Icma.az
close
up
RU
Bütün versiyalar Gürcüstan və Türkiyə tərəfindən araşdırılmalıdır Polkovnik

Bütün versiyalar Gürcüstan və Türkiyə tərəfindən araşdırılmalıdır Polkovnik

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ötən gün Azərbaycandan Türkiyəyə yola düşən C-130 hərbi yük təyyarəsi Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb. Eyni gündə Pakistanın paytaxtı İslamabadda Kaçehri məhkəmə binasının yanında baş verən partlayış nəticəsində azı 12 nəfər ölüb, 21 nəfər yaralanıb.

Qeyd edək ki, hər iki hadisə haqda sosial şəbəkələrdə geniş müzakirələr aparılır ki, bu hadisələr hansısa təxribatın nəticəsi ola bilər.

Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, təyyarənin qəzaya uğraması haqqında geniş müzakirələr var:

"Necə oldu ki, Azərbaycanda keçirilən möhtəşəm hərbi paraddan sonra həm Türkiyə təyyarəsi qəzaya uğradı, həm də Pakistanda terror aktları həyata keçirildi. Pakistanda 12 nəfər, Türkiyə təyyarəsində isə 20 nəfər həyatını itirib. Onu deyə bilərəm ki, burada bütün versiyalar yoxlanılacaq. Yəqin yox, tam əminliklə yoxlanılacaq. Çünki içərilərində polkovnik-leytenant rütbəsi, mayor rütbəsi, baş leytenant, gizir, baş çavuş, yəni bütün heyət olan bir komanda faciəli şəkildə həlak olub, şəhidlik zirvəsinə ucalıb. Allah məqamlarını uca eləsin. Mən deyə bilmərəm ki, burada təxribat var və ya yoxdur, amma bütün versiyalar araşdırılacaq. Yəni, təyyarənin qara qutusu araşdırılandan sonra artıq nəsə demək olacaq. Ümumilikdə, əlbəttə ki, Azərbaycanı, Türkiyəni istəməyən qüvvələrin burada rolunu təxmin etmək olar. Amma bunun üçün tutarlı sübut, fakt olmalıdır".

Polkovnikin fikrincə, təyyarənin də yaşlı olması rol oynaya bilər:

"Çünki dünənki görüntülərdən təyyarənin havada dağılaraq düşdüyünü görürük. Raketlə vurulsaydı dərhal darmadağın olardı. Suallar çoxdur, suallara isə yalnız mütəxəssislər cavab verə bilərlər. Bizim bir kəlmə ehtiyatsız işlədə biləcəyimiz söz həm istiqaməti dəyişə bilər, həm də hərbçi ailələrinin narahatçılığına səbəb olar. Şəhid olan hər kəs bizim qardaşlarımızdır. Onlar öz xidməti borclarını yerinə yetirərkən şəhid olublar. Allah məkanlarını uca eləsin. Amma C-130 hərbi yük təyyarəsi ilə bağlı Türkiyə yəqin ki, qərar verəcək".

Üzeyir Cəfərov vurğuladı ki, burada bütün versiyaların yaşamaq hüququ var:

"Hətta ola bilsin ki, təxribat elementləri də ola bilər. Bunu da yüksək ustalıqla həyata keçirmək üçün müəyyən qüvvələr var. Onlar vaxtı və məsafəni hesablayırlar. Bütün versiyalar Gürcüstan və Türkiyə tərəfindən araşdırılmalıdır. Çünki təyyarə Gəncədən qalxandan bir müddət sonra Gürcüstan ərazisində qəzaya uğrayıb və bu faciə də 11 noyabrda məhz Gürcüstan ərazisində baş verib. Allah ruhlarını şad eləsin. Ailələrinə də səbr və dözüm arzulayıram".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Noyabr 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri