Icma.az
close
up
RU
Şəhidlərimizi ehtiramla anırıq

Şəhidlərimizi ehtiramla anırıq

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini, qətiyyətini dünyaya tanıdan qanlı 20 Yanvar faciəsinin üzərindən 35 il keçir. Hər il "qara yanvar" adlandırdığımız bu gündə böyükdən kiçiyə milyonlarla Azərbaycan vətəndaşı Şəhidlər Xiyabanına axın edərək azadlıq mübarizəmizin ölməz qəhrəmanlarına ehtiramını bildirir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin birbaşa əmri ilə keçmiş sovet ordusunun hərbi bölmələri ağır texnikalarla Bakıya daxil olaraq azadlıq mübarizəsi uğrunda ayağa qalxan əliyalın Azərbaycan xalqına qarşı misli görünməmiş qətliam törədib. Bu bəşəri cinayət, dəhşətli terror aktı nəticəsində 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Sovet blokadasını dağıdan çıxış

Bu faciəni dünyadan gizlətmək və başqa don geyindirmək məqsədilə SSRİ rəhbərliyinin tətbiq etdiyi misli görünməmiş informasiya blokadasının yarılması, Azərbaycan xalqının başına açılan bu müsibətin beynəlxalq aləmə çatdırılmasında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri var. 20 Yanvar hadisələrindən dərhal sonra ulu öndər oğlu İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa qarşı zidd aksiya adlandırıb. Məhz Heydər Əliyevin SSRİ-nin repressiya aparatına meydan oxuyaraq 20 Yanvar həqiqətlərini Moskvadan dünyaya bəyan etməsi faciə ilə bağlı Azərbaycan üzərindən qanlı oyunlar qurmaq istəyənlərin planlarını alt-üst edib.

Bu hadisələrə siyasi-hüquqi qiymətin verilməsi də ulu öndərin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev Azərbaycanın ən çətin anında xalqın arzusu və tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə qayıtdıqdan sonra 1994-cü il yanvar ayının 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Fərman imzalayıb. Fərmanda Milli Məclisə faciəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olunurdu. 1994-cü il mart ayının 29-da Heydər Əliyevin gərgin əməyinin nəticəsi olaraq "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" adlı xüsusi qərar qəbul edilib. Bununla da Azərbaycan xalqının məruz qaldığı dəhşətli faciəyə - 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş oldu.

Müstəqillik yolunun ilk məşəli

20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi olmaqla yanaşı, müstəqillik uğrunda mübarizə yolunda məşəl rolunu da oynadı. Bu hadisələrdən sonra Azərbaycanda xalq hərəkatının mahiyyəti kəskin şəkildə dəyişməyə başladı. Bir tərəfdən sovet hakimiyyətinin amansızlığı, digər tərəfdən isə Qarabağda erməni terrorunun baş qaldırması, ərazilərimizdə separatizm ocaqlarının yaranması xalqımızı müstəqillik əzmindən döndərə bilmədi.

Artıq bu arzu gerçəkləşib

Bu gün Azərbaycan xalqı 20 Yanvar şəhidlərini ardıcıl beş ildir ki, qalib dövlətin vətəndaşları olaraq yad edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz 20 Yanvar faciəsinə rəvac verən, bəlkə də bu hadisələrin əsas səbəbi olan "böyük Ermənistan" faşizm ideologiyasına sarsıdıcı zərbə endirdi. Dövlətimizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olundu. Xankəndidə, Şuşada, Kəlbəcərdə, Xocalıda Azərbaycan bayrağı dalğanlandırıldı. Bütöv, müstəqil və azad, güclü Azərbaycan 1990-cı il 20 yanvarda sovet tanklarının qarşısına əliyalın çıxaraq qəhrəmanlıq dastanı yazan şəhidlərimizin son və ən böyük arzusu idi. Artıq bu arzu gerçəkləşib. Yenə də minlərlə şəhidlərimizin, qazilərimizin qanı-canı bahasına. Bu gün Azərbaycan öz şəhidlərini qürurla, başı dik, alnı açıq bir şəkildə ehtiramla anır.

Onlar Azərbaycana qürurla baxırlar

20 Yanvar şəhidlərinin övladları, sevdikləri bu gün sabit, inkişaf edən, ictimai-siyasi həmrəyliyin hökm sürdüyü güclü Azərbaycanda yaşayırlar. Bu gün 20 Yanvar şəhidləri müqəddəs and yerimiz olan Şəhidlər Xiyabanından arzuladıqları, xəyalları olan Azərbaycana qürurla baxırlar. Çünki bu zirvəyə, möhtəşəm qələbəyə, bütöv Azərbaycana aparan mübarizlik yolunun başlanğıcını məhz onlar qoydular. İşğala son qoyan, sərhədlərimizi bütövləşdirən Silahlı Qüvvələrimizdə xidmət edən vətənpərvər gənclik məhz onların qəhrəmanlıq dastanları ilə yetişdi. 30 illik işğal dövründə hər bir vasitə ilə möhkəmləndirilmiş, "keçilməz sədd" adlandırılan maneələri dəf etmək üçün daim irəliyə gedən Azərbaycan əsgərinin ölümə meydan oxumaq qüdrətinin mayasında da 20 Yanvar şəhidlərinin cəsarəti, qorxmazlığı, mətinliyi dayanırdı.

Həmin hadisələrdən 35 ilə yaxın bir müddət keçsə də, 20 Yanvar faciəsi unudulmur və unudulmayacaq. Çünki bir millətin qan yaddaşı silinməz, pozulmaz qələmlə yazılır. Azərbaycan xalqının qan yaddaşında əbədiyyətə qədər özünə yer edən 20 Yanvar faciəsi dövlət müstəqilliyimizin hansı çətinliklərlə, hansı qurbanlarla əldə edildiyinin bir örnəyidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 Yanvar 2025 07:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri