə Azərbaycana qarşı əsl soyqırımı etdi. Və çox təəssüflər olsun ki, bu qanlı hadisələr zamanında öz qiymətini almadı. 1918- ci ildən sonra AXC-nin cəhdləri ilə bu soyqırımı qəbul edilsə də, daha sonrakı tarixdə, rus işğalı dövründə SSRİ məkanında bu soyqırımı unutdurmağa, azərbaycanlıların tarixindən silməyə çalışdılar. Amma qan yaddaşımız və eyni zamanda tarixin yetişdirdiyi böyük oğullar bu günü unutmağa qoymadılar. Biz əlbəttə ki, Azərbaycan xalqının böyük oğlu, böyük lider, böyük tarixi şəxsiyyət olan ulu öndər Heydər Əliyevi bir daha böyük bir rəhmətlə, ehtiramla anırıq. Çünki məhz onun müstəqil Azərbaycanda hakimiyyətə gəldikdən sonra verdiyi qərarlarla 31 mart azərbaycanlıların soyqırımı günü olaraq tarixə yazıldı. Həmin gündən etibarən bütün dünyada da bu soyqırımla bağlı əhəmiyyətli təbliğat işləri aparıldı və dünya bu hadisələrdən xəbərdar oldu. Ulu öndərin layiqli davamçısı, ata vəsiyyətinə şərəflə əməl edən, Azərbaycan xalqının xilaskar prezidenti, Ali Baş Komandan İlham Əliyev soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə, soyqırımının 100-cü ildönümü ərəfəsində sərəncam imzaladı. Bu gün artıq bütün dünya, həm də təbii ki, Azərbaycan tarixi bu soyqırımı siyasətinin ölkəmiz və xalqımız üçün hansı məhrumiyyətlərə səbəb olduğunu çox yaxşı bili və bu bəyanların, təbliğatın arxasında dəmir iradə və dönməz dövlət siyasəti dayanır.

İkiüzlü standartlarla çalışan qərb diplomatiyası hər nə qədər görməməzlikdən gəlsə də, erməni soyqırımı siyasəti ötən bir əsr boyu pərdə arxası da olsa davam etdi. Ötən əsrin sonlarından etibarən biz yenidən bir əsrdə dördüncü dəfə erməni ikiüzlü siyasətinin, işğalının və onların havadarlarının qurbanı olduq, bir daha öz torpaqlarımızda bir milyondan çox insanımız qaçqın, köçkün vəziyyətinə düşdü, şəhər və kəndlərimiz yerlə yeksan edildi, abidələrimiz, məbədlərimiz uçuruldu qəbirlərimiz təhqir edildi. Bütün bunlar bizim öz torpağımızda, doğma Azərbaycanımızda baş verdi. Ermənistan tərəfindən Azərbaycana qarşı dəhşətli faciəli hadisələr törədildi. Bütün bunlar dünyanın ən yeni tarixinin birmənalı olaraq üzqarasıdır. 1980-ci illərin ortalarından etibarən təqribən 32 il ərzində Ermənistan və onların havadarlarının Azərbaycana qarşı həyata keçirdikləri işğalçılıq siyasəti əlbəttə ki, Xatın, Xirosima, Xalaxost faciəsi ilə bərabər tutula biləcək faciələrdəndir.

30 il dözdük, gözlədik, danışıq masaları arxasında sülhə nail olacağımızı düşündük, amma qarşı tərəf buna heç bir şəkildə imkan vermədi və nəhayət biz torpaqlarımızı özümüz, öz qüvvəmizlə, ordumuzun şücaıtu ilə işğaldan azad etdik. Cənab prezidentin söylədiyi kimi, BMT-nin bu münaqişənin həlli istiqamətində atdığı addımların, imzaladığı qətnamələrin heç birinə əməl olunmadı. Bu qətnamələrin həyata keçirilməsi üçün biz özümüz səfərbər olduq, qətnamələrin şərtlərini biz özümüz həyata keçirdik. Biz Azərbaycan ordusu, onun qəhrəman oğulları, ordunun rəhbəri olan prezident İlham Əliyev və prezidentinin, ordusunun yanında olan Azərbaycan xalqı olaraq, bundan 5 il öncə 44 gün ərzində möhtəşəm Zəfər yürüşü ilə tarixə həmin günə qədər yazılmamış olan, hətta bizi görmək istəməyə qüvvələrin jurnalistlərinin, hərbi mütəxəssislərinin etiraf etmək məcburiyyətində qaldığı taktika, strategiya ilə torpaqlarını son qarışına qədər azad etdik. Prezident İlham Əliyev, biz bütün torpaqlarımızda suverenliyimizi elan edənə qədər mübarizəmizi davam edəcəyik, dedi və ötən il son antiterror əməliyyatları ilə bütün torpaqlarımızı azad etdik.

Bu gün suveren Azərbaycan olaraq üçrəngli bayrağımızı bütün bölgələrimizdə dalğalandırırq. Çox əhəmiyyətli məqamlardan biri də ondan ibarətdir ki, bütün suveren ərazilərimizdə parlament və prezident seçkiləri keçirildi. Azərbaycanın öz müstəqilliyini elan etdiyi gündən bəri ötən 32 il ərzində ilk dəfə idi ki, Azərbaycan bütün suveren ərazilərində seçki keçirirdi və hər bir Azərbaycan vətəndaşı öz seçki hüququndan istifadə edə bilirdi. Biz bu gün dünyaya azad, müstəqil, suveren, zəfər çalmış Azərbaycan olaraq xitab edirik və 30 il əvvəl olduğu kimi, eyni iradə və möhtəşəmliklə bizim hədəflərimizin demokratiya, humanizm, tolerantlıq olduğunu bəyan edirik.

XII Beynəlxalq Bakı forumu və prezidentin bu forumdakı tarixi çıxışı, toxunduğu məsələlərin hər biri dünyanı, bölgəni və Azərbaycanı narahat edən məsələlərdir. Bu məsələlərin həllində Azərbaycan hər zaman yol göstərən qüvvə olmuşdur. Bundan sonra da Azərbaycan və onun rəhbəri, bölgədə və dünyada sülhün, əmin-amanlığın, humanizmin bərqərar olması, inkişafı üşün əlindən gələni edəcəkdir. Biz bunu dəfələrlə bəyan etmişik. Bundan sonra da ermənipərəst, Azərbaycana qarşı ikiüzlü siyasət yürüdən qüvvələr, okeanın o tayı, hər kəs bilsin ki, bu günkü Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil, bu gün qarşılarında inkişaf etmiş, güclü, mövqeləri möhkəm olan Azərbaycan var. 31 mart azərbaycanlıların soyqırımı günündə bütün dünyanın birdaha bunu bilməsi vacib bir şərtdir ki, Azərbaycan heç bir zaman öz mövqeyindən geri çəkilməyəcəkdir. Azərbaycan haqlı iradəsini, ədalətli mövqeyini bu günə qədər olduğu kimi, bundan sonra da sərgiləməyə davam edəcəkdir. Biz şəhidlərimizi, birliyimiz, torpaqlarımızın bütünlüyü uğrunda qurban gedən bütün oğullarımızı, 31 mart soyqırımı və bütün tarix boyu yaşadığımız faciələrin qurbanlarını birdaha böyük ehtiramla yad edirik, ruhları şad olsun deyirik!

Jalə Əliyeva
Millət vəkili, Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://sia.az
archiveBu xəbər 31 Mart 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see291

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see290

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see249

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see232

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see192

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see189

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see188

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see149

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see140

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see140

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see138

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see136

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see129

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see126

Flik: “Belə bir “Çelsi”yə qarşı on nəfərlə oynamaq asan deyil”

26 Noyabr 2025 03:08see122

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see122

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see122

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see121

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri