Buxarestdə parlament işçiləri əməkhaqlarının azaldılmasına qarşı etiraz ediblər
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Buxarest, 19 noyabr AZƏRTAC
Rumıniya Parlamentinin aşağı palatasının əməkdaşları maaşların azaldılması planlarına etiraz olaraq qurumun daxilində gözlənilməz aksiya keçiriblər. Etirazçılar palata sədri Sorin Qrindeanunun kabineti qarşısına toplaşaraq “Biz layiqli maaş tələb edirik”, “Bizimlə məsxərə edirsiniz”, “Dövlət yatır, işçi dözür” kimi şüarlar səsləndiriblər. Onların qaldırdığı plakatlarda “Rəzil maaş. Artıq susmayacağıq”, “Bizim işimiz dövlətin fəaliyyətini təmin edir” kimi ifadələr yer alıb.
Etirazın səbəbi Rumıniya hökumətinin rekord səviyyəyə çatan büdcə kəsirini (2024-cü ildə ÜDM-in 9,3 faizi) azaltmaq üçün hazırladığı qənaət paketləridir. Tədbirlər ƏDV və aksizlərin artırılmasını, subsidiyaların ləğvini, əməkhaqları və pensiyaların dondurulmasını, həmçinin yerli və mərkəzi qurumlarda struktur islahatlarını nəzərdə tutur.
Ekspertlər hesab edirlər ki, qənaət tədbirlərinin parlament aparatına belə təsir etməsi dövlət sektorunda narazılığın daha da artacağına işarədir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 19 Noyabr 2025 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















