Icma.az
close
up
RU
Bütün bu proses Lələtəpə əməliyyatından başladı Polkovnik

Bütün bu proses Lələtəpə əməliyyatından başladı Polkovnik

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycanın ərazi bütövlüyünün bərpası və suverenliyinin təmin olunması prosesi hələ 2016-cı ilin aprelində başlamışdı. O dövrdə baş verən Lələtəpə əməliyyatında Azərbaycan ordusu ermənilərə böyük zərbə vurdu. Bu əməliyyat zamanı ermənilər çoxlu itki verdilər, xeyli texnikaları məhv edildi. Ən vacibi isə odur ki, Azərbaycan ordusu erməni ordusunu elə bir vəziyyətə gətirdi ki, Ermənistan ordusu bundan sonra özünü düzəldə bilmədi. Mənim fikrimcə, bütün bu proses Lələtəpə əməliyyatından başladı".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, ehtiyatda olan polkovnik Elşad İsayev Azərbaycan Ordusunun antiterror əməliyyatındakı qələbəsindən danışarkən bildirdi.

"Həmin dövrdə Ali Baş Komandan İlham Əliyevin maraqlı bir çıxışı olmuşdu. O, demişdi ki, “Biz Lələtəpə əməliyyatı ilə erməni ordusu haqqında olan mifi darmadağın etdik”. Bu əməliyyatla dünya ictimaiyyətinə göstərildi ki, Ermənistan ordusu və Qarabağ ordusu döyüşkən və məğlubedilməz bir ordu deyil. Azərbaycan ordusu onların belini elə sındırdı ki, həmin dövrdə Ermənistan rəhbərliyi beynəlxalq təşkilatlara və dövlət rəhbərlərinə müraciət edərək müharibənin dayandırılmasını xahiş etdi. Ali Baş Komandan o dövrdə əlavə etmişdi ki, “Vaxt gələcək, bu Lələtəpədə yüksələn bayraq Şuşada, Laçında, Kəlbəcərdə, Xankəndidə də yüksələcək”. Bəlkə o zaman bu fikir bir qədər inandırıcı görünmürdü, lakin sonra hadisələr göstərdi ki, 44 günlük müharibə və ardınca baş tutan antiterror əməliyyatı Azərbaycan ordusu və xalqının gücünü nümayiş etdirdi. Xalq və ordu birləşdi, milliyyətindən asılı olmayaraq hər bir vətəndaş bu məsələyə töhfəsini verdi".

Müsahibimiz qeyd etdi ki, Azərbaycan özü ərazi bütövlüyünü bərpa etdi və suverenliyini təmin etdi:

"Bu, böyük bir bayram və zəfərdir. Azərbaycan bu gün dünyada qalib və müzəffər xalq kimi tanınır. Biz xoşbəxtik ki, müdrik prezidentimiz və Ali Baş Komandanımız var. Eyni zamanda Azərbaycan ordusu da ölkəmizi qorumağa tam layiq bir ordu kimi formalaşıb. Azərbaycan xalqı ordusunun, əsgərinin arxasındadır. Bu böyük bayram münasibətilə bütün xalqımızı təbrik edirəm", - deyə Elşad İsayev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Sentyabr 2025 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri